"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bu dəfə beynəlxalq auditoriyaya Qarabağ atları ilə bağlı video müraciət ünvanlayıb.
İngilis dilində hazırlanan və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki rəsmi hesablarına göndərilən müraciətdə bildirilir ki, Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları 30 ilə yaxındır Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində min illər boyu yaşadıqları mühitdən didərgin salınıb.
Qarabağ atları barədəqədim yunan tarixçisi Herodotun məşhur"Tarix” əsərində, Kitabi-Dədə Qorqud dastanında,rus rəssamı Vasili Vereşşaqinin qeydlərində yer alan fikirlərin xüsusi olaraq vurğulandığı video çarxda bu atların keçmişindən də bəhs olunur.
"Qarabağ xanı İbrahimxəlil xanın təşəbbüsü ilə ildə iki dəfə Cıdır düzündə Qarabağ atlarının cıdır yarışları keçirilərdi ki, bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. Burda həmçinin dünyada məşhur olan Polo oyununa bənzər Azərbaycanın qədim atüstü oyunu olan Çövkən yarışları da keçirilərdi. Məhz bunun nəticəsidir ki,"Qarabağ atı ilə oynanılan Çövkən oyunu 2013-cü ildə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi”, - məlumatda qeyd olunub.
Video çarxda daha sonra vaxtı ilə bu atların iştirak etdiyi sərgilərdən və Böyük Britaniya kraliçasına hədiyyə edilən Qarabağ atından bəhs olunur: "XIX əsrin ortalarından başlayaraq Qarabağ atları ümumdünya at sərgilərində iştirak edirdilər. 1866-cı, 1869-cu, 1872-ci illərdə Moskvada, 1867-ci ildə isə Parisdə keçirilən sərgilərdə Qarabağ atları xüsusi mükafatlara layiq görülüblər. 1956-cı ildə isə Qarabağ atlarının tarixində önəmli hadisə baş verib. Kraliça II Yelizavetaya "Zaman” adlı Qarabağ atı hədiyyə edilib. Bununla da Qarabağ atlarının Avropada məşhurluq dövrü başlayıb. Məhz bu hadisədən sonra Qarabağ atları bir çox avropalı tədqiqatçıların diqqətini özünə çəkib”.
Video çarxda Qarabağ atlarının xüsusiyyətləri haqda da məlumat verilir. Qeyd edilir ki, çaparaq yerişi, çevikliyi, qızılı rəngi, ayağında və alnında mil şəkilli qaşqası ilə tanınan Qarabağ atları digər at cinslərindən fərqli olaraq öz sahiblərinə daha çox sadiq olurlar: "Bu atlar heç vaxtı döyüş meydanında yaralı sahibini atıb getməyib.Qarabağ atını digər at cinslərindən fərqləndirən başlıca xüsusiyyət isə bu atların qapalı şəraitdə yaşamağı sevməməsidir. Qarabağ atları əsrlər boyu Roma, Ərəb, Monqol, İran atları ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da öz spesifikliyini qoruyub saxlayıb”.
Video çarxın müraciət bölümündə isə bildirilir ki, bu gün Qarabağ atlarının yetişdirilməsi üçün Azərbaycan dövləti müxtəlif proqramlar həyata keçirir: "Təəssüflər olsun ki, min illər boyu Qafqazın Şərq ətəyində yetişdirilən Qarabağ atları indi nə Qarabağın suyundan içə, nə də onun səfalı təbiətində gəzə bilirlər. Ümid edirik ki, münaqişə həll olunandan sonra köçkünlərlə bərabərQarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək. Biz öz yurdumuzda yenidən məşhur Qarabağ atlarını yetişdirəcəyik. Cıdır düzü isə yenidən at yarışlarının keçiriləcəyi ən möhtəşəm yarış meydanı olacaq”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM