“Hər bir türkdilli xalqın nümayəndəsi üçün Azərbaycan həm də onun ikinci vətənidir”
"Qırğızıstandan Azərbaycana böyük bir heyət qonaq gəlib. Onlar gənc şairlər olsalar da, öz ölkələrində tanınırlar. Onların gəlişi ədəbi əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verəcək”. Bakıda səfərdə olan Qırğızıstanın bir qrup gənc şairinin "Kaspi” qəzetinin kollektivi ilə görüşündə səslənən bu fikirlər Azərbaycan-Qırğız ədəbi əlaqələrinin daha da möhkəmlənməsinin nümayişi oldu. Görüşdə "Gənc qırğız şeiri antologiyası”nın təqdimatı da keçirildi.
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı bu görüşün Qırğızıstan-Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, ədəbi qurumlar arasında yeni əlaqələrin yaranmasına təkan verəcəyini qeyd etdi: "Bu antologiyada müstəqillik dövrü qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Ziyalılarımız bu kitaba rəy, məsləhətçi və ön söz müəllifi kimi öz töhfələrini veriblər. Həmçinin Azərbaycanın Qırğızıstan Respublikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov və millət vəkili Cavanşir Feyziyevin də antologiya ilə bağlı təəssüratları kitabda qeyd edilib”.
Ə.Qoşalı Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrinin köklü keçmişi olduğunu söylədi: "Bəlkə sovet dövründə daha yaxın olmuşuq. Ancaq müstəqillik illərində bu əlaqələrdə bir qədər geriləmə oldu, son illərdə isə ortaq türk qurumlarının, o cümlədən "Kaspi” kimi tarixi qəzetlərin sayəsində bu münasibətlər yeni bir mərhələyə keçdi. Dünya Gənc Türk Yazarlar Birliyinin də bu əlaqələrin formalaşmasında rolu var”. Qırğız ədəbiyyatının dünyada Çingiz Aytmatov kimi görkəmli nümayəndələrinin olduğunu deyən Ə.Qoşalı, həmçinin sosializm realizminə uyğun gəlmədiyinə görə yaradıcılığı pərdə arxasında qalan, tanınmayan, repressiya qurbanı olan qələm adamlarının olduğunu dedi: "Milli düşüncəni yaşatmış, ancaq təəssüf ki, qırğız elində indiyə qədər tanınmamış insanları da var. Biz həmin yazarları türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda tanıtmaq məqsədilə işlərə başladıq”.
Tanınmış şairə, filologiya üzrə elmlər doktoru Sona Vəliyeva Milli Mətbuat Gününə təsadüf edən görüşü ikiqat bayram adlandırdı: "Hər bir türkdilli xalqın nümayəndəsi üçün Azərbaycan həm də onun ikinci vətənidir. Biz eyni ruhun daşıyıcılarıyıq. Biz bir-birimizlə dil vasitəsilə, ruh vasitəsilə, düşüncə vasitəsilə anlaşırıq. Bununla da qürur duyuruq ki, biz türkük, kökən etibarilə hər birimiz eyni bulağın suyunu içmişik, eyni ağacın koğuşundan çıxmışıq. Yer üzündə ilk dəfə Tanrının səsini eşidən türk övladıdır və bununla qürur duymağa dəyər. Ona görə də bu gün türk coğrafiyasında, eləcə də özbək, qazax, Azərbaycan, Türkmənistan diyarlarında mövcud olan ilk türkdilli xalqların Tanrıya münasibətini qoruyub saxlayan pirlər, ocaqlar var. Bax, buna görə də qürur duyuruq ki, ilk dəfə Tanrını tanıyan, Tanrıya münasibəti olan türk millətiyik. Bizdən sonra dinlər yaranıb. Məhz bununla qürur duymağa dəyər. Sovet dövründə bu ideologiyanı qoruyub saxlamağımız ciddi uğurdur”.
S.Vəliyeva "Gənc qırğız şeiri antologiyası”nı yüksək dəyərləndirərək, şeirlərdən təsirləndiyini bildirdi: "Hər bir şeir Tanrı duasıdır. Mən oxudum, çox təsirləndiyim şeirlər də oldu. Əlbəttə, bizim tərcüməçilər də bunu çox gözəl çevirib. Yəni bizi çox da böyük dil fərqi ayırmır. Bu şeirlər dua kimi içimdə yer aldı”. S.Vəliyeva layihənin rəhbəri, millət vəkili Cavanşir Feyziyevə, Türk Dünyası Gənc Yazarlar Birliyinin fəxri rəhbəri Əkbər Qoşalıya təşəkkürünü bildirdi: "Harda bir türk varsa, iki cümlə şeir yazılıbsa, Əkbər Qoşalının ondan xəbəri var, onu tapıb bizə çatdırır, özümüzünküləşdirir. Bu yazarlar birliyi böyük işlər görür. Həm də Qırğızıstandakı səfirimiz, qələm adamı Hidayət Orucova təşəkkürümü bildirirəm. Onun Qığızıstandakı fəaliyyəti sözə xidmət üzərində qurulub. Bu yaxınlarda Hidayət müəllimlə söhbətimizdə sonuncu sufi şairimiz Hüseyn Cavidin əsərlərinin qırğız dilində tərcümə olunub, oradakı universitetdə təqdimatı haqqında danışdıq. İnanıram ki, bu təqdimat tezliklə olacaq”.
S.Vəliyeva antologiyada yer alan şeirlərin - insan, sevgi, təbiət, ətraf aləm, dünya, ölkə, Vətən haqqında mətnlərin müəlliflərinə təşəkkürünü bildirdi: "Bu şeirlər özümün və ya Azərbaycanın hər hansı bir şairinin yazdığı kimi bizə doğma gəldi. İnanıram ki, Qırğızıstanda da Azərbaycanın gənc şairlərinin şeirlərindən ibarət antologiya çap olunacaq. Belə görüşlərimiz də davamlı olacaq və əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək”.
Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) başqanı Nurlan Kalıbekov səmimi münasibətə görə təşəkkür etdi: "Bizi birləşdirən ədəbi əlaqələr, mədəniyyət və sənətdir”. O, bundan sonra ədəbi əlaqələrimizin daha da inkişaf edəcəyini bildirdi. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay da çıxış edərək Azərbaycana səfər etməkdən məmnun olduqlarını söylədilər.
Daha sonra QMYB başqanı Nurlan Kalıbekov Birliyin "Qızıl qələm” mükafatını Sona Vəliyevaya təqdim etdi. S.Vəliyeva "öz yaradıcılığımla bu qələmə layiq olmağa çalışacağam» - deyə bildirdi. O, "Kaspi” qəzeti adından iki ölkənin müştərək duyğularından bəhs edən ornamentlərdən hazırlanmış xalçanı Ə.Qoşalıya təqdim etdi.
Qeyd edək ki, "Gənc qırğız şeiri antologiyası”nın layihə rəhbəri - Milli Məclisin deputatı Cavanşir Feyziyev, baş redaktoru - Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Antologiyaya Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və yazıçı-publisist Yunus Oğuz rəy verib. Nəşrin məsləhətçiləri akademik Nizami Cəfərov və fəlsəfə üzrə elmlər doktoru Sona Vəliyevadır.
Antologiyanı Qırğızıstanın istedadlı gənc yazarları - DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib ediblər. Kitaba ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov "Təqdim”, Cavanşir Feyziyev "Ön söz”, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov isə "Bişkekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.
Otuz beş gənc qırğız şairinin müxtəlif mövzularda yaradıcılıq örnəklərinin toplandığı nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, Rəsmiyyə Sabir, Təranə Turan, Pərvanə Məmmədli, Gülnar Səma, Əkbər Qoşalı və başqaları çevirib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM