Zakir Həsənovdan xüsusi tapşırıq - FOTO

10:30 / 30.08.2014


Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, avqustun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) şəxsi heyətlə iş üzrə bölük komandiri müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşüb. Tədbir iştirakçılarını salamlayan nazir çıxışında orduda aparılan son islahatlardan, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji tərbiyəsində qarşıda duran mühüm vəzifələrdən danışıb.

Müdafiə naziri qeyd edib ki, hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Ali Baş Komandana, Vətənimizə, torpağımıza, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Azərbaycan Ordusunun şəxsi heyəti hər an qələbəyə hazır ola bilər: "Müasir mərhələdə Azərbaycan dövlətinin artan siyasi-iqtisadi uğurları, daxili və xarici siyasətimizdə qazanılan genişmiqyaslı nailiyyətlər ölkədə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradır. Bu gün dövlət rəhbərliyi, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya böyük diqqət və qayğı vardır. Həm Silahlı Qüvvələrimizin bölmələri müasir silah və hərbi texnikalarla təmin edilir, həm də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Hər kəs yaxşı bilməlidir ki, bu gün ordumuzun şəxsi heyətini qarşıda duran mühüm vəzifənin icrasına - torpaqlarımızın işğaldan azad edilməsinə səfərbər etmək qarşımızda dayanan ən mühüm vəzifədir. Bu baxımdan şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan komandir və zabitlərin üzərinə böyük məsuliyyət düşür. Orduda önəm verilən əsas şərt gənc döyüşçülərin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə şəxsi heyətin şüuruna dövlətin və xalqın mənafeyini müdafiə etmək hissləri aşılanmalıdır. Hər bir gənc döyüşçü hansı amal və məqsəd uğrunda xidmət etdiyini, mübarizə apardığını dərindən dərk etməlidir".

Müdafiə nazirinin fikrincə, əsgər heyəti ilə aparılan təlim-tərbiyə prosesində ən müasir üsullardan istifadə edilməlidir: "İlk növbədə qeyd etmək istərdim ki, əsgərin tərbiyəsinə cavabdehlik daşıyan zabit bütün mənəvi-əxlaqi keyfiyyətləri ilə hərbi kollektivdə nümunə olmalıdır. Bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavini bilməlidir ki, bu gün ordu rəhbərliyi ona böyük etimad göstərib. Onların vəzifələri bir pillə artırılıb, yəni, o, öz komandiri ilə bir səviyyədə dayanır. Mənə elə gəlir ki, bu göstərilən etimad həmin zabitin vəzifə məsuliyyətini qat-qat artıracaqdır. O, öz üzərində daha səylə çalışmalı, hərbi bilik və vərdişlərini artırmalı, qarşısında dayanan tapşırıqların məsuliyyətini dərindən dərk etməlidir.

Xalqımızın illərdən bəri üzləşdiyi münaqişənin mahiyyəti şəxsi heyətə izah edilməli və doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizənin bizim ədalətli işimiz olduğu aşılanmalıdır. Yəni əsgərlərimizin müharibəyə hazır olmasının əsas zərurəti yalnız xalqımızın ədalətli mübarizəsindən - doğma torpaqlarımızı işğaldan azad etmək zərurətindən irəli gəlir. Əgər işğalçı dövlət ölkəmizin ərazi bütövlüyünün sülh yolu ilə təmin olunmasına razılaşmayacaqsa, onda Azərbaycan hərbi yolla bu məsələnin həllində israrlı olacaqdır".

Şəxsi heyətin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyinə toxunan nazir qeyd edib ki, xalqımızın qəhrəmanlıq ənənələri əsgərlərə layiqincə təbliğ edilməlidir: "Qoy hər bir əsgər qədim xalqın nümayəndəsi olduğunu dərindən dərk etsin, qəhrəmanlarımızı yaxşı tanısın, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin irsini mükəmməl öyrənsin. Həyatda da belədir, hər kəs cəmiyyətdə özünə layiqli yer tutmaq istəyirsə, dahi insanların ömür yolunu özünə örnək bilməlidir. Bu mənada ümummilli liderimizin mənalı ömür yolu və tarixi fəaliyyəti Silahlı Qüvvələrimizin şəxsi heyətinə ən layiqli örnəkdir".

Müdafiə naziri şəxsi heyətin döyüş ruhunu artırmaq üçün bölüklər səviyyəsində iş aparıımalı olduğuna ciddi fikir verilməli olduğunu bildirib: "Biz çalışmalıyıq ki, Silahlı Qüvvələrimizin şəxsi heyətinin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirlməsində hər bir zabit üzərinə düşən məsuliyyəti dərindən başa düşsün və öz vəzifə borcunu yerinə yetirsin. Ordumuzun mühüm döyüş vəzifəsinin icra edilməsində şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da az əhəmiyyət daşımır və bu sahəyə cavabdeh olan zabitlər məsuliyyət hissini daha dərindən hiss etməlidirlər. Məncə, şəxsi heyətin döyüş ruhunu artırmaq üçün bölüklər səviyyəsində bu vacib işə cavabdehlik daşıyan zabitlərin fərdi hazırlığına ciddi fikir verilməlidir. Ümumiyyətlə, hər bir zabit öz hərbi biliyi, davranışı və əxlaqi keyfiyyətləri ilə şəxsi heyətə nümunə olmalıdır. Şəxsi igidlik nümunələri göstərən hərbi qulluqçular hamıya örnəkdir. Məsələn, bu yaxınlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin təxribat xarakterli cəhdlərinin qarşısının alınmasında bəzi hərbi qulluqçularımız xüsusilə fərqlənmişdilər. Belə qəhrəmanlıq nümunələri başqa hərbi bölmələrin şəxsi heyətinə də təbliğ edilməlidir".

Görüşün sonunda müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev nazirin çıxışının, dəyərli tövsiyə, göstəriş və tapşırıqlarının zabitlər üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. O, müdafiə nazirini əmin edib ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabitlər qarşıya qoyulan bu mühüm vəzifə və tapşırıqların uğurla yerinə yetirilməsində dəyərli töhfələrini əsirgəməyəcək və şəxsi heyəti qarşıda duran mühüm vəzifənin yerinə yetirilməsinə səfərbər edəcəklər.
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM