Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığın davam etdirilməsinə dair memorandum imzalanıb.
Sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev və RİİB-in sədri Məhəmməd Abdullayev imzalayıblar.
Tədbirdə ötən il layihə çərçivəsində görülən işlərə, yaradılan təsərrüfatlara dair videoçarx nümayiş olunub.
A.Əliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə iqtisadi inkişafın nəticələrinin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsində real ifadəsini tapır.
Nazir müavini bildirib ki, dövlət başçısının təşəbbüsü ilə icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla 7267 nəfər cəlb edilib. Onlardan da 1000 nəfərini əlilliyi olan şəxslər, 1340 nəfərini məcburi köçkünlər, 1416 nəfərini qadınlar, 101 nəfərini çəzaçəkmə müəssisələrindən azad edilmiş vətəndaşlar və həssas kateqoriyadan olan digər şəxslər təşkil edib. Cari ildə bu proqrama 10 minədək, 2020-ci ildə isə 15 minədək ailənin cəlb olunması nəzərdə tutulub.
A.Əliyev özünüməşğulluq proqramının genişlənməsinə, bu proqram vasitəsilə kənd təsərrüfatının mühüm sahəsi olan bağçılığın inkişafına RİİB-in fəal dəstək verdiyini vurğulayıb. Qeyd edib ki, nazirliklə RİİB arasında imzalanmış memorandum çərçivəsində 2018-ci ildə "Sosial bağlar" layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən (şəhid ailələri, əlilliyi olanlar, aztəminatlı ailələrin üzvləri və s) 125 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb. Həmin ailələrə sahələrin suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilib. Müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün təlim kursları təşkil edilib.
Layihənin artıq ikinci mərhələsinə başlandığını deyən nazir müavini bildirib ki, yeni mərhələdə bu il daha 250 aztəminatlı ailə üçün bağ və bostançılıq təsərrüfatları yaradılacaq. Bununla onların kiçik sahibkarlığa çıxışı dəstəklənəcək, həmçinin qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstək göstəriləcək.
Daha sonra çıxış edən M.Abdullayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun icra etdiyi layihələrin ölkəmizin inkişafı proseslərinə ardıcıl dəstək olduğunu bildirib. O, bu layihələrin bir istiqamətinin də sosial sahədə aparılan islahatlara, həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşıdığını vurğulayıb. RİİB-in fəaliyyəti barədə məlumat verən M.Abdullayev nazirliklə birgə reallaşan "Sosial bağlar" layihəsinin bu il də uğurla icra olunacağına əminliyini ifadə edib.
M.Abdullayev əlavə edib ki, RİİB-in başlıca məqsədi ölkənin ictimai, sosial və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə geniş dəstək verməkdən ibarətdir:
"Fəaliyyəti dövründə ictimai birlik tərəfindən respublikanın regionlarında sosial, səhiyyə, təhsil, informasiya texnologiyaları, turizm, idman, ekologiya və digər istiqamətlərdə müxtəlif layihələr həyata keçirilib, vətəndaşların çoxsaylı müraciətləri təmin edilib, bu gün də bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir.
Xüsusi həssas qruplara daxil olan ailələrin əmək qabiliyyətli üzvlərinin özünəməşğulluğunu təmin etmək məqsədilə RİİB ƏƏSMN qarşısında təşəbbüslə çıxış edib, aparılan müzakirələr nəticəsində regionlarda "Sosial bağlar" layihəsinin birgə həyata keçirilməsi barədə razılıq əldə olunub.
2018-ci ildə qurumlar arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində regionlarda qeyd olunan kateqoriyalarla bağlı 125 ailə üçün meyvə bağları yaradılıb. Həmçinin İctimai Birliyin nümayəndələri və könüllülərinin iştirakı ilə bağlar salınacaq şəxslər üçün təsərrüfatların idarə olunması, aqrotexniki qulluq və s. mövzularda təlimlər keçirilib.
Layihənin sosial və iqtisadi əhəmiyyəti nəzərə alınaraq qurumlar arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Bu gün imzalanan memoranduma əsasən davam etdiriləcək "Sosial bağlar" layihəsi çərçivəsində daha 250 həssas qrup ailə üçün meyvə bağları salınacaq".
Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, RİİB və ƏƏSMN-nin bu layihəsi bir modeldir. Çünki ilk mərhələdən sonuncu mərhələyə qədər alıcının, istehlakçının tələblərinə uyğun sistem formalaşıb:
"Çox istərdim ki, bu model genişlənsin, həcmi artsın. Özünüməşğulluq proqramı bu gün Azərbaycanın məşğulluq siyasətində ən önəmli məsələlərdən biridir. Biz qloballaşma şəraitində yaşayırıq, bir tərəfdən yeni müəssisələr, iş yerləri yaranır, digər tərəfdən də texnologiyaların tətbiqi nəticəsində iş yerləri ixtisar olunur. Belə bir şəraitdə məşğulluq siyasəti, bu siyasəti həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yükü həddindən artıq böyükdür. Dünyada işsizlikdən böyük problem yoxdur. Ermənistanda görürsünüz ki, əhali azalır, miqrasiya çoxalır, amma Azərbaycanda hər il 100 min iş yerinin yaradılması nəzərdə tutulub. Bilavasitə ehtiyacı hiss edən insanlar üçün çoxsistemli iş yaradılıb. Bu onu göstərir ki, Azərbaycan dövlətinin apardığı siyasət əhalinin, ölkəmizin milli maraqlarına cavab verir.
Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bugünkü tədbirin bir neçə özəlliyi var: "Birincisi, 2004-cü ildə Azərbaycanda ilk dəfə Prezident İlham Əliyev regionların sosial iqtisadi inkişafı proqramını həyata keçirməyə başladı. Daha sonra İşsizlikdən Sığorta Fondu yaradıldı və onun büdcəsini təsdiq etdik. Büdcəyə görə də vəsaitin yarısı özünüməşğulluğa yönəldi. Heydər Əliyev Fondunun, Mehriban Əliyevanın rəhbərliyi ilə regionlarda bağçılıq təsərrüfatının yaradılması ideyası ortaya qoyuldu".
Digər çıxış edənlər "Sosial bağlar" layihəsinin sosial-iqtisadi əhəmiyyətini, qeyri-neft sektorunun inkişafında, aztəminatlı ailələrin kiçik ailə biznesinin qurulmasında vacibliyini vurğulayıblar.
"Sosial bağlar" layihəsinin birinci mərhələsinin iştirakçıları isə bu layihənin onların öz bağ təsərrüfatlarını qurmalarına, özünüməşğulluqlarına, kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə səbəb olduğunu vurğulayıblar.
Qeyd edək ki, memoranduma əsasən layihə üzrə ötən illə müqayisədə iki dəfə çox olmaqla, bu il 250 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Nazirlik layihə iştirakçılarının seçimi, onlar üçün təlimlərin təşkili, biznes planlarını müdafiə edənlərin aktivlərlə təmin olunması və s. aidiyyəti işləri yerinə yetirəcək.
"Regional İnkişaf" İctimai Birliyi isə iştirakçıların seçimi, onların biznesə başlamaları və təsərrüfatları idarə etmələrinə, təsərrüfatlara aqrotexniki qulluq göstərmələrinə və s. dəstək göstərəcək. Həmçinin təsərrüfat növünün seçilməsi, təsərrüfatların yaradılmasına və istehsal olunan məhsulların satışına (marketinqinə) köməklik göstərilməsi üzrə məsləhətlər, iştirakçıların təsərrüfatlardan əldə edəcəyi gəlirlərin istehsalın inkişafına yönəldilməsi mexanizminə dair təkliflər veriləcək.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM