Qasım Məmmədovla bağlı məhkəmə işinə start verilib - Rəsmi məlumat

10:03 / 14.01.2014

“Fuad LTD” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Artıq Bakı Ağır Cinayətlər Məhkəməsində Qasım Məmmədovla bağlı məhkəmə işinə start verilib.

Baş Prokurorluğun yaydığı xəbərə görə, Qasım Məmmədov 2005-2009-ci illərdə “Fuad LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən Xırdalan şəhərində inşa edilən çoxmərtəbəli yaşayış binasından mənzil alınması məqsədi ilə 186 şəxs tərəfindən ödənilmiş 1 milyon 845 min 802 manat məbləğində pulu ələ keçirməkdə ittiham olunur. Bu işdə həmin cəmiyyətin mühasibi Ramin İbrahimovun da əli olub. Onlar  həm də 2005-ci ildən Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olsalar da, gəlirləri barədə heç bir bəyannamə təqdim etmədən ümumilikdə 1 milyon 74 min 841 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham olunurlar.

 Q.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. “Fuad LTD” MMC-nin mühasibi Ramin İbrahimov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.

 

Baş Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Lakin bu fırıldaqdan zərərçəkənlərdən biri – məcburi köçkün, hazırda yataqxanada yaşayan Əliyev Teymur Möhtərəm oğlu redaksiyamızla əlaqə saxlayaraq bir sıra zərərçəkənlərə heç nə ödənilmədiyini, başqa sözlə, nə mənzillə təmin olunduqlarını, nə də pullarının geri qaytarıldığını bildirdi: “Mən də istintaq tərəfindən zərərçəkən kimi tanınmışam. 15 min manata yaxın vəsaiti “Fuad LTD” MMC-nin hesabına köçürmüşəm. Bu vəsaitin əlavə təzminatla birlikdə mənə qaytarılması haqqında Binəqədi rayon Məhkəməsinin ayrıca qərarı da var. Bir ildən çoxdur Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində gedən istintaq zamanı bizə yalnız gözləməyi məsləhət görüblər. İndi də elan ediblər ki, istintaq bitdi, iş məhkəməyə göndərilib və guya bütün zərər ödənilib. Halbuki, şəxsən mən və tanıdığım zərərçəkənlər buradan nə yeni mənzil müqaviləsi, nə də pul almamışıq”.

 

Şikayətçi deyir ki, hazırda həmin binanın inşası “Abşeron 2013” adlı tikinti şirkəti tərəfindən davam etdirilir. Onlar da bu mənzilləri vətəndaşlara ikinci dəfə və daha baha qiymətə satırlar: “Baha qiymət ödəmək istəməyənləri isə min cür bəhanə ilə başdan edirlər. Bir ay əvvəl söz vermişdilər ki, pulu ödəyəcəklər. Dəfələrlə gedib-gəldikdən sonra şirkətin Azər adlı rəhbəri bizə açıq-aşkar ki, dedi ki, ümumiyyətlə, sizə pul verən deyilik, mənzil isə yoxdur. Üstəlik də bizim vəsaitimiz hesabına tikilən binadan kənar vətəndaşlara mənzil satışını həyata keçirirlər. Yəni zərərçəkənlərin zərəri ödənilmədiyi halda, onlar maddi qazanc əldə etməyə çalışırlar. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə iclası zamanı Qasım Məmmədov bildirdi ki, binanı yeni şirkətə o şərtlə satıb ki, zərərçəkənlərin hamısını razı salsınlar. Yeri gəlmişkən, sözügedən alqı-satqı müqaviləsinin nə dərəcədə qanuni olub-olmaması, ümumiyyətlə orada nələrin əks olunması hamıya qaranlıqdır və məhkəmənin hazırda davam edən proseslərində də bu məsələyə aydınlıq gətirilmir”.

 

Ölkə rəhbərliyinə, baş prokurora məsələ ilə bağlı məktub yazdığını söyləyən T.Əliyev fırıldaqçıların onun min bir əziyyətlə pul toplayıb ev sahibi olmaq arzusunu gözündə qoyduqlarını, illərdir döymədiyi qapı qalmadığını və nəhayət, işin rəsmi şəkildə məhkəməyə çıxarıldığı bir vaxtda da ortada ümidverici bir şey olmadığını, yeni şirkətin zərəri ödəmək, məhkəmənin isə yeni şirkəti bu işə qatmaq fikrində olmadığını vurguladı: “Bizim ödədiyimiz pul, tikilən bina və başqalarına satılan mənzillər – bütün bunlar məntiqsiz və ədalətsiz olsa da faktdır. Bu halda, bizim zərərimizi kim ödəməlidir? Biz də digər fırıldaqçı tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşların məsələsində olduğu kimi, ya mənzillə təmin olunmağımızı, ya da heç olmasa, bu illər ərzində xeyli dəyərdən düşmüş pulumuzun geri qaytarılmasını tələb edirik. Və bir də istəyirik ki, Baş Prokurorluq ötən il dekabrın 11-də yaydığı rəsmi açıqlamasında yer alan “İstintaq dövründə vətəndaşlara dəymiş ziyan tam məbləğdə ödətdirilib” ifadəsinin nəyə əsaslandığını izah etsin”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM