Hər həftənin cüməaxşamı günü serial heyəti ilə toplantı keçirən Bulut filmin verəcəyi mesaj və süjet xəttindən danışır. Belə ki, “Vadi”nin ssenarisi Yiğit Bulutun təklifləri ilə formalaşır.
Prezident müşavirinin belə bir işlə məşğul olması hökumətin seriala müdaxiləsi fikirlərini yaradıb.
Xatırladaq ki, Yiğit Bulut daha əvvəl kanal “D”də fəaliyyət göstərib. Sonradan bu kanaldan ayrılıb. “Kurtlar Vadisi Pusu” isə yeni mövsümdə məhz kanal “D”də yayımlanacaq.
Onu da qeyd edək ki, “Vadi”ni çəkən “Pana” film İdarə Heyətinin rəhbəri Yiğit Buylutun qardaşı Barış Bulutdur (ANS).