Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters arasında görüş keçirilib.
Tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər.
Bununla yanaşı, Avropada və dünyada təhlükəsizlik məsələlərinə, terrorçuluq və dəniz quldurluğu ilə mübarizəyə, Əfqanıstanda, Suriyada vəziyyətə dair fikir mübadiləsi aparıldığı bildirilir.
Azərbaycanın dövlət başçısı İlham Əliyev ordu generalı Valeri Gerasimovu qəbul edib. Görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.
Daha sonra İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olundu.
Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda "Qətiyyətli dəstək" missiyasına töhfəsi məsələləri müzakirə edildi.
Valeri Gerasimovla Tod Uolters arasında Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş görüşdə habelə Rusiya və NATO arasındakı təmas xəttində insidentlərin qarşısının alınması, ekspertlər dialoqunun perspektivləri də müzakirə olunub.
Əsas müzakirə mövzusu, təbii ki, Əfqanıstan və Suriyadakı situasiya olub.
Bu, Rusiya və NATO-nun ali rütbəli generalları arasında Azərbaycanda ilk görüş deyil. Ötən ilin dekabrında V.Gerasimov Bakıda NATO birləşmiş silahlı qüvvələrinin ali baş komandanı, general Körtis Skaparrotti ilə Bakıdv görüşərək danışıqlar aparmışdı.
Bakıdakı bu görüşlərin ilki isə V.Gerasimovun 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordla danışıqları olmuşdu. Həmin danışıqlar Rusiya və ABŞ-ın ali rütbəli hərbçilərinin 2015-ci ildən sonra ilk rəsmi görüşü olmuşdu.
"Niyə məhz Bakı?" sualı indi ekspert dairələrində, Rusiya və ABŞ mediasında çox səslənir.
Cavab sadədir. Çünki Azərbaycan rusiyalı və amerikalı generalların görüşərək normal şəraitdə danışıqlar aparacağı ən münasib, neytral və əlverişli məkandır.
Daha dəqiq olsaq, yeganə məkandır.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin ABŞ və Rusiya ilə əlaqələrini keyfiyyətcə yeni, indiyədək misli görünməmiş səviyyəyə qaldırmaqla yanaşı, dünyada iki rəqib və antoqonist faktiki güc mərkəzinə çevrilmiş Vaşinqtonla Kremlin əsla çəkinmədən danışıqlar aparacağı ölkəyə döndərib.
Azərbaycan həm ABŞ, həm də Rusiya ilə normal, sürətlə inkişaf edən və maraqlarla mənafelərin qarşılıqlı təmin olunduğu, üfüqi təmaslara əsaslanmış tərəfdaşlığa söykənən siyasətin yürüdüldüyü, bu baxımdan postsovet məkanı ilə bahəm, Yaxın Şərqlə Ön Asiyada unikal, təkrarsız ölkədir.
Bundan başqa, Azərbaycanın lideri İlham Əliyevin şəxsi nüfuzu, dövlətimizin qlobal proseslərdə və regional siyasətdə aktiv yerlə ciddi, nüfuzlu çəkiyə malik olması da önəmli amillər arasındadır.
Ən nəhayət, Azərbaycan nə ABŞ-ın təsiri altında olan, nə də Rusiyanın göstərişlərini xarici siyasətində mütləq nəzərə alan ölkə deyil.
Azərbaycan nə NATO-nun, nə də "MDB NATO-su" adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil.
Bununla yanaşı, ölkəmiz ABŞ və Rusiya ilə yanaşı, Avropa Birliyinin və Şərq ölkələrinin, xüsusilə də ərəb dünyasının çox böyük sayğı bəslədiyi dövlətdir.
Bakıda çox maraqlı siyasi gündəm olub.
Ordu generalı, Rusiyanın "hibrid savaş" strategiyasının "ata"sı sayılan və çox uğurlu strateji layihələrin müəllifi olan Valeri Gerasimov Bakıda olarkən Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla da görüşüb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.
General T.Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
General T.Volters NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Bakıda olarkən Valeri Gerasimov Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin dayanıqlı və tarixi köklərə malikliyini vurğulayıb, ölkələrimizin strateji tərəfdaş olduğunu vurğulayıb.
Bununla yanaşı, o, Rusiya və Azərbaycan arasında hərbi, habelə hərbi-texniki əməkdaşlığın genişləndiriləcəyini, ali rütbəli hərbçilərin görüşlərinin intensivliyinin artmasının mühümlüyünü də bəyan edib.
V.Gerasimovun Bakıya səfəri, xüsusilə də NATO komandanı ilə Heydər Əliyev Mərkəzində görüşərək danışıqlar aparması bəlkə də sakral məqamdır.
Məhz Heydər Əliyev çağdaş Azərbaycanın banisi və memarı, ölkəmizin geosiyasi dünya düzənində indiki yerinin özülünü qoyan, müstəqil siyasətin, ölkənin maraqlarının və dövlətin mənafelərinin ən üst mövqedə tutularaq xarici siyasətin alfası ilə omeqası sayıldığı strategiyanın müəllifidir.
Məhz Heydər Əliyev irsini və onun yolunu davam etdirən İlham Əliyev Azərbaycanı MDB məkanında unikal geostrateji xətti seçmiş ölkə kimi tanıtdı.
Azərbaycan heç bir hərbi blokun, ittifaqın və birliyin üzvü olmasa da, postsovet ölkələrinin istisnasız olaraq hamısından fərqli şəkildə nə aşkar Rusiyaya meylli, nə də ABŞ maraqlarının nəzəzərə alındığı siyasət yürütməsə də, Rusiya ilə ABŞ-ın strateji müttəfiqi və etibarlı tərəfdaşıdır.
Azərbaycan yenə öz sözünü dedi.
O söz Moskvada da eşidildi, Vaşinqtonda da, Dəməşq və Kabildə də...
Elçin Alıoğlu
Milli.Az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM