Bu gün fərdi yaşayış evi tikmək istəyən vətəndaş əksər hallarda problemlərlə üzləşir.
Vətəndaş tikinti ilə bağlı rəsmi surətdə yerli icra hakimiyyətinə müraciət etdiyi zaman bəzən özbaşınalıq halları ilə qarşılaşır. Bu isə vətəndaşın maddi itki ilə üzləşməsinə səbəb olur.
Fərdi yaşayış evi tikmək istəyən vətəndaşların rahatlığı necə təmin olunmalıdır?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, fərdi yaşayış evinin tikintisi ilə bağlı icazə formaları dəyişdirilməlidir:
"Bu gün Bakı və Abşeron yarımadasında 500 mindən çox sənədsiz fərdi yaşayış evləri var. Çıxarışlı həyət evlərinin sayı isə 100 minlərlədir. Bina evlərindən fərqli olaraq, vətəndaşların həyət evlərinə axını daha çoxdur. Çünki həyət evlərinin qiyməti daha ucuzdur. Lakin bu gün istifadə olan topraqların əksəriyyətinin sənədi yoxdur. Bu isə vətəndaşın fərdi yaşayış evi tikməsində müəyyən problemlər yaradır. Belə ki, fərdi yaşayış evi tikmək istəyən vətəndaşın torpağının çıxarışı olmalıdır. Çıxarış əsasında torpaq üzərində tərtib olunan eskiz layihəsi yerli icra hakimiyyətinə sorğu şəkilində göndərilir. Çəkilmiş eskiz layihə memar tərəfindən təsdiq edilir. Eyni zamanda, rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsi həmin sənədə möhür vurur. İcra Hakimiyyəti 15 gündən sonra sorğunun nəticəsi ilə bağlı məlumat göndərir. Hər hansısa irad olmazsa, vətəndaş evi tikə bilər.
Fərdi yaşayış evinin tikintisi vətəndaş üçün ciddi problemə çevrilib
Bəzi vətəndaşlar evinin üstünü artırmaq istəyərkən, bir sıra problemlərlə üzləşir. Çünki vətəndaş tikinti üçün ən azı 3-4 dövlət qurumuna baş çəkmək məcburiyyətində qalır. Bəzən çıxarışla təmin edilməməsi məhkəməyə üz tutmasına səbəb olur. Bu isə vətəndaşın vaxtının boş getməsinə və maddi itki yaşamasına yol açır. Bu baxımdan vətəndaşların işini yüngülləşdirmək üçün ciddi addımlar atılmalıdır.
Sənədləşdirmə prosesinin sadələşdirilməsinə ehtiyac var
Gələn aydan etibarən sənədsiz evlərin çıxarışla təmin olunması prosesi başlayacaq. Əmlak sahəsində inkişafa nail olmaq üçün sənədləşdirmə ilə bağlı dəyişiklik edilməlidir. Sadələşdirilmiş metod inşaat sektorunun inkişafına da müsbət təsir edəcək.
Fərdi yaşayış evi tikmək istəyən şəxsə qanunla dövlət rüsumu tətbiq oluna bilər
Bu dövlət rüsumunun tətbiqi vətəndaşların rahatlığı üçün effektiv təsirə malik ola bilər. Fərdi yaşayış evi tikmək istəyən vətəndaş müəyyən məbləğdə rüsum ödəməklə, nəzərdə tutduğu layihəni tətbiq edə bilər. Rüsum fonunda vətəndaş çıxarışla təmin edilə bilər. Dövlət rüsumunun tətbiqi həm tikinti sahəsində baş verən korrupsiya hallarını aradan qaldıra bilər, həm də dövlət külli miqdarda vəsait əldə edə bilər. Rüsumun tətbiq olunması ilə bağlı bəzi şərtlər formalaşdırılmalıdır. Bu şərtlər vətəndaşların tikintiyə icazə verilən qaydalarla öncədən tanış olmasına səbəb olacaq”./ Redaktor.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM