İyulun 5-də "Mən "SABAH"ın məzunuyam" adlı tədbir keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Əvvəlcə Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov və iştirakçılar "Mən "SABAH"ın məzunuyam" adlı sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra "SABAH" qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ali təhsil sistemində inkişaf göstəricilərinin daha da yüksəldilməsi istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. "SABAH" layihəsinin əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, 2014-2015-ci tədris ilində 755 tələbənin iştirakı ilə başlayan layihə hazırda 2300-dən çox tələbəni əhatə edir. Bu gün elmi-pedaqoji mühiti, müasir maddi-texniki bazası olan 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə "SABAH" qrupları fəaliyyət göstərir. "SABAH" layihəsinin əsas şüarı - savadlı, bacarıqlı və hazırlıqlı – Azərbaycan tələbələrinin qarşısına qoyulan məqsədi ifadə edir. "SABAH" layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış təhsil modelidir.
Son illərdə aparılmış çoxşaxəli təhsil islahatlarını diqqətə çatdıran nazir C.Bayramov ölkəmizdə gənclərin keyfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, "SABAH" qrupları da bu islahatlar arasında əhəmiyyətli yer tutur.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edən C.Bayramov ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Nazir məzunların doğma Azərbaycanın davamlı inkişafına töhfə verəcəklərinə əminliyini bildirib. Təhsil naziri "SABAH" məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib.
Mərasimdə rəmzi "SABAH" açarı III kurs tələbələrinə verilib.
Sonda "SABAH" qruplarının himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam etdirilib.
"SABAH" qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda "SABAH" qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.
2018-2019-cu tədris ilində 701 "SABAH" məzunu təhsilini başa vurur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM