Minskdə Azərbaycana ilk "qızıl"ı qazandıran fateh - Portret

00:29 / 29.06.2019

Qələbəsini "əsgər salamı" ilə qeyd edən çempionumuz, bir neçə gündən sonra hərbi xidmətə gedəcək

Strategiya.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə ölkəmizin bütün idman həvəskarlarının diqqəti Minskdə keçirilən II Avropa Oyunlarına yönəlib. Digər kütləvi idman tədbirlərində olduğu kimi, əsası Bakıda qoyulan qitənin ən böyük yarışında da təmsilçilərimizdən gözləntilər çoxdur. Hərçənd, ilk günlər hadisələr heç də arzulanan məcrada cərəyan etmirdi. Yarışın ilk beş günündə üst-üstə 11 medal qazansaq da, komandamızın aktivində baş mükafat yox idi. İki gümüş və bir bürünc medalla yadda qalan gimnastlarımızın uğurlu çıxışı fonunda cüdo, boks və sambo kimi ənənəvi növlərdə yarışan favorit idmançılarımız potensialını tam ortaya qoya bilmədi. Təbii ki, bu, belə davam edə bilməzdi. Ən azından, yarışın ikinci yarısından mübarizəyə qoşulacaq titullu güləşçilərimizin "qızıl" hesabımızı açacağına şübhə etmirdik. Sağ olsunlar, adəti üzrə, etimadımızı artıqlaması ilə doğrultmaqdadırlar. Elə startdaca xalça üzərinə çıxan Mahir Əmiraslanov bütün rəqiblərini üstələyərək, Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilən 26 iyunu həm də "Minsk-2019-un ilk qızıl medalı ilə əlamətdar elədi. Bununla da, komandamızı arzuolunmaz pillədən xilas edən 22 yaşlı gənc, bir gündə hamının maraq dairəsinə düşdü. Beləliklə, çempionumuzu yaxından tanımaq istəyənlər üçün bu yazı faydalı ola bilər.

"Bizi qaçırtmadığı dağ-düzən qalmamışdı"

12 may 1997-ci ildə zəngin pəhləvanlıq ənənələrinə malik Qazaxda doğulan çempionumuz, güləşdə ilk addımlarını 8 yaşından atıb. İlk məşqçisi Qazax güləş məktəbinin tanınmış mütəxəssislərindən sayılan Ramiz Tağıyev olub. Özündən iki yaş böyük qardaşı Tahirlə birgə məşqlərə gedib-gələn Mahir, qısa vaxtda rayon birinciliyində, zona yarışlarında fərqlənib. Bu minvalla üç ildən artıq doğma rayonunda adından söz etdirdikdən sonra nəhayət, Bakıya gələrək, Respublika Olimpiya İdman Liseyinə qəbul olub. Yeniyetmələrdən ibarət seçməmizin çalışdırıcısı Əsgərxan Novruzovun rəhbərliyi ilə çalışmalarını davam etdirən Əmiraslanov, bu günədək məşqçisinə sadiqdir.

Tahir Əmiraslanov: "Atamız gəncliyində idmanla məşğul olub. Elə onun istəyinə görə, biz güləşə yazılmışdıq. Uşaqlıqdan Qazaxda bizi qaçırtmadığı dağ-düzən qalmamışdı. O, ikimizi də gələcəyin olimpiya, dünya çempionu kimi görmək arzusunda idi. Lakin bir ailədən iki eyni səviyyəli idmançının çıxması nadir hallarda olur. Bizim aramızda da Mahirin potensialı daha çox idi. Belə desək, istedad onun bəxtinə düşmüşdü".

İlk uğurlar

Mahir beynəlxalq miqyasda ilk uğurunu 2012-ci ildə, Yakutskda keçirilən Asiya Uşaq Oyunlarında əldə edib. 45 kiloqramda hamıdan güclü olan 15 yaşlı yeniyetmə, növbəti il ilk dəfə Azərbaycan birinciliyinin qalibi olub. Lakin buna qədər o, dünya birinciliyində də iştirak edib. Belə ki, seçim xarakterli mini-turnirdə hamıdan üstün olduğundan, yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Əmiraslanovu Bakıda keçirilən mundialda sınamaq qərarı vermişdilər. Nəticədə, ilk görüşdə məğlub olub, rəqibin finala çıxması sayəsində təsəlliverici görüşlərə qatılan Mahir, sonda mükafatsız qalmışdı.

Legionerlərin qənimi

2013-cü ildə o, əvvəlcə Çernoqoriyada keçirilən yeniyetmələrin Avropa birinciliyində bürünc medala yiyələnir, Serbiyada baş tutan dünya birinciliyini isə "gümüş"lə başa vurur. Maraqlıdır ki, Mahirin dünya birinciliklərindəki nəticələri eyni ildə təşkil edilən qitə yarışlarından daha uğurlu olub. Belə ki, növbəti il "Nankin-2014" Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa birinciliyini beşinci sırada tamamlayıbsa, yeniyetmələrin dünya çempionatında fəxri kürsünün ikinci pilləsində yer alıb. Aşağı yaş qruplarındakı yeganə çempionluğu da dünya birinciliyi ilə bağlıdır. Braziliyada keçirilən dünya birinciliyində 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərindən bir baş üstün olan 18 yaşlı Əmiraslanov, həmin ildə həm də Rio olimpiadasına lisenziya verən dünya çempionatında da çıxış edib. İlk mərhələdə almaniyalı rəqibinə seçim yeri buraxmayan seçməmizin ən gənc üzvü (7-0), 1/8 finalda özündən xeyli təcrübəli yapon rəqibinə yenilib (2-5). 2015-ci ilin sonunda respublika çempionu olub, 2016-cı ildə Riqada keçirilən Avropa çempionatında beşinci yeri tutub. Növbəti iki ildə isə o, AÇ-ləri buraxsa da, bir dəfə dünya çempionatına qatılıb. 2017-ci ildə Parisdə ikinci mundial təcrübəsini yaşayan Mahir, bu dəfə ilk mərhələdəcə özbəkistanlı rəqibinə uduzub. Bununla belə, sözügedən arada daha iki dəfə ölkə çempionatının qalibi olub. İlk çempionluğunu iranlı legioner üzərində qələbə ilə bayram etmişdisə, 2017-ci ilin əvvəlində gürcü Georgi Edişeraşvili, 2018-ci ilin dekabrında isə dağıstanlı İslam Bazarqonovla həlledici dueldən qalib ayrılıb.

Bir neçə beynəlxalq yarışda da üçqat Avropa çempionu Edişeraşviliyə seçim şansı buraxmayan çempionumuz haqqında "legionerlərin qənimi" desək, yerinə düşər. Hər halda, onun bu fərasəti xüsusi vurğulanmalıdır. Sirr deyil ki, bir çox çəki dərəcələrində yerli məktəbin nümayəndələri əksər hallarda güləş millilərimizə cəlb olunan əcnəbilərlə bacara bilmirlər.

"Qınaya da bilmirəm, dövrün uşaqları bir az başqa cürdür"

 
"Avropa çempionu olsaydı, bu zəfər qazanılmayacaqdı" deyir, Əsgərxan Novruzov: "Açıq deyim ki, Mahirdə tez-tez arxayınlıq olurdu. Bu səbəbdən, onun Rumıniyada keçirilən Avropa çempionatında üçüncü yeri tutmasına ikiqat sevinmişdim. Bir yandan böyüklərdə qazandığı ilk qitə miqyaslı medalın gələcək yarışlarda özünəinamını yüksəldəcəyini düşündüm, bir yandan da "yaxşı ki, birinci olmadı, yoxsa Avropa Oyunları əldən gedərdi" dedim. Onu qınaya da bilmirəm, dövrün uşaqları bir az başqa cürdür. Öz oğlum da tez-tez arxayınlığın qurbanı olur".

Hər şeyə inad...

"Minsk-2019" II Avropa Oyunlarına yola düşən güləş millilərimizdən ən ümidvericisi sərbəst güləşçilər idi. Lakin üçqat dünya çempionumuz Hacı Əliyevdən fərqli, digər pəhləvanlarımızın qızıl şansları o qədər yüksək qiymətləndirilmirdi. Çünki digər ölkələr kimi, bütün yarışların bir nömrəli favoriti sayılan Rusiya yığması da Belarus paytaxtına olduqca güclü heyətlə gəlmişdi. Altı çəki dərəcəsinin üçündə son dünya çempionunun yer almasını qeyd eləmək kifayətdir ki, şimal qonşumuzun bu yarışa nə qədər iddialı yollandığı göz önündə canlansın. Sözügedən çempionlardan biri də Əmiraslanovun çəkisində yer alırdı. Oyunlar ərəfəsində keçirilən Əli Əliyev memorialında da gürcü legionerimiz də daxil olmaqla, bütün rəqiblərini tam üstünlüklə yenən Zaur Uquyev, 57 kq-nın aşkar lideri sayılırdı. Lakin, sən demə, Uquyevi əməllicə analiz edən Azərbaycan pəhləvanı, qələbə qazanacağına əmin imiş. "Edişeraşvili ona heç bir müqavimət göstərə bilməyibsə, təcrübəsiz Mahir nə edəcək" düşünənlərə inad, çox soyuqqanlılıqla müdafiə olunan Əmiraslanov, rəqibin ani boşluğunu lazımınca dəyərləndirdi. Belədə, serbiyalı sürpriz finalçı Miçiçlə görüşün nəticəsi ciddi şübhə doğurmurdu. Gözlənildiyi kimi, böyük üstünlüklə qələbə(9-1) və əsgər salamı! Yeri gəlmişkən, çempionumuz gələn ay əsgər gedir. 

Bu arada onu da qeyd edək ki, Uquyev üzərindəki qələbə həm də revanş əhəmiyyəti kəsb edir. Belə ki, Mahir yeddi il əvvəl Bakıda keçirilən dünya birinciliyində məhz ona uduzmuşdu.

Tilsimi qırdı!

Yunan-Romada olduğu kimi, sərbəst güləş üzrə də ən yüngül çəki dərəcəsində mükafatlarımız kifayət qədərdir. Təmsilçilərimiz olimpiya, dəfələrlə Avropa çempionu olub, DÇ mükafatları qazanıblar. Bu əsnada ələlxüsus, Azərbaycan idmanın canlı əfsanəsi Namiq Abdullayevi xatırlamaq yerinə düşər. Elə onun karyerasını bitirməsindən sonra bu çəkidə ciddi boşluq yarandı. Hətta "London-2012" Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilmədik. Ayrı-ayrı vaxtlarda Mahmud Maqomedov, Georgi Edişeraşvili Avropa çempionu olsalar da, etiraf edək ki, bu nailiyyətlərə münasibət birmənalı deyildi. "Niyə yeni namiqlər yetişmir" sualı uzun illər aktuallığını qoruyub. Odur ki, Əmiraslanovun "Minsk-2019"dakı parlaq qələbəsini müəyyən mənada tilsimin qırılması kimi də xarakterizə etmək olar. Bu arada, qardaşının dediyinə görə, o, hələ bir neçə il əvvəl Abdullayevin xeyir-duasını alıb: "Sənədli filmin çəkilişləri zamanı Namiq müəllim sağ əlini onun başına qoyub, "inşallah, sən də olimpiya çempionu olarsan" demişdi".

"Ayrı uşaq olsa, deyərdi..."

Bu yerdə elə illər əvvələ, çempionumuzun uşaqlıq çağlarına dönək. Ə. Novruzov xatirələrini vərəqləyir: "Uşaqlıqda nə qədər dəcəl olsa da, çox utancaq, çəkingən idi. Bir dəfə müəllimlərindən biri mənə şikayət etdi ki, bəs çox dərs buraxır, ona bir qulaqburması ver. Heç dinməmiş, üzümün ifadəsini görən kimi başladı hönkür-hönkür ağlamağa. Necə qorxmuşdusa, vurmağa ürəyim gəlmədi. Dəfələrlə olub ki, əsəbiləşib demişəm, çıx, hara gedirsən-get. Ayrı uşaq olsa, deyərdi, əşi, bir belə nəticəm var, hara getsəm, mənə hər yer yaşıl işıqdır. Amma o, çox sadiqdir. Hər qələbəsindən sonra verdiyi açıqlamada ən başda mənim adımı çəkir, əməyimi qiymətləndirir. Bu, hər idmançıya xas cəhət deyil".

Portret

Həm ölkədaxili, həm də beynəlxalq yarışlardakı nəticələrinə nəzər saldıqda, bəzi təzadlarla qarşılaşırıq. Görünür, o, favorit idmançılarla qarşılaşmalara özünü daha yaxşı kökləyir. Elə bu məqamı əsas götürüb, yetərincə prinsipial xarakterə sahib olduğunu vurğulasaq, yanılmarıq. Yay Olimpiya Oyunlarına lisenziya sahiblərinin müəyyənləşəcəyi ərəfədə əldə olunan bu mükafat lap yerinə düşdü. Qələbə onu bir qədər də ruhlandırmalı, səhvləri üzərində daha səylə işləməyə sövq etməlidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM