Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "xarici işlər nazirliyinin” şərhi ilə bağlı bəyanat verib.
İcmadan daxil olan bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumun "xarici işlər nazirliyi” ermənilərə qarşı ölkəmizdə guya ksenofobiya aşılanması və dünya erməniliyinin düşmən kimi təqdim edilməsi ilə bağlı yenidən cəfəng və əsassız iddialar irəli sürüb: "Qondarma rejim UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununa toxunaraq, Arsenal klubunun erməni futbolçusu Mxitaryan və erməni azarkeşlərin Bakıya gələ bilməməsini bu məsələ ilə əlaqələndirməyə cəhd edib.
Avropanın əsas futbol qurumu olan UEFA-nın prinsiplərinə zidd olaraq mötəbər idman yarışını siyasiləşdirməklə, qarşı tərəf yenidən özünü ifşa etdi.
Erməni və ya erməni əsilli idmançılar Azərbaycanda keçirilən mötəbər idman yarışlarında dəfələrlə iştirak etmişdir. Hətta, erməni parlamentarilər və digər erməni nümayəndə heyətləri ölkəmizə səfərlər etmiş və heç bir problemlə üzləşməmişdir.
Ermənistan anlamır ki, problemin kökündə duran əsas məsələ onun Azərbaycana qarşı davam etdirdiyi hərbi işğal və təcavüz siyasətidir. Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük soyqırımını törədən, yüzlərlə dinc sakini, qadın, uşaq və qocaları qətl edən Ermənistan tərəfi törətdiyi dəhşətləri unudaraq, futbol yarışı ətrafında ucuz şou düzəltməklə ifşa olunduğunu anlamırmı?! Azərbaycanlı dinc əhaliyə qarşı Xocalı soyqırımını törədən Ermənistan hansı əsasla ölkəmizi ermənilərə qarşı ksenofobiya aşılamaqda ittiham edir?
Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində bilavasitə irqi ayrıseçkilik, etnik təmizləmə və diskriminasiya qurbanı olaraq qondarma qurumun diqqətinə çatdırıram ki, Azərbaycanda guya ermənilərə qarşı ksenofobiya aşılanmasını iddia etməzdən öncə, qarşı tərəf mono-etnik Ermənistan ilə müxtəlif etnik azlıqların, o cümlədən on minlərlə erməninin azad və firəvan şəkildə yaşadığı ölkəmiz arasında olan fərqi düzgün dərk etməyə çalışsın. Bunu görmək üçün "silahlanmış gözə” malik olmağa ehtiyac yoxdur, sadə statistik rəqəmləri və digər göstəriciləri müqayisə etmək kifayət edər".
İcma sədri bildirib ki, azərbaycanlılara qarşı ksenofobiya və etnik nifrət dövlət səviyyəsində məhz Ermənistanda təbliğ olunur və bunun nəticəsidir ki, azərbaycanlılar 30 ilə yaxındır ki, etnik təmizləməyə məruz qaldıqları torpaqlarına qayıda bilmir:
"Qondarma rejim Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını da əsarət altında saxlamaqda davam edir. Onlar anlamalıdır ki, bölgənin, ilk növbədə Ermənistanın gələcək inkişafı işğalçılıq siyasətinə son qoyulması, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı güc tətbiqi, etnik təmizləmə, ümumiyyətlə işğaldan irəli gələn nəticələrin legitimliyini heç vaxt tanımayacaq. Bu mövqe sonuncu dəfə öz ifadəsini Fransanın Serji-Pontuaz şəhər məhkəməsinin qərarında tapmışdır. Sözügedən məhkəmə bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanmış "saziş”in ləğvinə dair qərar verərək, onun qanunsuz olduğunu, hüquqi qüvvəyə malik olmadığını və Fransanın beynəlxalq öhdəliklərinə ziddiyət təşkil etdiyini bildirmişdir.
Bir daha bəyan edirəm ki, münaqişənin yeganə həlli yolu – Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılması, oradan qovulmuş azərbaycanlıların geri dönməsi, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının birlikdə sülh şəraitində yaşaması ilə mümkündür".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM