Ermənistanda quda oliqarxlar, quda siyasətçilər: Prezidentdən səfirə qədər.. - SİYAHI, FOTOLAR

14:04 / 31.08.2014

Sirr deyil ki, Ermənistanda kriminal rejim hakimiyyətdədir. Siyasətçi və oliqarxlardan ibarət olan bu sistem ölkənin bütün ictimai-siyasi həyatını sarmaşıq kimi bürüyüb. 


Təsadüfi deyil ki, qanunla qadağan olunsa da, parlamentdə əksər deputatlar bizneslə məşğul olan iş adamlarıdır. Onlar Ermənistanda öz hakimiyyətlərini saxlamaq, xalqı talamaq və daha da varlanmaq üçün yalnız öz çevrələrindən qız alıb-qız verirlər. 
 
Modern.az saytı Ermənistanın hakim elitasındakı mənfəət evliliklərini təqdim edir.
 
Ermənistan prezidenti Serj Sərkisyanın Anuş və Satenik adlı 2 qız övladı var. Onun böyük qızı, ixtisasca hüquqşünas olan Anuş atasının ən yaxın çevrəsinə daxil olan Mikael Minasyanla evlidir. Minasyan uzun illər gələcək qayınatasının kölgəsi hesab olunur, daim onu müşayiət edirdi.
 
Serj Sərkisyan Ermənistanın baş naziri təyin olunanda da Minasyanı öz müşaviri təyin edib. 2008-ci ildə prezident seçildikdən sonra isə o vaxta artıq Anuş Sərkisyanla evli olan Minasyan Prezident Administrasiyası rəhbərinin müavini təyin olunur. 2013-cü il martın 7-də Ermənistan prezidenti öz kürəkəninə diplomatik status verir və Vatikana səfir göndərir.
 
Qeyd etmək lazımdır ki, Mikael Minasyanın babası 60-cı illərdə Yerevan meri, atası Ara Mikaelyan isə paytaxtın əsas tibb mərkəzi sayılan “Müqəddəs Qriqor Lusavoriç” klinikasının direktorudur.
 
Sərkisyanın kiçik qızı Satenik isə ölkənin Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyanın bacısı oğlu Ayk Xaçaturyanla evlidir.
 
Serj Sərkisyanın qardaşı Aleksandr Sərksiyanın oğlu “Daşnaksütyun” Partiyasının keçmiş sədri, hazırda Almaniyada səfir olan Vaan Ovanisyanın qızı ilə rəsmi nikahdadır.
 
 
Ermənistanın baş naziri Ovik Abramyan isə “Çiçəklənən Ermənistan” Partiyasının sədri, Ermənistanın Olimpiya Komitəsinin prezidenti Qaqik Çarukyanla qohumdur. Ovik Abramyanın oğlu Arqam Qaqik Çarukyanın qızı Emma ilə ailə həyatı qurub. 
 
Onların 2009-cu il oktyabrın 17-də Yerevanın ən elit “Ocaq” restoranında baş tutan toy mərasimi erməni mediası tərəfindən “əsrin toyu” adlandırılmışdı. Mərasimdə prezident Serj Sərkisyanla yanaşı, Belarus parlamentinin spikeri və Konstitusiya Məhkəməsinin sədri də dəvət olunmuşdu.
 
Ermənistanın ən zəngin biznesmeni sayılan, “Aleks Qrup” şirkətlər şəbəkəsinin sahibi və Respublika Partiyasından parlamentə üzv olan Samvel Aleksanyan Rusiyanın “Taşir” şirkətlər şəbəkəsinin prezidenti Samvel Karapetyanla qohumdur. 
 
Belə ki, bir müddət öncə Aleksanyanın bacısı oğlu və Karapetyanın qızı 2011-ci ildə ailə həyatı qurublar. Həmin mərasimdə erməni oliqarxiyasının əsas simaları, o cümlədən prezident Serj Sərkisyan da iştirak etmişdi. 
 
Bundan öncə 2010-cu ilin sentyabrında Samvel Aleksanyan öz qardaşı oğlunu deputat həmkarı Qriqori Markaryanın qızı ilə evləndirmişdi. Maraqlıdır ki, Aleksanyanın bacısının digər kürəkəni də Ermənistan parlamentinin deputatı Koryun Naapetyandır.
 
 
Ermənistan baş naziri ilə quda olan Olimpiya Komitəsinin prezidenti Qaqik Çarukyan digər iki qızını da “mənfəət nikahı” çərçivəsində nüfuzlu şəxslərə ərə verib. Belə ki, o, qızı Roza Çarukyanı sədri olduğu “Çiçəklənən Ermənistan” partiyasından parlament üzvü olan, “Multi” ticarət şirkətinin sahibi Murad Quloyanla evləndirib. 
 
Digər qızı Qayane isə Ermənistanın nəqliyyat naziri olmuş, hazırda ölkənin Ukraynadakı səfiri Andranik Manukyanın oğlu ilə evlidir.
 
Serj Sərksiyan administrasiyasının keçmiş rəhbəri və Yerevanın sabiq meri Karen Karapetyan diaspor naziri Qranuş Akopyanla qohumdur. Keçmiş merin oğlu Akopyanın bacısı qızı ilə evlidir.
 
 
Keçmiş prezidentlərdən Robert Köçəryanın böyük oğlu Ermənistan parlamentinin deputatı Volodya Bədəlyanın qızı, kiçik oğlu isə estrada müğənnisi Siruşo ilə ailə həyatı qurub. Sabiq prezidentin yeganə qızı isə “Bars” agentliyinin sahibi Marina Zatikyanın oğlu ilə evlidir.
 
Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyanın yeganə oğlu David Petrosyan isə o zamankı milli təhlükəsizlik naziri David Şahnazaryanın qızı Lilit Şahnazaryanla izdivaca daxil olub.
 
Sonucu “oliqarx toyu” kimi Ermənistan Futbol Federasiyasının prezidenti, biznesmen Ruben Ayrapetyanın oğlunun Yerevan baş polis idarəsinin sabiq rəis müavini Saşa Afyanın nəvəsi ilə ailə həyatı qurmasını qeyd etmək olar.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM