İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin APA-ya müsahibəsi
- İranla Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyətini necə dəyərləndirmək olar?
- Azərbaycan və İran arasında münasibətlər həmişə yaxşı səviyyədə olub, xüsusən son zamanlar inkişaf etməkdədir. Əlaqələrimizin yaxşılaşdığı bir vaxtda bizim dostluğumuza, qonşuluğumuza zərbə vurmaq istəyən üçüncü qüvvələr müxtəlif şayiələr uydurub ortaya atıblar. Həm bizim prezident cənab Ruhaninin, həm də Azərbaycan prezidenti cənab İlham Əliyevin fəaliyyəti ona yönəlib ki, ölkələr arasında heç bir narazılıq olmasın və əməkdaşlıq münasibətləri daim yaxşılaşsın. İki ölkə başçısı öz şəffaf mövqeləri ilə gündəmdə olan məsələlərə münasibətlərini bildirir və üçüncü tərəfə hər hansı narazılıq yaratmağa imkan vermirlər. Bir dəfə məlumat yayılmışdı ki, guya Azərbaycan İsrailin hərbi təyyarələrinin öz ərazisindən uçuşlar etməsinə icazə verib. Rəsmi Bakı təkzib etdi, Tehranda da bildirildi ki, bu barədə bizdə sübut yoxdur. Biz inanırıq ki, Azərbaycan və İran arasında dostluğun gücləndiyi zamanda şayiələri ciddi qəbul etmək düzgün deyil.
Hazırda Azərbaycanla münasibətlərimiz çox yüksək səviyyədə və artan templə inkişaf edir. Bu yaxınlarda Bakıda İran-Azərbaycan hökumətlərarası müştərək əməkdaşlıq komissiyasının iclası oldu. Müştərək komissiyanın yekununda əməkdaşlıq protokolu imzalandı və bu protokolda bir çox sahədə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən konkret addımlar qeyd olunub. Protokolun müddəalarının icrasına başlanılıb və bu ayın sonunda Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana, İranın gömrük naziri isə Azərbaycana səfər edəcək. Bu səfərlər zamanı əməkdaşlıq münasibətlərinin inkişafında yeni addımlar atılacaq. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollara yaxındır, gələn il bu rəqəm 1 milyarda qədər artacaq.
- İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri gündəmdədir. Amma hələ bu barədə dəqiq tarix açıqlanmır.
- Səfər yaxın vaxtlarda baş tutacaq. Adətən səfərlərin dəqiq tarixi bir həftə əvvəl açıqlanır. Yaxın günlərdə səfərin tarixi və proqramı barədə ictimaiyyətə məlumat veriləcək. İnanıram ki, cənab Ruhaninin Azərbaycana səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq.
- Bölgədə təhlükəsizlik və müdafiə sahəsində Azərbaycanla əməkdaşlıq nə səviyyədədir, hansı perspektivlər mövcuddur?
- Azərbaycanla İranın coğrafi vəziyyəti elədir ki, bu iki ölkə öz təhlükəsizliyi naminə bir-biri ilə əməkdaşlıq etməlidir. Hər iki ölkə regiondakı təhlükəsizlik məsələsini diqqətlə izləyir və lazım olan zamanda müzakirələr aparılır. Azərbaycan hökuməti ilə çox məsələdə fikirlərimiz ortaqdır. Xüsusən terror və ekstremizmə qarşı mübarizədə Azərbaycanın götürdüyü xətti dəstəkləyirik və bu istiqamətdə əməkdaşlıq edirik, məsləhətləşmələr aparırıq. Həmçinin sərhəd xidmətlərinin möhkəmlənməsində, narkotik qaçaqmalçılığı və insan alverinin qarşısının alınmasında əməkdaşlıq edirik. Sərhədlərimizin qorunması bizim üçün çox önəmlidir, lakin biz Azərbaycanla sərhədlərə dostluq sərhədi kimi baxırıq. Hər iki ölkənin rəhbərliyi həm müdafiə, həm təhlükəsizlik, həm də ədliyyə məsələsində lazım gələndə ortaq dil tapa bilir. Düşünürəm ki, bu sahədə əməkdaşlığın artırılması üçün xeyli perspektivlər var və qarşılıqlı səfərlər nəticəsində real addımlar atılacaq.
- Qarabağ münaqişəsi də regionun təhlükəsizliyi üçün real təhdid olaraq qalır. Yəqin ki, danışıqlar prosesini izləyirsiniz. Tehran münaqişə ətrafındakı proseslərin inkişafına necə yanaşır?
- Regionun təhlükəsizliyi bizim üçün çox önəmlidir. Bu baxımdan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli də bizim üçün vacibdir. Biz çox istəyirik ki, bu münaqişə tezliklə öz həllini tapsın. Çox şadıq ki, münaqişə tərəfləri vaxtaşırı görüşürlər və münaqişəni sülh yolu ilə həll etmək istiqamətində danışıqlarda iştirak edirlər. Lakin bu proses ləng gedir. Biz bu münaqişənin uzanmasını regionun sabitliyinə zərərli hesab edirik. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr həyata keçiriləcək. Bizim ümidimiz bu idi ki, ATƏT-in Minsk Qrupu 20 ildən çox sürən münaqişənin həllinə nail olsun. Lakin görünən odur ki, Minsk Qrupu münaqişənin daha çox uzanmasında maraqlıdır. Münaqişənin həll olunmamasından narahatıq. Ümid edirik ki, BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələr bu istiqamətdə qəti mövqe göstərəcək və tezliklə Qarabağ problemi öz həllini tapacaq.
- Bəs təhsil və mədəniyyət sahəsində əməkdaşlıq necə inkişaf edir?
- Əvvəla, qeyd edim ki, Azərbaycanla İran arasında tarixi-mədəni bağlılıq bu sahələrdə əməkdaşlıq üçün böyük imkanlar tanıyır. Hazırda 500-dən çox İran vətəndaşı Azərbaycanda təhsil alır. Eyni zamanda 300-ə yaxın Azərbaycan vətəndaşı İran İslam Respublikasının ali təhsil müəssisələrində oxumaqdadır. Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Elmləri Universiteti arasında tələbə-müəllim mübadiləsi üzrə əməkdaşlıq sazişi var. Vaxtaşırı qarşılıqlı səfərlər, mübadilə proqramları və konfranslar həyata keçirilir. Həmçinin Xəzər Universiteti ilə Tehran Universiteti arasında müqavilə mövcuddur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM