Nazirlər Kabineti “Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması Qaydası”nı təsdiqləyib.
Qabaqcıl texnoloji avadanlıqlar dedikdə, ən son elmitexniki nailiyyətlər əsasında yaradılan və yüksək texnoloji göstəricilərə malik olan, innovativ layihələrin işlənilməsi və həyata keçirilməsi istiqamətində elmi tədqiqat işlərinin aparılmasını təmin edən müasir texniki vasitələr nəzərdə tutulur.
Reyestr ölkədə mövcud olan tədqiqat infrastrukturu haqqında məlumatların (qeydlərin) məcmusudur. Reyestrin tərtib olunmasının və aparılmasının məqsədi ölkədə mövcud olan tədqiqat infrastrukturunun mərkəzləşdirilmiş məlumat bazasını yaratmaqla, elmi tədqiqat fəaliyyətini həyata keçirən elmi müəssisə və təşkilatların, alim və tədqiqatçıların həmin tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinin təmin edilməsidir. Reyestrin tərtib edilməsi və aparılması, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən həyata keçirilir. Reyestrə dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş tədqiqat infrastrukturları daxil edilir. Qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş digər tədqiqat infrastrukturları müraciətləri əsasında Reyestrə daxil edilə bilər.
Reyestrə daxil edilmək üçün elmi tədqiqat mərkəzləri və laboratoriyalar AMEA-ya aşağıdakı sənədləri elektron formada AMEA tərəfindən bu məqsədlə yaradılmış elektron portalda “Ərizəçinin elektron şəxsi kabineti” vasitəsilə qeydiyyatdan keçdikdən sonra təqdim edir:
- elektron ərizə;
- elmi-tədqiqat mərkəzlərinin və laboratoriyaların hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışının surətləri;
-elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda mövcud olan və qabaqcıl hesab edilən texnoloji avadanlıqların siyahısı (əsas texniki və texnoloji xüsusiyyətləri barədə məlumatlar göstərilməklə);
- elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda mövcud olan və qabaqcıl hesab edilən texnoloji avadanlıqlarda elmi tədqiqat, təcrübə-konstruktor və ya texnoloji işlərin aparılması nəticəsində yaradılan müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri (olduğu təqdirdə);
- elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda yaradılmış əqli mülkiyyət obyektlərinin istehsalatda tətbiqi nəticəsində istehsal olunan məhsulların siyahısı (olduğu təqdirdə).
Müvafiq elektron portala keçid AMEA-nın rəsmi internet saytında yerləşdirilir. AMEA tərəfindən elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi bu Qaydaya uyğun olaraq təqdim olunmuş sənədlərin ekspertizası və texnoloji avadanlıqların qiymətləndirilməsi yolu ilə həyata keçirilir. AMEA 15 iş günü müddətində bu Qaydada nəzərdə tutulmuş ekspertiza və qiymətləndirmə işlərini həyata keçirir və bu işlərin nəticəsindən asılı olaraq, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilib-edilməməsi barədə müvafiq qərar qəbul edir. Tədqiqat infrastrukturu kateqoriyasına aid edilmiş elmi tədqiqat mərkəzləri və laboratoriyalar Reyestrə daxil edilir. Reyestrə daxil edilmiş tədqiqat infrastrukturuna onun Reyestrə daxil edilməsini təsdiq edən elektron formada arayış verilir. Arayış tədqiqat infrastrukturunun Reyestrə daxil edilməsi barədə qərar qəbul edildiyi gündən etibarən 5 iş günü müddətində “Ərizəçinin elektron şəxsi kabineti”ndə yerləşdirilir.
Reyestrə daxil edilməkdən aşağıdakı hallarda imtina edilir:
-ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;
- təqdim olunmuş sənədlər elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına, həmçinin bu Qaydaya zidd olduqda;
- texnoloji avadanlıq qabaqcıl texnoloji avadanlıqlara münasibətdə irəli sürülən tələblərə cavab vermədikdə.
Elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların Reyestrə daxil edilməsindən imtina edilərsə, imtina səbəblərini özündə əks etdirən qərar onun qəbul edilməsindən 5 iş günü müddətində “Ərizəçinin elektron şəxsi kabineti”ndə yerləşdirilir. Elmi tədqiqat mərkəzləri və laboratoriyalar imtinaya səbəb olmuş halları aradan qaldırdıqdan sonra Reyestrə daxil edilmə ilə bağlı yeni müraciət təqdim edə bilərlər.
Reyestrdən çıxarılmanın əsasları aşağıdakılardır:
- AMEA tərəfindən tədqiqat infrastrukturunun Reyestrə daxil edilmə ilə bağlı tələblərə cavab vermədiyi aşkar edildikdə;
- könüllülük prinsipi əsasında müraciətlə Reyestrə daxil edilmiş tədqiqat infrastrukturunun Reyestrdən çıxarılması barədə ərizəsi;
- tədqiqat infrastrukturunun fəaliyyətinə xitam verilməsi.
Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
- tədqiqat infrastrukturunun adı;
- tədqiqat infrastrukturunun hüquqi ünvanı, hüquqi ünvandan fərqlidirsə faktiki ünvanı, əlaqə telefonları, internet saytı və elektron poçt ünvanı;
- tədqiqat infrastrukturunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- tədqiqat infrastrukturunun əsas fəaliyyət istiqamətləri və istifadəsində olan qabaqcıl texnoloji avadanlıqlar barədə məlumatlar;
- tədqiqat infrastrukturunda mövcud olan qabaqcıl texnoloji avadanlıqlardan istifadə edilməklə yaradılmış müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektləri barədə məlumatlar (olduğu təqdirdə);
- tədqiqat infrastrukturunda yaradılmış əqli mülkiyyət obyektlərinin istehsalatda tətbiqi nəticəsində istehsal olunan məhsullar barədə məlumatlar (olduğu təqdirdə);
- tədqiqat infrastrukturundan üçüncü şəxslər tərəfindən istifadə olunmasının mümkünlüyü və müvafiq şərtləri barədə məlumatlar.
AMEA reyestrə daxil edilmiş tədqiqat infrastrukturları haqqında məlumatları elektron portalda ümumi istifadə üçün açıq şəkildə yerləşdirir. Reyestrdən dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, elmi müəssisə və təşkilatlar, alim və tədqiqatçılar və digər hüquqi və fiziki şəxslər istifadə edə bilərlər.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM