Valideyn çarəsiz, uşaq çaş-baş, müəllim tərəddüddə...

20:15 / 28.08.2014

Nazirlik bərbad dərslik problemini həll edə bilmir, yoxsa?
Təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində Azərbaycan və rus bölməsini nəzərə almaqla, ölkədə 200 yeni dərsliyə ehtiyac olduğunu deyib. Nazir yeni dərsliklərdə problemin olacağını da istisna etməyib. 

Onun sözlərinə görə, mümkün səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı, dərs ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha çoxdur: "Bu günə qədər bu belə idi. Bir sözlə, iş çətin də olsa, davam edir. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət nəticəni görəcəyimizə inanıram. Biz insanlara deyə bilmərik ki, gələn aydan ölkədə bütün dərsliklər yenidən hazırlanacaq. Müxtəlif yanaşmalar vardır. Bir yanaşma dərsliklərin Oksford və Kembricdə hazırlanmış dərsliklərə uyğunlaşdırılmasıdır. Bu istiqamətin müsbət, eyni zamanda mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu kitablar ən yaxşı müəlliflər tərəfindən sınanılmış metodika əsasında hazırlanıb. Amma bizdə milli dəyərlərimizə söykənən və şəxsiyyətin formalaşmasına təsir edən fənlərimiz var ki, bu da məsələnin mənfi tərəfini səciyyələndirir. Biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik".

"Biz bu sistemi dəyişdik"


Nazir gənc ölkə üçün yeni dərslik hazırlamağın heç də hər zaman asan məsələ olmadığını deyib. M.Cabbarov bildirib ki, bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib: "Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır. Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır. Biz "ehtiyat dərsliyin" hazırlanması üçün xüsusi mərkəz yaradırıq. "Ehtiyat dərslik" nə deməkdir? Bu dərslik dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən hazırlanacaq. Əgər tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab verməsə, tətbiq olunacaq. Bu mexanizmdən bir sıra ölkələrdə istifadə olunur. Eyni zamanda, istənilən halda, minimal standart da tərəfimizdən təmin olunacaq".

M.Cabbarovun sözlərinə görə, müəlliflər üçün həvəsləndirmə sistemi yaradılmadığından onlar üçün kitab yazmaq maraqlı deyildi. Ağır işin müqabilində, demək olar ki, qəpik-quruş alırdılar: "Mən hələ reputasiya məsələsini demirəm, az miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik. İndi müəllif dərsliyin istifadə olunduğu dövr ərzində rəğbətləndiriləcək, dərslik hər dəfə çap olunduqda qonorar alacaq. Biz indi müstəqil olaraq, məzmuna görə seçim aparır, daha sonra kimin və necə çap edəcəyini seçirik. Mənə bir müəlliflər qrupu göstərin ki, 15 aya, lap qoy olsun 3 ilə, 11 sinif üçün 15-20 fənn üzrə bütün dərslikləri yeniləyə bilsin".

"Bizim dərslik hazırlamaq təcrübəmiz olmayıb"

Təhsil eksperti Nadir İsrafilov deyir ki, Sovet dönəmində dərslik məsələsini dövlət özü həll edirdi. Dərsliklər Moskvada nəşr olunub, Azərbaycan dilinə tərcümə olunurdu: "Həmin dərsliklər də istifadə olunurdu. Rusiya tarixinə müvafiq olaraq Azərbaycan tarixi, coğrafiyası nəşr olunurdu. Ona görə də bizim dərslik yazmaq, hazırlamaq təcrübəmiz olmayıb. Birdən-birə Sovet dövləti dağıldıqdan sonra dərslik əldə edə bilmədik. Kurikulumun tətbiqi də problemin genişlənməsinə səbəb oldu. Nazirlik özü də dəfələrlə dərsliklərin problemli olduğunu gündəmə gətirib. Bu səbəbdən də yeni vasitələr, üsullar axtarılır. Yəni bu dərsliklərin çıxdaş edilməsi həyata keçirilir".

"Kitablar həm çətin, həm də səhvlərlə dolu olur"

Valideynlər də dərsliklərdən olduqca narazıdırlar. Övladları Bakı məktəblərinin birində oxuyan Kəmalə Əliyeva deyir ki, uşaqlar dərslikləri başa düşməkdə çox çətinlik çəkirlər. Gərəksiz mövzular və tapşırıqlar isə uşaqları bezdirir: "Qızlarımdan biri 7-ci, digəri 4-cü sinifdə oxuyur. Dərs vaxtı evdə hər gün eyni mövzu olur. Hər ikisi kitabı götürüb üstümə gəlir ki, "Ana, dərsi anlamıram. Burda məndən nəyi tapmağımı istəyir?". Hələ bu azmış kimi riyaziyyat dərsliyində olan məsələ və misalların bir çoxu səhv çıxır. Saatlarca uşaq oturub baş sındırır ki, məsələni həll etsin. Ancaq səhər dərsə gedəndə müəllimi bildirir ki, məsələ kitabda səhv qurulub. Ya rəqəmləri səhv verirlər, ya da qoyulan sual səhv olur. Çətinlik azmış kimi, hələ səhvlər də olur". 

K.Əliyevanın sözlərinə görə, uşaq nə qədər çalışqan və bacarıqlı olsa da, əlavə müəllimin yanına hazırlığa getməyə ehtiyacı olur. Valideyn kimi bütün dərslərə yardım etmək olmur: "Müəllim sinifdə hər uşaqla tək-tək məşğul ola bilmir. Biz valideynlərin isə dövründə dərslər başqa cür idi. Təzə kurikulum çıxandan sonra istənilən valideyn övladına kömək etməkdə çətinlik çəkir. Buna görə məcbur olub, müəllim yanına hazırlığa qoyuruq. Hər il dərsliklərin dəyişdiriləcəyini deyirlər. Ümid edirəm, qızlarım məktəbi bitirənə kimi dərsliklər dəyişdirilər. Yoxsa belə olduqca çətin olur".

"Dərsliklər qeyri- ixtisas sahibləri tərəfindən hazırlanır"

Nadir İsrafilovun fikrincə, dərsliklərin hazırlanması haqda qanunvericiliyə görə dərsliklərin hazırlanması, nəşri nəşriyyatlara tapşırıldı. Yəni bir növ Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına, çapına görə məsuliyyət daşımır. Nəşriyyatlar da tenderlər elan edirlər: "İstənilən hüquqi şəxs həmin dərsliyi hazırlayıb, müsabiqəyə təqdim edə bilər. Tenderdə hansı dərslik qalib gəlirsə, o da məktəblər üçün nəşr olunur. Ona görə də tender vasitəsi ilə dərsliklərin hazırlanmasının ayrı-ayrı nəşriyyatlara tapşırılması, onların bərbad vəziyyətə düşməsinə səbəb olub. Bütün bu dərsliklər qeyri-ixtisas sahibləri tərəfindən hazırlanıb. Məsələn, deyək ki, riyaziyyat dərsliyini Texniki Universitetin mühəndisi hazırlayır. Ona görə də uşaqlar həm dərsliyi anlamaqda, həm də misal, məsələləri yerinə yetirməkdə çətinlik çəkirlər".

Mütəxəssis dərslik məsələsinin həll edilməsinin asan olmadığını deyir. Onun fikrincə, dərsliyin tender vasitəsi ilə yazılması düzgün deyil: "Baxmayaraq ki, ölkəmiz bazar iqtisadiyyatına keçib. Fikrimcə, dərslik məsələsi buna aid edilməməlidir. Dərslik hazırlayan xüsusi bir komanda olmalıdır. Dərsliklərin analizi, yoxlanması aparılmalıdır. Belə olan halda problem öz həllini tapa bilər". 

"Bizim Yol" qəzeti

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM