Həmsöhbətim Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi, diplomat Arif Quliyevdir. Vətəndən uzaqda yaşayan soydaşlarımızın əldə etdiyi uğurların şahidi olduqca, bizim necə savadlı, dünyagörüşlü, xüsusilə elmli şəxsiyyətlərimizin olduğunu dərk etmək çətin deyil. Xüsusilə, yad ölkədə, yad dildə elmi fəaliyyətlə məşğul olmaq insandan böyük iradə və əzm tələb edir.
Arif Quliyev Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, "Ukrayna Azərbaycanlılarının Elmi Şurası" və "Xalq Diplomatiyası İnstitutu" ictimai təşkilatının idarə heyətinin rəhbəri, "Azərbaycançılıq İnstitutu" beynəlxalq ictimai təşkilatının həmtəsisçisi, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədr müavinidir. Arif Quliyev 2013-cü ildə Ukrayna Prezidentinin fərmanı ilə "Ukraynanın Əməkdar təhsil işçisi" fəxri adına layiq görülüb. 2016-cı ildə Azərbaycan Respublikası Pzedentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Azərbaycanlı alim elmi fəaliyyəti ilə yanaşı, hər iki ölkənin ictimai-siyasi həyatında xidmətləri olan bir vətənpərvərdir.
Arif müəllim, Ukraynada nüfuzli ali təhsil müəssisəsinin professorusunuz. Gəlişiniz necə oldu bu təhsil ocağına?
Mən 1989-cu ildə Kiyevə hərbi kursa göndərilmişdim. Həmin vaxt otaq yoldaşım olan ukraynalı, Xarkov şəhərində yaşayan Yevgeni Kuşnarev, sonralar Ukrayna Prezidenti Administrasiyasının rəhbəri idi. Mən 1997-ci ildə onun qonağı kimi Bakıya qayıdanda Azərbaycana rəsmi səfər edən Ukrayna baş nazirinin birinci müavininin təyyarəsi ilə yola salındım. Bizim səfir ətrafımda bu cür hörmətli insanları görüb məni Kiyevə dəvət etdi. Kiyevdə Ukrayna Prezidenti yanında Dövlət idarəçiliyi Milli Akademiyasında magistratura və aspiranturada oxudum və "Xalq" qəzetinin müxbiri oldum. Təhsil aldığım dövrdə bir professor mənə söhbət zamanı Azərbaycanın geridə qalmış və anti-demokratik ölkə olduğunu dedi. Mən soruşdum ki, siz Azərbaycanda olmusunuz? O, cavabında yox dedi və məndən Azərbaycan haqqında bu fikirlərin təkzib olunması üçün arqumentlər tələb etdi. Mən Azərbaycanla bağlı hazırladığım materialları həmin professora verdim. O, isə bir həftə sonra mənə bildirdi: "Siz məni millilik baxımından tərbiyə etdiniz. Sonra həmin materillar məqalə şəklində Ukraynanın "Politika və Kultura" jurnalında çap olundu. Məqaləm 2000-ci ilin 5-11 sentyabr nömrəsində "Millətin atası, yaxud Azərbaycan xalqı respublikanın xilası üçün məsuliyyəti öz üzərinə götürməkdən ötrü Heydər Əliyevə niyə müraciət etdi?" başlığı ilə işıq üzü gördü. Məqaləm Bakıya göndərildi. Şəxsən ümummilli lider Heydər Əliyevə bu jurnalı və digər jurnallardakı məqalələrimi 2001-ci ilin iyulunda GUAM sammitində təqdim edəndə (ulu öndər məni çox əvvəllər tanıyırdı) o vaxtki xarici işlər nazirinə mənə diplomatiya sahəsində işləməyə köməklik göstərilməsini tövsiyə etdi. Bir müddət Ukraynadakı Azərbaycan Səfirliyində diplomat oldum. Vaxtım qurtaranda artıq elmi dərəcəm var idi, uşaqlarım təhsil aldığına görə Kiyevdə qalmalı oldum. Sonra diplomatik fəaliyyətimi elmi fəaliyyətlə əvəz etdim.
Bir neçə ali təhsiliniz var. Elmə, təhsilə çox böyük maraq göstərmisiniz.
Bəli, mən namizədlik dissertasiyamı müdafiə edib, 2005-ci ildə Dövlət İdarəçiliyi elmlər namizədi olmuşam. Azərbaycanda bu ixtisas olmadığından mənə 2006-cı ildə Hüquq elmləri namizədi elmi adı verilib.
Çox maraqlı və gərəkli mövzuda doktorluq dissertasiyası müdafiə etmisiniz. "Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli -hüquqi təhlili" haqqında dissertasiya müdafiə etmisiniz. Elmi fəaliyyətinizlə bağlı danışardınız.
Bu mövzunu götürəndə elmi məsləhətçim dedi ki, səni bu mövzu ilə bağlı birmənalı şəkildə dəstəkləyə bilmərəm. Bunun üçün Azərbaycana gedib bəzi faktları şəxsən özüm görməliyəm. Yaxın dostların dəstəyi ilə Bakıya rəsmi dəvət olunduq. İlk gəzintimiz Şəhidlər Xiyabanı, qaçqın ailəsi ilə tanışlıq, Prezident Administrasiyası və Milli Məclisdə olduq. Milli Aviasiya Akademiyasında, Milli Təhlükəzislik Akademiyasında, Bakı Dövlət Universitetində görüşlər keçirdik. İctimai Televiziyada çıxış etdik, "Bakinskiy raboçiy" qəzetinə müsahibə verdik, Qubaya gedib 1918-ci il soyqırımı abidələri ilə tanış olduq.
Kiyevə qayıdanda elmi məsləhətçim hüquq elmləri doktoru, professor, general- mayor Vladimir Antipenko bildirdi ki, sənin vətənpərvərliyini hər yerdə dəstəkləyəcəm. Terrorizmlə, Ukrayna və Azərbaycanın elmi, ictimai-siyasi həyatı, diplomatik əlaqələrinə həsr olunmuş 200-dən çox elmi məqalənin müəllifiyəm. Elmi əsərlərimin toplusu "Ukrayna - Azərbaycan əməkdaşlığı: Hüquq, Siyasət, Diplomatiya" adlı kitabımda 3 cilddə çap olunub....
Elmi və ictimai fəaliyyətiniz diqqətdən kənarda qalmayıb. Ukrayna rəhbərliyi və ictimaiyyəti sizi müxtəlif mükafatlara layiq görüblər. Bu haqda nə deyərdiniz?
2012-ci ilin mart ayında "Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli hüquqi təhlili" monoqrafiyam çap olunduqdan sonra onu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğluna göndərmişdim. Cənab səfirin Ukrayna Təhsil Nazirinə və işlədiyim Universitetin rəhbərliyinə xüsusi diqqət ifadə olunan məktub göndərdi. Ukrayna hökuməti mənim elmi fəaliyyətimi nəzərə alaraq, mənə Ukrayna müstəqilliyinin ildönümü şərəfinə 2013-cü ilin avqust ayının 24-də Ukrayna Prezidentinin Fərmanı ilə "Ukraynanın Əməkdar təhsil işçisi" adı verdi. 2016-cı ildə Azərbaycan Respublikası Pzedentinin sərəncamı ilə "Tərəqqi", bu günlərdə isə "Ukrayna Milli Elmlər Akademiyasının 100 illiyi" medalı ilə təltif olunmuşam.
Ümumiyyətlə, Ukraynanın əcnəbi gəncləri cəlb etdikləri ali təhsil ocaqlarının səviyyəsi qənaətbəxşdirmi, yoxsa bu universitet və institutlar daha çox maddi tərəfi əsas götürürlər?
Maddi tərəf maraq doğurur, amma oxuyan tələbələr diqqəti cəlb edir. Ötən il bir azərbaycanlı test imtahanı verərkən kafedra müdiri məni tapıb onunla görüşməyi xahiş etdi. Gəldim, mənə bir soydaşımızın test cavablarını təqdim etdi və dedi ki, bu tələbə azərbaycanlıdır... Görüşüb şəxsən tanış oldum, fəxr etdim ki, belə bir soydaşım var. Daha bir azərbaycanlının şəklini xarici tələbələrin şərəf lövhəsində gördüm. Tez tələbəni tapıb, dekanı dəvət etdim və son 10 ildə əldə olunan uğurlarımızdan danışdıq və xatirə şəkli çəkdirdik.
Ukraynada sayılıb-seçilən, həqiqətən təhsili yüksək səviyyədə olan hansı ali məktəblərin adını çəkərdiniz?
Bizim soydaşlarımız T.Şevçenko adına Kiyev Milli Universitetinə, A.Boqomolts adına Kiyev Milli Tibb Universitetinə, Milli Aviasiya Universitetinə və bir çox özəl ali təhsil müəsissələrinə daha çox diqqət yetirirlər. Təəssüf olsun ki, özəl ali təhsil müəsissələrində təhsil alanların elmi səviyyəsi haqqında birmənalı şəkildə danışmaq mümkün deyil.
Hər iki ölkənin təhsil sistemində oxşar və fərqli cəhətlər, müsbət və mənfi tərəfləri barədə fikirlərinizi bilmək istərdik. Çünki hər iki ölkə vaxtilə sovet rejimi altında olub.
İndi təhsil müəssisələrindəki yekdillikdən söhbət açmaq düzgün olmazdı. Bəzən adi Kiril əlifbasını bilməyənlərin təhsil almağa gəlməsinə rast gəlinir. Hesab edirəm ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul şərtləri daha çox nəzəri cəlb edir.
Arif müəllim, Ukrayna mətbuatında sizin Qarabağ həqiqətləri ilə bağlı müxtəlif məqalələriniz çap olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Ukrayna ictimaiyyətinin münasibəti necədir?
Açıq etiraf etməliyəm ki, mən vaxı ilə terrorizmlə bağlı məqalələr çap etmək istəyəndə həm müxtəlif maneələr, həm də rəğbət dolu fikirlərlə qarşılaşmışam. Hətta məqaləmdəm Ermənistanın adının çıxarılması, bunun müqabilində mənə xüsusi diqqət göstərəcəkləri təklif olunub. Dəfələrlə məqalələrimin adının dəyişdirilməsi tövsiyə olunub, amma mən bu fikirlərlə razılaşmamışam. Ətrafımda olan səlahiyyətli dostlarımın dəstəyilə istəklərimi həyata keçirmişəm.
Ukrayna Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini son illər Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsindən sonra daha dərindən dərk etdi. Onu da qeyd etməliyəm ki, Ukrayna və Azərbaycan prezidenləri olmuş Leonid Kuçma və Heydər Əliyev dostluğunun gücü ilə keçən əsrin son 10 ili ərzində qarşılıqlı əməkdaşlıq nəticəsində xeyli müsbət hadisələr baş verib.
Çalışdığınız Ukrayna Milli Aviasiya Universitetində azərbaycanlı tələbələr varmı?
Bəli, Universitetdə 15 azərbaycanlı tələbə əyani, 68 tələbə isə qiyabi şöbədə təhsil alır.
Arif müəllim, bir qədər də ailə üzvləriniz, övladlarınız haqqında danışardınız.
Həyat yoldaşım Səfayə Naibova bir neçə məktəbdə yaradılmış "Azərbaycan dili və mədəniyyəti" fənnindən fakültətiv siniflərdə dərs deyir. 2 oğlum və 1 qızım, 3 nəvəm var.//Olaylar.az
Müsahibəni qələmə aldı: Aynur Nadir qızı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM