Tamah məqsədilə 11 yaşlı məktəblini oğurlayıb valideynlərindən 30 min manat pul tələb edən, pulu vermədiyi təqdirdə isə onu xüsusi amansızlıqla öldürən Mənsur Zülfüqarov ittiham olunur.
Strategiya.az Publika.az-a istinadən cinayət işini təqdim edir.
Xatırladaq ki, 2013-cü il iyunun 24-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi ev 2, mənzil 18 ünvanında yaşayan İlqar Pirmuradov 2002-ci il təvəllüdlü oğlu Pirmurad Pirmuradovun məktəbə gedib, bir daha geri qayıtmaması ilə bağlı Abşeron Rayon Polis Şöbəsinə müraciət edib. O bildirib ki, hadisədən bir neçə saat əvvəl tanımadığı bir şəxs ona zəng edərək oğlunu oğurladığını, bunun müqabilində isə 30 min manat pul tələb etdiyini deyib. Dərhal polis əməliyyat-axtarış tədbirlərinə başlayıb. Cinayətdə şübhəli bilinən Mənsur Zülfüqarov elə həmin gün saxlanılıb. O, İlqar Pirmuradovdan külli miqdarda pul tələb etdiyini, hətta11 yaşlı məktəblini oğurlayıb xüsusi amansızlıqla öldürdüyünü etiraf edib. M.Zülfüqarovun polisə verdiyi ifadə hər kəsi şoka salıb. O bildirib ki, 11 yaşlı Pirmurad Pirmuradovu oğurladıqdan sonra onu öldürüb Bakı-Sumqayıt yolunda su kanalına atıb. Beləliklə, polis hadisə yerinə gedərək Pirmuradın meyitini kanaldan tapıb. Meyit müayinə olunması üçün tibbi ekspertizaya göndərilib. Meyitin boynunda ip, boyunətrafı hissəsində ipin izləri, çənə nahyihəsində isə sıyrıqlar aşkar edilib. Ekspertiza mərhumun boyun nahiyyəsindən ilgəklə sıxılaraq öldürüldüyünü təsdiqləyib.
Çoxmaddəli cinayət...
Mənsur Zülfüqarov barəsində Cinayət Məcəlləsinin 120.2.4( xüsusi amansızlıq və ya təhlükəli üsulla adam öldürmə), 120.2.5 ( tamah məqsədi ilə və ya sifarişlə adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürmə), 120.2.11( quldurluq yoluyla hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), bundan başqa 144.3 (adam oğurluğu) və 182.3.2( külli miqdarda əmlak əldə etmək məqsədi) maddələri ilə cinayət işi başlanıb.Abşeron rayon məhkəməsinin qərarı ilə onun barəsində həbsqətimkan tədbiri seçilib. İş Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə təhvil verilib.
Uşagı oğurlayıb, atasından pul “qoparmaq” istədi
Məhkəmədə müttəhim qismində ifadə verən Mənsur Zülfüqarov bildirdi ki, oğurladığı 11 yaşlı Pirmurad onun bacısının qayını oğludur. Pirmuradın atası İlqarın “BMW X5” markalı avtomobil idarə etməsindən, ümumiyyətlə onun maddi imkanının yaxşı olmasından çoxdan xəbəri vardı. Niyyəti də uşagı oğurlayıb əvəzində atasından pul “qoparmaq” olub. Daha sonra həmin pula bilet alıb Rusiyaya qaçmaq istəyib. Müttəhimin sözlərinə görə, onu bu yola əl atmağa banklara və dostlarına olan borcu vadar edib: “Uzun müddət Rusiyada yaşadım. Bakıya qayıtdıqdan sonra paltar ticarətilə məşğul oldum. Amma yaxşı pul qazana bilmədiyimə görə biznes fəaliyyətimi dayandırmaq məcburiyyətində qaldım. Pul qazana bilmədiyimdən ata-anam və həyat yoldaşım tez-tez mənimlə mübahisə edirdilər. Onların iradlarından bezmişdim, ona görə də bu vəziyyətdən çıxmaq üçün yollar axtardım”.
Qayınatasına 4000, Eyyub adlı tanışına 3000 manat, yeznəsi İmrana 400 ABŞ dollar və s. şəxslərə də üst-üstə külli miqdarda borcu olan Mənsur tamah məqsədlə Pirmuradın oxuduğu Ceyranbatan qəsbəsindəki 1 saylı orta məkrəbə gedir. Uşağa şirin vədlər verərək onu gəzməyə aparmaq istədiyini deyib. Pirmurad da bundan imtina etməyib. Uşağı məktəbdən götürüb ərazidə taksi kimi fəaliyyət göstərən Elşad Həşimovun idarə etdiyi “Tofaş” narkalı maşına miniblər. Sonra da Bakıya gəliblər: “Bakıya çatanda dostlarıma zəng edərək onların köməyinə ehtiyacım olduğunu bildirdim. Əvvəlcə Samir Bayramovu, Telman Məmmədovu, Emin Hüseynzadəni və digərlərini yığdım. Dedim ki, qohumumun uşağını oğurlamışam, mənə kömək edin, işi başa çatdıraq. Əvəzində sizə müəyyən məbləğdə pul verəcəm. Amma onlar mənə rədd cavabı verdilər. Düzü, gözləmirdim, düşündüm ki, mənə bu işdə yardım edərlər”.
“Ya 30 min manat pulu verməlisən, ya da uşağı öldürəcəm”
Pirmurad maşının arxa oturacağında sakitcə əyləşsə də, sürücü Elşad sükutu pozub. O, Mənsurdan dəfələrlə hara gedəcəklərini soruşub. Mənsur isə ona işinin bir az uzun çəkəcəyini deyərək gözləməyi xahiş edib. Beləliklə, dostlarının köməyindən yararlana bilməyən Mənsur onlara təklif etdiyi missiyanı özü həyata keçirməli olub. 20 Yanvar metrostansiyasının girişində quraşdırılan taksofon vasitəsilə Pirmuradın atası İlqar Pirmuradovun mobil telefonuna zəng edib: “Oğlunun oğurlanması barədə ona məlumat verdim. Dedim ki, 30 min manat pul gətir, oğlunu azad edim. Əks halda, uşağı öldürəcəm. İlqar isə sözlərimə əhəmiyyət vermədi. Səhv etmirəmsə, inanmadı və mənə “nə olsun” deyə cavab verdi, sonra da dəstəyi asdı”.
İpi uşağın boğazına keçirib boğanda ip qırılıb
İlqar Pirmuradovdan aldığı gözlənilməz cavab Mənsuru cinayətə sövq edib. O, köməksiz uşağa qarşı daha da amansız davranaraq, ağır üsullardan istifadə etməklə onu öldürmək fikrinə düşüb. Bu məqsədlə də Pirmuradı avtomobildən düşürüb, 20 Yanvar metrostansiyasının yaxınlığındakı yeni inşa olunan yaşayış binasının zirzəmisinə aparıb: “Həmin ərazi görüntü baxımından zibilliyi xatırladır. Ona görə də zirzəmiyə daxil olanda Pirmurad soruşdu ki, bəs gəzməyə getmirik? Mən də bildirdim ki, burda bir az işim var, mənimlə gəl, sonra birlikdə gedərik. Onu beləcə aldatdım, hadisənin baş verdiyi əraziyə çatana qədər yerdən “kapuşonka şnuru” tapdım. Pirmuradı qaranlıq yerə apardım. Həmin “kapuşonka şnurunu” uşağın boğazına dolayıb boğmaq istəyəndə “şnur” qırıldı. O, ağlayırdı. Mən onun əlindən tutaraq həmin ərazidə başqa ip axtardım. Pirmurad, deyəsən, hər şeyi anlamışdı. Qaçmaq istəyirdi, bədəni də tir-tir əsirdi. Buna baxmayaraq, mən onu asmaq üçün kəndir axtarmaqda davam etdim. Yerdən nazik kapron “şnur” tapdım, növbəti dəfə onu Pirmuradın boğazına keçirib boğdum”.
Növbəti dəfə azyaşlının öldürmək niyyətini “məharətlə” həyata keçirən Mənsur Pirmuradın məktəb çantasını zibilliyə atıb. Uşağın nəfəsi dayanandan sonra meyiti evdən gətirdiyi kostyum saxlamaq üçün nəzərdə tutulan kisəyə yerləşdirib. Sonra da onları bayaqdan kənarda gözləyən sürücünün yanına qayıdıb.
“Meyiti “sovqat” adı ilə maşına qoydum”
Sürücünü aldadaraq uşağı aparıb atasına təhvil verdiyini deyən Mənsur Pirmuradın kostyum torbasına bükülmüş meyitini avtomobilin yük yerinə qoyub. Sürücüyə bildirib ki, bu “sovqat”dır, Pirmuradın atası Şamaxıda olan qohumlarına göndərir. Həmin “sovqat”ı Ceyranbatan qəsəbəsində yolüstü qohumlarına vermək lazımdır. Sürücü Elşad da buna etiraz etməyib: “Avtomobilə əyləşib maşını Ceyranbatan qəsəbəsinə sürdürdüm. Qəsəbədə “MTN” yolu adlanan ərazidə düşdüm və “sovqat” adı ilə taksiyə qoyduğum meyiti götürdüm. Sürücünü yola salıb, özüm təkbaşına meyiti Bakı-Sumqayıt avtomobil yolunda su kanalına atdım. Evə qayıdanda qəsəbədə Elşad Həşimovun İlqargilin evlərinin yaxınlığında polislərlə söhbət etdiyini gördüm. Onda fikrimə gəldi ki, sürücü Elşad məndən şübhələnib”.
“Onun coxlu borcu vardı, borc sahibləri evə gəlirdilər”
Şahid qismində ifadə verən Samir Bayramov bildirdi ki, dostu Mənsur ona planı barədə çoxdan məlumat verib: “Mənsurun maddi vəziyyəti çox pis idi. Bu yaxınlarda qızının üstünə qaynar su tökülüb yandı. Uşağın müalicəsi üçün xeyli borc pul götürdü. Bir neçə nəfərə nağd borcu var. Sonuncu dəfə mənimlə görüşəndə dedi ki, borc sahibləri evə gəlirlər. Vəziyyətdən çıxmaq üçün qohumunun uşağını oğurlayıb əvəzində valideynlərindən 30 000 manat pul tələb edəcəm. Doğrusu, onun sözlərini əvvəlcə ciddi qəbul etmədim. Mənə dedi ki, kömək edəcəyim təqdirdə həmin puldan 7000 manat verəcək. Onun israrlı olduğunu görüb kömək edə bilməyəcəyimi söylədim”.
Mənsur Samirdən kor-peşman ayrılandan sonra növbəti dəfə də yola gətirmək məqsədilə ona zəng edib. Samir bindan əsəbləşib, Mənsuru söyərək təhqir edib. Bir də bu məzmunda təklif edəcəyi təqdirdə onu döyməklə hədələyib.
Samir Bayramov ifadəsində Mənsurla hələ Rusiya Federasiyasında birlikdə çalışanda da onun belə işlərlə məşğul olduğunu, amma bir dəfə də olsun, tutulmadığını bildrdi.
“Hüquq-mühafizə orqanları bilməsin”
Mənsur Zülfüqarovun dostu, Moskvada onunla birlikdə işləyən Telman Məmmədov məhkəmədə dindirilərkən Mənsurun həmin gün onunla da görüşdüyünü dedi: “Çox həyəcanlı idi. Tez-tez ətrafa boylanıb söhbət edə-edə cibindəki mobil telefonun “batareyasını” çıxardı. Məndən də öz telefonumun batareyasını çıxartmağımı xahiş etdi. Səbəbini soruşanda ded ki, birdən söhbətimizə qulaq asarlar. Beləliklə, o, qohumlarının uşağını oğurladığını, buna görə, ona kömək göstərməyimi istədi. Kömək edəcəyim təqdirdə mənə 5000 manat pul verəcəyini söylədi. Ona rədd cavabı verib, məni bu işə qatmamasını tapşırdım. Özünün də belə bir işə nahaqdan girişdiyini, səhv yolda olduğunu bildirdim”.
Rədd cavadı alan Mənsur Telmandan ayrılanda ona bu barədə hüquq mühafizə orqanlarına məlumat verməməyi tapşırıb.
Bankdan götürdüyü krediti ödəyə bilməyib”
Şahid qismində məhkəmədə ifadə verən Mənsurun daha bir dostu Emin Hüseynzadə dəfələrlə Mənsura Rusiyaya getmək üçün borc pul verdiyini, hətta “Bank of Baku”dan onun adına 500 manat götürsə də, bugünədək krediti ödəyə bilmədiyini söylədi. Belə ki, ödəniş vaxtı çatanda müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınıb. Buna görə də Eminlə aralarında narazılıqlar yaranıb. Hadisə ilə bağlı məhkəmədə ifadə verən Eminin sözlərinə görə, Mənsur ona bu yaxınlarda pullu işi olacağını, banka olan krediti bağlayacagına söz verib. Söhbət əsnasında imkanlı bir şəxsin uşağını oğurlaması barədə də məlumat verib. Eyni üsulla ondan da kömək istəyib. Cavab isə bu dəfə də dəyişməz qalıb. Emindən “yox” cavabı alandan sonra onunla sağollaşıb..
Mənsur növbəti dostu Nizami Həsənovdan avtomobilini istəyib. Bildirib ki,ona məxsus “Oka” markalı maşınla bacısının qaynı oğlunu oğurlayıb əvəzində pul almaq istəyir. Nizami Həsənov isə onun sözünü yarıda kəsib. Bu işdə ona kömək edə bilməyəcəyini deyərək avtomobilini Mənsura verməkdən imtina edib.
11 yaşlı uşaq sürücüyə Mənsurun yalanını açıb
Şahid qisminsə ifadə verən sürücü Elşad Həşimov üzdən tanıdığı Ceyranbatan qəsəbə sakini Mənsurun ona yaxınlaşıb uşağı həkimə aparmaq üçün Bakıya getmək istədiyini, axşam saatlarına qədər onu gözləyəcəyini və taksi pulunu qayıdanda verəcəyini bildirib. Sürücü öz növbəsində razılaşıb. Pirmurad könüllü olaraq arxa oturacağa əyləşib. Mənsurun sifarişi ilə Əhmədliyə “Ukrayna dairəsi”nə, oradan da Nərimanov metrostansiyasına gediblər: “O, maşına əyləşəndə özünü mənə uşağın dayısı kimi təqdim elədi. Dediyi ünvanlara çatanda avtomobildən düşüb kiminləsə telefonla danışirdi. Maşında qətiyyən danışmırdı. “Əhmədli”də bir nəfərlə görüşdüyünün şahidi oldum. Bildirdi ki, dostumdur. Sonra da mağazadan uşağa nə isə alıb gətirdi. Mənsurun istəyilə 20 Yanvar metrostansiyası tərəfə getdik. Maşını Sumqayıta gedən avtobusların dayandığı yerdə saxladım. O, yenə də maşından düşüb telefonla kiminləsə danışanda uşaq mənə Mənsurun onun dayısı yox, əmisi oğlunun dayısı olduğunu bildirdi. 25-30 dəqiqədən sonra qayıdıb uşağı maşından düşürdü və atasına təhvil verəcəyini dedi”.
11 yaşlı uşağın qatilini aşkara çıxaran sürücü...
Elşadın sözlərinə görə, Mənsuru “sovqat”la Ceyranbatan qəsəbəri ərazisinə aparanda o, xidmət haqqını verməyib. Eyni qəsəbədə yaşayan Mənsur sürücüyə deyib ki, 30 manat xidmət haqqını bir neçə saatdan sonra verəcək. Hətta ayrılanda ona Bakıya gedib-gəlməsi barədə heç kəsə deməməsini tapşırıb: “Qəsəbədə məni görüb dedi ki, pulu indi də verə bilməyəcək. Çünki yeznəsindən almalıdır, onun da uşağı itdiyinə görə başı qarışıqdır. Uşaq tapılan kimi qısa zamanda pulu verəcək. Sonra sürücülərdən eşitdim ki, həmin gün qəsəbədə məktəbli oğlan uşağı itib. Mənsurdan şübhələnib bu barədə polisə məlumat verdim”.
“Məndən 30 min manat pul tələb etdilər”
Zərərçəkən İlqar Pirmuradov bidirdi ki, ikisi qız, biri oğlan olmaqla üç övladı var. Oğlu Pirmurad hər gün günorta 1-ə qədər evdən çıxıb məktəbə gedir. Saat 17:30-da evə qayıdır. Hadisə günü tanımadığı bir nömrədən ona zəng gəlib, 30 min manat pul tələb ediblər: “Elə bildim kimdirsə mənimlə zarafat edir. Çünki məni açıq nömrədən yığmışdılar. Amma səsi tanıya bilmədim. Telefonda səsi qırıq-qırıq gəlirdi. Düşündüm ki, ciddidirsə, niyə açıq nömrədən zəng edir? Amma içimdəki narahatlığa son qoymaq üçün həyat yoldaşıma zəng vurdum. Pirmuradın məktəbdən gəlib-gəlmədiyini soruşdum. “Yox” cavabı eşidəndə narahatlığım artdı.Yoldaşıma heç nə deməsəm də, mənə zəng edən nömrəni yığdım. Amma zəng çatmadı. Dərhal qardaşım İmrana zəng vurdum. Baş verənləri ona danışandan sonra görüşüb birlikdə Abşeron Rayon Polis Şöbəsinə getdik. Olanları polisə də bildirdim”.
İlqar Pirmuradovun sözlərinə görə, qardaşı İmranın qayını olan Mənsuru elə qardaşına görə də tanıyır. Onunla elə də yaxın münasibətləri yoxdur. Nə də heç bir düşmənçiliyi, ədavəti və mübahisəsi düşüb.
Şahid qismində dindirilən İlqar Pirmuradovun qardaşı İmranın sözlərinə görə, qayını Mənsurun Rusiya Federasiyasında da belə işlərlə məşğul olduğunu az-çox eşidib. Bundan başqa, onun bir neçə nəfərdən pul alıb qaytarmaması barədə qayınanası və qayınatası hər dəfə şikayət edirdi.
Ömürlük həbs
Beləliklə, Cinayət Məcəlləsinin bir neçə maddələri ilə təqsirli bilinən Mənsur Zülfüqarov 11 yaşlı məktəblimi xüsusi amansızlıqla qətlə yetirdiyinə görə ömürlük azadlıqdan məhrum edilib.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM