Bəhruz Həsənov: “Prezidentin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün qondarma faktlar yayırlar”
“Meydan TV”-ni idarə edən şəxslərdən biri Həbib Abdullayev (Müntəzir) Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında növbəti dezinformasiya xarekterli status paylaşıb. Ümumiyyətlə, maraqlı tendensiyadır ki, hər il milli mətbuatımızla bağlı əlamətdar günlər ərəfəsində Əli Həsənova qarşı kampaniya başlayır və bu kampaniyada iştirak etmək üçün bəzi “ştatlı” mediaşünaslar, “bəlkə də qaytardılar” ümidi ilə hər yola əl atan bir sıra uğursuz insanlar sıraya düzülürlər”- bu sözləri Prezident Administrasiyasının əməkdaşı Bəhruz Həsənov öz Facebook profilində yazıb.
PA yetkilisinin sözlərinə görə, hətta bunların içərisində ifrat emosiyaya qapılıb özünü “qoruq canavar”ına bənzədən də var, güzgü önündə özünü “aslan” hesab edən də:
“Olsun, bu artıq adi haldır, adətən əhəmiyyət vermirik. Necə deyərlər, dəyirman oz işini görər, çax-çax başını ağrıdar...Lakin Həbib Abdullayevin Əli Həsənovun “var-dövləti” ilə bağlı yazdığı status hətta “Meydan TV” –nin jurnalisti üçün belə ayıb hesab edilə biləcək dərəcədə uydurma iddialardan ibarətdir. Bildirmək istəyirəm ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə media mənsublarının mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş binaların heç birində Əli Həsənova məxsus əmlak yoxdur. Bəhs olunan binalardan birinin birinci mərtəbəsində ümumiyyətlə “obyekt” yoxdur, ancaq mənzillərdən ibarətdir və hal-hazırda jurnalist ailələri o mənzillərdə məskunlaşmışlar. Digər binanın ilk mərtəbəsi isə binanı inşa edən şirkət tərəfindən “Kaspi” uşaq bağçasına icarəyə verilmişdir. İstənilən halda, bu iddia boş və cəfəngdir. Əli Həsənova aid olduğu iddia edilən “Sapphire” və digər otellər şəbəkəsi, “Narşərab” və başqa restoranlar, marinalar və adı çəkilən digər obyektlər isə tamam başqa şəxslərə məxsusdur, irəli sürülən faktlar böhtan xarakterlidir. Görünür, statusun müəllifi iddiaları yaxşı araşdırmayıb və yaxud araşdırmağa ehtiyac duymayıb. Nöbəti iddiaya gəldikdə isə, bütün məsuliyyət hissimlə bildirirəm ki, Əli Həsənovun Qubada villasının olması iddiası doğru deyil, sadəcə olaraq, Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün hazırlanan, mütəmadi olaraq dövriyəyə buraxılan qondarma faktlardan biridir”.
Bəhruz Həsənov daha sonra bildirib: “O ki qaldı status müəllifinin sadaladığı digər məsələlərə, Əli Həsənov bununla bağlı hələ illər öncə “BBC Azərbaycanca”ya müvafiq açıqlama vermişdir. Hər bir Azərbaycan vətəndaşının bizneslə məşğul olmaq hüququ vardır, o cümlədən Əli Həsənovun ailə üzvlərinin də. Əgər sizin ailə üzvlərinizin istənilən sahədə yürütdüyü fəaliyyət ölkənin iqtisadi həyatına, təhsil siseminə az da olsa töhfə verirsə, bunun üçün sadəcə qürur duymaq olar. Əminəm ki, Həbib Abdullayev və onun kimi xarici ölkələrdə məskunlaşan bəzi ictimai fəallar ölkəmizin mənafelərini qorumaq üçün səy göstərsəydilər, beynəlxalq platformalarda hər addımda üzləşdiyimiz erməni lobbisinə qarşı mübarizə aparsaydılar, onları ifşa etsəydilər, ən azından buna cəhd göstərsəydilər biz cəmiyyət olaraq, onlarla da qürur duya bilərdik. Ümid edirəm, nə zamansa bu mümkün olar”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM