Suallarımızı Azərbaycan Milli Məclisinin üzvü Müslüm Məmmədov cavablandırdı.
- Müslüm müəllim, AŞPA-nın yay sessiyasından sonra qurumun 6 siyasi fraksiyasından biri olan Azad Demokratlar Qrupunun fəaliyyətinə xitam verildi. Siz bu qrupun sabiq vitse-prezidenti kimi bu hadisəni neçə qiymətləndirirsiniz?
- Avropa Şurası Parlament Assambleyasında qərarların verilməsi, yüksək vəzifələrə təyinat və digər əhəmiyyətli məsələlərdə siyasi fraksiyaların oynadığı rol həddindən artıq mühümdür. Siyasi fraksiya səviyyəsində bu və ya digər məsələ ilə bağlı qərar verildikdən sonra fraksiyanın bütün üzvləri bu qərara uyğun səs verməlidirlər, əks halda bu üzv barədə çox sərt qərar, hətta onun fraksiyadan kənarlaşdırılması, bundan sonra isə öz ölkəsində təmsil etdiyi partiyada üzvlük məsələsini gündəmə gətirə bilərlər. 2017-ci ilə qədər AŞPA-nın 5 siyasi fraksiyası olub. Azərbaycana və digər ölkələrə qarşı son illərdə aparılan kampaniyaya cavab olaraq, sözümüzü deməyə platforma yaratmaq üçün, əsasən Azərbaycan və Türkiyə millət vəkillərindən ibarət olan Azad Demokratlar Qrupu siyasi fraksiyası 2017ci ilin iyununda yaradıldı. Bu hadisə anti-Azərbaycan mövqeyi tutan AŞPA rəhbərliyi, xüsusən Baş Katib Savitski üçün böyük zərbə idi. Müxtəlif bəhanə və şər atma cəhdləri ilə fraksiyanın yaradılma tarixini sentyabr ayına keçirdilər və beləliklə qrupun maliyyələşməsini 2018-ci ilin yanvarından deyil, 2019-cu ilin yanvarın ayına keçirilməsinə nail oldular. Məqsəd isə ondan ibarət idi ki, maliyyəsiz qalan qrup bu müddət ərzində fəaliyyətini dayandırsın. Bu çətinliyə baxmayaraq qrup ötən müddət ərzində fəaliyyətini uğurla davam etdirdi, qrupun əvvəl 1, sonra isə 2 vitse-prezidenti azərbaycanlı millət vəkili idi. 2019-cu ilin yanvarından isə AŞPA rəsmi olaraq qrupun maliyyələşdirilməsinə başladı. Lakin Savitskinin təşəbbüsü ilə 2019-cu ilin aprel ayında Qaydalar və Prosedurlar komitəsində siyasi fraksiyalar haqqında 19.2 maddəsi dəyişdirildi. Belə ki, bu vaxta qədər siyasi fraksiyanın yaradılması üçün üzv sayına qoyulan minimal kvota 6 ölkədən 20 millət vəkili idi. Aprel ayından isə bu kvota dəyişdirildi və 8 ölkədən 28 millət vəkili oldu. Təəssüf ki, Savitski və onun əlaltılarının AŞPA-da yaratdığı qorxu və təzyiq mühitində heç kim bu biabırçı qərarın əleyhinə çıxmayıb və beləliklə bu qərar heç bir çətinlik olmadan qəbul edilib. Bu yanaşma konseptual olaraq AŞPA dəyərlərinə ziddir, onsuz da bundan əvvəl mövcud olan şərtlər AŞPA üzvlərinə fraksiya yaratmağa imkan vermirdi, beləliklə yüzə yaxın millət vəkili heç bir siyasi qrupa üzv deyildi, bu da o deməkdir ki, onlar bu qurumda nə məruzə yaza bilərlər, nə komitələrdə hansısa vəzifə tuta bilərlər. Bu da, öz növbəsində, təşkilatın fəaliyyətinin qeyri-effektiv olmasına səbəb olur. Məsələyə daha geniş yanaşsaq, AŞPA-nın verdiyi bu qərar Avropa Şurasının üzv ölkələrə qoyduğu əsas tələblərdən biri olan “inklüziv demokratiya" prinsipinə ziddir, yəni hər kəs effektiv şəkildə verilən siyasi qərarlarda iştirak etmək hüququna malik olmalıdırlar, bu qərar isə əksinə, deputatların təcrid olmasına gətirib çıxardı.
- Dediyiniz bu qorxu mühiti özünü nədə büruzə verir? Avropanın demokratiya institutu sayılan bir qurumda belə bir mühitin yaradılması inandırıcı deyil..
- AŞPA-da son illər baş verən proseslərdə birbaşa iştirakçı olmasaydım mənə də vəziyyətin bu dərəcəyə gəlib çatmasına inanmaq çətin olardı. Hal-hazırda Savitski 10 illik fəaliyyətinin sonuna yaxınlaşır, amma buna fəaliyyətdən çox hegemonluq adı daha çox uyğun gəlir. Onun istəyinə qarşı çıxan millət vəkilləri müxtəlif bəhanə və əsasən də şərləmək yolu ilə qurumdan uzaqlaşdırırlar. Bunun üçün o Büroda və Qaydalar və Prosedurlar Komitəsində olan nüfuzundan süi-istifadə edir. Yazılan yeni qaydalar bəzən ən adi məntiqə belə zidd olsa da assambleya tərəfindən qəbul edilir.
- Müslüm müəllim, axı bu qaydaları millət vəkilləri elə özləri qəbul edir, Savitski və onun məmurları səs vermək hüququna malik deyillər.
- Düzdür, səsvermədə deputatlar iştirak edir. Amma qaydaları onlar yazmır, məhz Savitskinin diktəsi ilə bu komitələrdə məruzəçilərə təhkim olunan katiblər yazır. Çox az sayda məruzəçi məruzəsini özü yazır, bu işi əsasən katib edir.
- Qayıdaq qrupla bağlı məsələyə, dediyiniz qayda dəyişikliyindən sonra nə oldu?
- Qrupun üzvlərinin sayının yeni qaydalara uyğun artırılması üçün 30 iyuna qədər vaxtı var idi. 2 ölkə və 6 üzv tapılması üçün aparılan bütün səylər Azərbaycanla bağlı məsələlərin müzakirəsində müstəqil mövqedə duran AŞPA üzvlərinə son dövrlərdə anti-Azərbaycan qüvvələrin səyləri nəticəsində sanksiyaların tədbiq edilməsi və cəzalandırılması ucbatından heç bir nəticə verməyib 1 iyul tarixdən qrup öz fəaliyyətinə xitam verdi. Hal-hazırda AŞPA-da heç bir qrupa üzv olmayanların sayı 120 nəfərə çatıb, bu isə üzvlərin 20 faizi deməkdir. Müqayisə üçün, Avropa parlamentində heç bir siyasi qrupa daxil olmayanların sayı ümumi sayın cəmi 2,5 faizini təşkil edir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM