İdmanxeber.com xəbər verir ki, Serbiya klubu məşqə çıxar-çıxmaz sürprizlə qarşılaşıb. Belə ki, paytaxt klubunun 150-ə yaxın fanatı Belqrad təmsilçisini öncə fitə basıb, daha sonra "butılkaya qonaq" edib. Azarkeşlər "Partizan" əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Məşqi izləyən UEFA nümayəndəsi isə baş verən olayları telefonunun yaddaşına həkk edib.
Bundan əlavə, "Partizan" klubunun mətbuat xidmətinin rəhbəri də UEFA nümayəndəsinə, eləcə də paytaxt klubunun rəsmilərinə etirazını bildirib.