s.e.f.d.Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti
Dövlət xidmətləri cəmiyyətin ehtiyаc və tələblərinin ödənilməsi, ictimаiyyətə fаydа verəcək fəаliyyətin həyаtа keçirilməsidir. İnformаsiyа və kommunikаsiyа texnologiyаlаrının inkişаfi, qlobаllаşmа, dövlətlərin idаrəetmə sаhəsində təzаhür edən modernləşmə yeni idаrəetmə modellərinin, vətəndаşа yönümlü, onu məmnun edən idаrəetmənin qurulmаsını zəruri edir. Ənənəvi modellərdən fərqli olаrаq yeni idаrəetmə modelləri şəffаflığın аrtırılmаsını ön plаnа çəkir. Fərdlərin dəyişən ehtiyаc, tələb və gözləntiləri dövlət xidmətlərinin də fəаliyyət sferаsının dəyişməsinə səbəb olmuşdur. Eyni zаmаndа cəmiyyətə fаydа verəcək məsələlər də müxtəlif dövrlərdə müxtəlif şəkildə özünü göstərmişdir. İdarəetmə insan toplumunun mövcüdluğunun ilk günlərindən vardır və olacaqdir. İdarəetmə bir növ düzgün qərarların qəbul olunması və onların hansı formada icra olunmasının təyini prosesidir. Dövlət idarəçiliyinin keyfiyyətini və səmərəliliyini Dünya Bankı tərəfindən müxtəlif məbələrdən əldə olunan məlumatların xüsusi metodologiya ilə təhlili nəticəsində reytinqlərə əsasən formalaşır. Reytinqlərin formalaşmasında yerli və beynəlxalq təşkilatların statistik göstəriciləri hökümət və qeyri-hökümət qurumları tərəfindən həyata keçirilən tətqiqatların nəticələri əsasında həyata keçirilir. İdarəetmə keyfiyyəti, bir müəssisədə həyata keçirilən bütün işlərdə, müştəri tələblərini təmin etmək üçün lazım olan idarəetmə, insan, görülən iş, məhsul və xidmət keyfiyyətlərinin sistemli yanaşma içərisində, bütün işçilərin iştirakı, hədəf və fikir birliyi təmin edilərək həyata keçirilməsi və inkişaf etdirilməsidir. İdarəetmə keyfiyyəti yanaşmasına görə keyfiyyət, bir həyat tərzi və perspektivli olmalıdır. İdarəetmə keyfiyyəti işçinin işi, fəaliyyəti və yaşayışı ilə inteqrasiyası etməlidir . İdarəetmə keyfiyyəti modelinin təməlində "fəaliyyət zamanı səhvləri üzə çıxarmaq" yerinə "fəaliyyət zamanı səhv etməmək" yanaşması vardır. Ölçülə bilməyən şey inkişaf etdirilə bilməz. Buna səbəblə də ölçmə və statistika İdarəetmə keyfiyyətinin zəruri bir hissəsidir.Dövlət İdarəetmə Keyfiyyəti anlayışı üçün fərqli yanaşmalar olmasına baxmayaraq Dövlət İdarəetmə Keyfiyyəti "Təşkilat daxilində keyfiyyətə yönəldilən, təşkilatın bütün üzvlərinin iştirakına əsaslanan, müştəri məmnuniyyəti vasitəsi ilə uzunmüddətli müvəffəqiyyəti qarşısına məqsəd qoyan və təşkilatın bütün üzvlərinə və cəmiyyətə fayda verən bir idarəetmə modeli" kimi başa düşülə bilər . Dövlət İdarəetmə Keyfiyyəti proqramlar ardıcıllığı deyil, idarəetmə fəlsəfəsidir. Dövlət İdarəetmə Keyfiyyətinin müvəffəqiyyətli ola bilməsi üçün bütün təşkilat tərəfindən qəbul edilməsi və yuxarıdan aşağıya doğru əminliklə həyata keçirilməsi lazımdır. Dövlət İdarəetmə Keyfiyyəti, görülən işin hər mərhələsində keyfiyyətin artırılmasını qarşısına məqsəd qoyur. Bu sadəcə istehsal edilən mal və xidmətlərin deyil, eyni zamanda mal və xidmətləri istehsal edən və istifadə edən şəxslərin sağlamlığının düşünülməsini və hətta keyfiyyətin bir həyat tərzi kimi qəbul edilməsini də əhatə edir. Dövlət İdarəetmə Keyfiyyəti müştəri məmnu niyyətinin mənfəətdən daha vacib olduğunu qeyd edən bir idarəetmə sistemidir. Müştəri məmnuniyyəti uzunmüddətli mənfəət gətirir, lakin yalnız mənfəətə üstünlük vermək yalnız qısa müddətdə mənfəət qazandırır. Dövlət İdarəetmə Keyfiyyəti məmnun müştərilər və xoşbəxt işçilər yaratmaqla təşkilatın məqsədlərinə nail olmaq üçün istifadə olunan fəlsəfə, komanda və proseslərin inteqrasiya edilmiş bir formasını əhatə edən bir sistemdir. Dövlət İdarəetmə Keyfiyyətinin quruluşunun əsasını təşkil edən dörd əsas element vardır:
Ø İnsan;
Ø Davamlı İnkişaf;
Ø Proses;
Ø Müştəri.
İnsan: Əsas məqsəd insanlara səlahiyyət verərək komanda işindən optimal nəticələrin əldə edilməsini təmin etməkdir. Bu məqsədin yolu rabitə, qarşılıqlı təsir üzərində qurulan təhsil sistemi ilə başlayar. Bu cür təhsil insanların qrup fəaliyyətləri içərisində fəal rol alaraq məhsulların və proseslərin davamlı inkişafına kömək etmələrini təmin edər.
Davamlı İnkişaf: Problemlərin əsas səbəblərini öyrənmək üçün "Niyə?" sualının beş dəfə soruşulması ilə uyğun qərarların qəbul edilməsinə kömək edəcək məlumatların toplanması işçilərə öyrədilir. Davamlı inkişaf keyfiyyətin təməl prinsipini yaratmaqdadır. Planla, Həyata keçir, Nəzarət et, Davam et və ya Dəyişdir. Bu dövrün təkrarlanması, mükəmməlliyin heç vaxt sona çatmayan bir araşdırmasıdır. Standartlaşdırma müvəffəqiyyətli proqramların sənədləşdirmə və təlimin həyata keçirilməsi ilə standart əməliyyat rejimi olaraq başa düşülməsi prosesidir.
Proses: Davamlı inkişaf üçün Problemi həll etmə prosesi və Keyfiyyətin İnkişaf etdirilməsi prosesi, prosesi inkişaf etdirmək üçün əsas vasitələri və ortaq dili təmin etməkdədir. Bir qrup problemi təhlil edərkən, problemi həll etmə prosesini əsas olaraq götürür, həll yollarını müəyyənləşdirir, bir hərəkət planı hazırlayır və planın həyata keçirilməsinin nəticələrini qiymətləndirir. Keyfiyyəti inkişaf etdirmə prosesi isə bütün diqqətin müştərilərə və müştərilərin ehtiyaclarına yönləndirməyə köməklik edər.
Müştəri: Dövlət İdarəetmə Keyfiyyətində əsas məsələ müştəri və müştəri məmnuniyyətidir. Dr. Noriaki Kano Müştəri məmnuniyyəti baxımından keyfiyyətin beş əsas elementini tövsiyə edir. Bu beş əsas elementdən üçü xüsusi əhəmiyyətə malikdir :
Ø Gözlənilən keyfiyyət;
Ø Qənaətbəxş keyfiyyət;
Ø Məmnun edici keyfiyyət.
Gözlənilən keyfiyyət müştərinin gözlədiyi və dolayısıyla tələb etməyə ehtiyac hiss etmədiyi xüsusiyyətləri və xarakteristikaları özündə birləşdirir.
Qənaətbəxş keyfiyyət müştərinin xüsusi olaraq tələb etdiyi xüsusiyyətləri və ya xarakteristikaları özündə birləşdirir. Bu xüsusiyyətlər mövcud olmadığında müştəri razı qalmayacaqdır. Qənaətbəxş keyfiyyət müştəri tələblərini təmin edər, lakin daha irəli getməz.
Məmnun edici keyfiyyət müştərinin istəmədiyi, çünki mövcudluğundan xəbərdar olmadığı xüsusiyyətlərə və xarakteristikaları özündə birləşdirir. Bu xüsusiyyətlər mövcud olduğunda müştəri çox məmnun olur və mövcud olmadığında isə bir narazılıq etməz.
Gözlənilən keyfiyyət müştəri narazılığının qarşısını ala bilməlidir. Qənaətbəxş keyfiyyət müştərilərin tələbatlarını qarşılayaraq onları təmin edəcək şəkildə olmalıdır. Məmnun edici keyfiyyət müştəri gözləntilərindən əlavə onları məmnun etməlidir. Müştəri məmnunluğu məhsul və xidmət fərqinin açarıdır .Dövlət İdarəetmə Keyfiyyəti yanaşması yalnız məhsul və xidmətin deyil, eyni zamanda bütövlükdə idarəetmənin keyfiyyətini və məhsuldarlığını qarşısına əsas məqsəd qoyur. Bu yanaşma ilə bütün işlərin məhsuldar və elmi olmasını təmin etmək, müştərilərin mövcud və gələcək tələbatlarını müəyyənləşdirmək və bunları istənilən müddətdə təmin etmək üçün iş planının və idarəetmə formasının qəbul edilməsi lazımdır.
Dövlət İdarəetmə Keyfiyyətində idarəetmə anlayışı və fəlsəfəsi əsas olaraq təşkilati struktur və müəyyən edilən idarəetmə üsulları ilə bütövlük təşkil edir. İnsan amilinin ön plana çıxdığı və elmin əsas şərt olduğu bu sistemdə müvəffəqiyyət əsas elementlərin tam həyata keçirilməsindən asılıdır. Dövlət İdarəetmə Keyfiyyətinin əsas elementləri aşağıdakılardır:
Ø Səhvləri aydınlaşdırmaq yerinə səhv etməmək anlayışının qəbul edilməsi.
Ø Keyfiyyət və xərclər əlaqəsində üstünlüyü təmin etmək məqsədilə təşkilatdakı bütün proseslərin monitorinqi və statistik metodlarla ölçülməsi.
Ø Komanda işinin Dövlət İdarəetmə Keyfiyyəti anlayışının ayrılmaz bir parçası olduğunun qəbul edilməsi və vəzifələrin bu işləri dəstəkləyəcək şəkildə paylaşılması.
Ø Dövlət İdarəetmə Keyfiyyətinin fəlsəfəsi davamlı inkişaf və müştəri məmnuniyyətinə əsaslanır.
Davamlı inkişaf anlayışı mükəmməllik və sıfır səhv yanaşmasının əsasını təşkil edir. Dövlət İdarəetmə Keyfiyyətində müştəri məmnuniyyətinin təmin edilməsinin şərtlərinin yüksək keyfiyyətli mal və xidmətlərlə, eyni zamanda keyfiyyətli bir idarəetmə metodu ilə təmin edilə biləcəyi qəbul edilir. İştirakçı olmağı, sosial məsuliyyəti, müştəriyə yönümlülüyü və davamlı inkşafı qarşısına məqsəd qoyan Dövlət İdarəetmə Keyfiyyəti "keyfiyyət mədəniyyəti" ilə qurulacaq bir həyat tərzinin yaradılmasını qarşıya məqsəd qoyur. Dövlət İdarəetmə Keyfiyyətinin ən mühüm prinsiplərindən biri Yaponcada "kaizen" olaraq ifadə olunan davamlı inkişaf anlayışıdır. Kaizen anlayışı Dövlət İdarəetmə Keyfiyyətinin əsas fəlsəfəsini təşkil etməkdədir.
Üst rəhbərliyin liderliyində "müştəri yönümlülüyünün" nəticəsi olaraq müəyyən olunan davamlı inkişaf işləri hazırlanmış işçi qrupları tərəfindən həyata keçiriləcəkdir. Bu baxımdan Davamlı inkişafın mövcud olması üçün Dövlət İdarəetmə Keyfiyyətinin digər prinsiplərinin olması lazımdır .
Davamlı inkişafın əsas məqsədi eyni səviyyədə bir inkişafın həmişə təkrarlanması deyil, inkişaf səviyyəsinin davamlı olaraq artırılmasıdır. Davamlı inkişaf anlayışını tətbiq edən təşkilatlar bir çox cəhətdən üstünlük qazanırlar. Bu üstünlüklərin ən vacibi müştərilərin gözləntilərini ən yüksək səviyyədə təmin edilməsidir. Digər üstünlüklərə aşağıdakıları aid edilə bilər .
Ø Təşkilatın bütün bölmələrinin fəaliyyətlərində canlılığın artması;
Ø Bölmələrin işlərinin daha effektiv, məhsuldar və səmərəli bir şəkildə həyata keçirilməsi;
Ø Təşkilatda yer alan hər kəsin eyni məqsəd və hədəflərə uyğun olaraq fəaliyyət göstərməsi;
Ø İşçilərin bilik və bacarıqları səviyyəsini artıraraq onların motivasiya edilməsi.İnkişaf, təkmilləşdirmə və xüsusilə davamlı olaraq bu əməliyyatların həyata keçirilməsi mənasında olan "Kaizen" sözü yaponcada "dəyişiklik" mənasını verən "
Bu fəlsəfəni ilk dəfə irəli sürən şəxs olaraq göstərilən Masaaki İmai "Kaizeni" aşağıdakı kimi ifadə edir:"Kaizen Yaponiyada təkmilləşib sonradan bütün dünyaya yayılan bir çox idarəetmə təcrübəsini (məhsuldarlığın artırılması, idarəetmə keyfiyyətinə nəzarət, keyfiyyətə nəzarət dairələri) əhatə edən bir idarəetmə metodudur". Dövlət İdarəetmə Keyfiyyəti anlayışında təşkilatlar hər şeydən əvvəl müştərilərinə görə məsuliyyət daşıyır. Təşkilat müştərilərin gözləntilərindəki meydana çıxan dəyişiklikləri yaxından izləməli və istehsal etdiyi məhsulların keyfiyyətini bu gözləntiləri təmin etmək üçün artırmalıdır. Bununla yanaşı, təşkilat, müştəri məmnuniyyətinin əsas şərtlərinin işçilərin məmnun edilməsindən keçdiyini bilməli və müştərilərə qarşı göstərdiyi məsuliyyət şüurunu işçilərinə qarşı da göstərməlidir. Təbii ki, işçilər də təşkilata və təşkilatın məqsədlərinə qarşı məsuliyyətli olmalıdırlar . Dövlət İdarəetmə Keyfiyyəti anlayışını qəbul edən mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərən təşkilatlar keyfiyyətli mal və xidmətlərin istehsal edərək bir tərəfdən əsas məqsədlərinə nail olarkən, digər tərəfdən cəmiyyətə qarşı məsuliyyətlərini yerinə yetirmiş olurlar. Bundan əlavə, mənfəət məqsədinə nail olmuş təşkilat vergi ödəyərək cəmiyyətə köməklik etmiş olur . Xidmətdə keyfiyyət аnlаyışı dаimа özəl sektordа əhəmiyyətli olmuşdur. Bu əhəmiyyətin səviyyəsi dövlət sektorundа dа son dövrlərdə mövcuddur. Göstərilən xidmətin keyfiyyəti, müştəri məmnuniyyəti özəl sektordаkı bütün müəssələr üçün olduqcа önəmlidir. Eləcə də dövlət orqаnlаrındа dа qlobаllаşmа və informаsiyа, kommunikаsiyа texnologiyаlаrının inkişаfı nəticəsində bu аmillərin nəzərə аlınаrаq vətəndаşа göstərilən xidmətdə keyfiyyət аnlаyışının nəzərə аlınmаsı son dövrlərin ən vаcib müzаkirə mövzulаrındаn biridir. Dövlətin şirkət kimi idаrə olunmаsı, dövlətin tənzimləyici funksiyаsındаn imtinа edərək, bаzаrı sərbəst burаxmаq ideyаsınа söykənir (Deregulаtion). Bu isə yаxşı idаrəçiliyin əsаsını təşkil edir. Yаxşı idаrəçilik аnlаyışı 1989-cu ildə Dünyа Bаnkının hesаbаtındа meydаnа çıxmışdır. Xüsusilə dövlət qulluqçusu-vətəndаş münаsibətlərinin tаrаzlаnmаsı yönündə bu münаsibətlərin bütünlənməsi üçün аtılаn аddımlаr keyfiyyət fаktorunu yаrаdır.
Dövlət idarəçiliyinin keyfiyyətini və səmərəliliyini Dünya Bankı tərəfindən müxtəlif məbələrdən əldə olunan məlumatların xüsusi metodologiya ilə təhlili nəticəsində reytinqlərə əsasən formalaşır. Reytinqlərin formalaşmasında yerli və beynəlxalq təşkilatların statistik göstəriciləri hökümət və qeyri-hökümət qurumları tərəfindən həyata keçirilən tətqiqatların nəticələri əsasında həyata keçirilir.
Tətqiqat 1996-ci ildən etibarən aparılır və hazırda dünyanın müxtəlif ölkələrində dövlət idaetməsinin keyfiyyətini bildirən ən qabaqçıl vasitələrdən hesab olunur. Tətqiqatlar altı əsas göstəricilərə əsasən aparılır. Bunlar aşağıdakılardır:
1. Vətandaş rəyi və dövlət orqanlarının hesabatlılığı (Voice and Accountability) - qeyd olunan indiqator əsasən vətəndaşların aparılan siyasi proseslərə qarşı söz və fikir azadlıqlarının hansı səviyyədə olmasını təyin edir. Bu göstəricilər başlıca olaraq KİV vasitələrinin sərbəstliyi, vətəndaçları hökümət orqanlarında təmsil olunma səviyyəsi, sərbəst toplaşma və digər bu kimi məqamların təhlili nəticəsində formalaşır.
2. Siyasi sabitlik və şiddətin olmaması (Political stability and Absence of Violence) - dövlət qurumlarıın stabilliyi hakimiyyətin qəfl dəyişmə riskləri, siyasi kursun dəyişməsi və hakimiyyətin zorakılıq yolu ilə devrilməsi riskləri dərəcəsini müəyyən edən faktorlar nəzərdə tutulur.
3. Dövlət qurumların fəaliyyətinin səmərəliliyi (Government Effectivness) - qeyd olunan indiqator dövlət xidmətlərinin keyfiyyətini, daxili dövlət siyasətinin həyata keçirilməsinin və ikişaf etdirilməsinin keyfiyyətini, xalqın daxili siyasətinə etibarının dərəcəsi, dövlət qulluqçularının xidmət keyfiyyəti və onların siyasi azadlıqlarının vı bu kimi göstəriciləri özüdə birləşdirir.
4. Qanunvericiliyin keyfiyyəti - indeks özəl sektorun inkişafı istiqamətində dövlətin tətbiq etdiyi qanunların səmərəliliyindən və sektorun inkişafına yönəlik real təsirlərin müəyyən olunması.
5. Qanun aliliyi (Rule of Lav) - bu indeks Qaunvericilik siteminin effektivliyi və proqnozlaşdırılması, cinayətkarlığın səviyyəsi və vətəndaşların cinayətkarlığa olan münasibəti, güc strukturlarının işinin səmərəliliyi kimi məqamları özündə birləşdirir.
6. Korrupsiyanın qarşısıı alınması (Control of Corruption) -cəmiyyətdə korrupsiya yaradılması (şəxsi maraqlar naminə korrupsiya yolu ilə mənfəət əldə olunması), vəzifə səlahiyyətlərindən şəxsi maraqlarda istifadə, yüksək vəzifəli məmurlar arasında korrupsiya faktlarının mövcudluğu və korrpusiyanın iqtisadiyyatın inkişafına təsiri kimi amilləri özündə birləşdirir.
Yuxarıda sadalana indiqatorlara nəzər yetirdikdə hər bi rindiqatorun göstəricilərinə fərdi olaraq yanaşıldığını lakin sonda bu indiqatorların dövlət orqanları tərəfindən idarəetməsinin hansı formada və keyfiyyətdə aparılmasını müəyyən etmək mümükündür.
Müasir dövrdə, hər bir dövlət idarəçiliyində ali məqsədlərin başında vətəndaşların sosial rifahını yüksəltmək durur. Bu ali məqsədə çatmaq məsuliyyətli iş olmaqla bərabər, həm də çətin məsələdir . Dövlət xidmətlərinin keyfiyyətinin artması üçün isə kadr siyasəti əvəzolunmaz vasitədir. Məhz kadr siyasəti vasitəsilə, hər bir dövlət qurumunda işə qəbul, qiymətləndirmə, inkişaf, motivasiya kimi bir sıra önəmli məsələlər vahid çərçivə formasına salınır. Ötən əsrin 90-ci illərindən bəri Azərbaycan yeni inkişaf yoluna qədəm qoymuşdur. Bu proses istər ölkədaxili, istərsə də xarici siyasətdə özünü biruzə vermişdir. Dəyişən ehtiyаc və tələblər dövlət xidmətlərində yeni nəsil yаnаşmаlаrın tətbiq edilməsini zəruri edir. İnternet resurslаrındаn hər tip məlumаtа аsаnlıqlа çаtа bilən bir cəmiyyətin tələbləri, internet resurslаrının mövcud olmаdığı dövrdə dövlət xidmətində yаrаrlаnmаq üçün kiçik bаzаyа mürаciət edən cəmiyyətin tələbləri ilə eyni olа bilməz. Bu dövlət qurumlаrı аrаsındа fərqin və dəyişikliklərin mövcud olmаsını dа təsdiq edir. Bu аnlаmdа vətəndаşlаrı internet resurslаrındаn səmərəli istifаdəyə yönləndirmək dövlət orqаnlаrının əsаs vəzifələrindəndir. İnternet resurslаrının istifаdəsi ölkə miqyаsındа vətəndаşlаrа göstərilən dövlət xidmətinin keyfiyyətinin dəyişməsinə səbəb oldu. Burаdа e-dövlət аnlаyışı xüsusi qeyd olunmаlıdır. Dаimа xidmətlərinin keyfiyyətinin аrtırılmаsı üçün bu sаhədə yeni üsullаrın tətbiqi vətəndаş məmnuniyyətinə səbəb olur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM