Türkiyə Suriyanın şimalında PKK terror təşkilatının qolu sayılan PYD/YPG-yə qarşı hərbi əməliyyata başlayacaq. Bu bəyanatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. R.T. Ərdoğan Türkiyənin hərbi əməliyyata başlayacağı barədə ABŞ və Rusiyanı məlumatlandırdıqlarını da bildirib: "Biz Suriyada Afrini, Gerablusu azad etdik, indi də Fərat çayının şərqində əməliyyat aparacağıq. Bu barədə ABŞ və Rusiyanı məlumatlandırdıq. Biz ölkəmizə hücumları sadəcə, müşayiət edə bilmərik. Ölkəmizin Rusiyadan aldığı "S-400"lə bağlı ABŞ-ın sağlam düşüncə ilə qərar verəcəyinə ümid edirəm".
Türkiyə prezidenti onu da qeyd edib ki, Türkiyə 2020-ci ildən etibarən bu müdafiə sistemlərindən istifadə etməyə başlayacaq. Ərdoğan bildirib ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün qarşısına qoyduğu bütün layihələri sonra qədər davam etdirəcək: "Öncə onu bildirim ki, heç bir təhdid, sanksiya və s. təzyiq vasitələri ölkəmizin təhlükəsizliyi ilə bağlı həyata keçirdiyimiz və keçirəcəyimiz layihələri yarımçıq qoya bilməz. "F-35" layihəsindən kənarlaşdırılmağımız başda olmaqla, Avropa və ABŞ-ın ölkəmizə təzyiqləri nəticəsiz qalacaq. Bu, həm də ölkəmizə qarşı böyük ədalətsizlikdir. Türkiyənin təhlükəsizliyinə aid nə varsa, hamısını edəcəyik. Bunun ən yaxın tarixdə şahidi olacaqsınız".
Bu arada ABŞ Dövlət Departamenti Türkiyə ordusunun Suriya ərazisində hərbi əməliyyat keçirmək planlarından narahatlığını ifadə edib. Bu barədə Departamentin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib. “Suriyanın şimal-şərqində belə birtərəfli hərbi hərəkətlər ciddi narahatlığa səbəb olur, xüsusilə ABŞ hərbi qulluqçularının yaxınlıqda ola biləcəyi zamanda bu məsələ narahatlıq doğurur. Biz bu cür addımları qəbuledilməz hesab edirik və Türkiyəni bizimlə birgə yanaşma üzərində işləməyə çağırırıq", - deyə M.Ortaqus bəyan edib. Dövlət Departamentinin nümayəndəsi onu da deyib ki, ABŞ təhlükəsizlik zonası barədə Türkiyə ilə intensiv müzakirələri davam etdirir".
S-400 raketlərinin Ankaraya təhvil verilməsindən sonra əksəriyyət Ankara-Vaşinqton xəttində gərginliyin yüksəlməsini gözləyərkən Ərdoğan diqqətli bir anda yenidən Suriyanın Şimali-Şərqinə yönəltməyi bacardı. Siyasi araşdırmaçılar Ərdoğanın bu gedişini olduqca uğurlu hərbi-diplomatik gediş heab edirlər. Kənardan görünən budur ki, belə gedişatı Vaşinqton gözləmirdi və hazırlıqsız yaxalanıb. Keçən ilin dekabrında prezident Ərdoğan "Suriyanın Şimal-Şərq bölgəsində güclənən PYD/YPG terror təşkilatına qarşı hərbi əməliyyat keçirəcəklərini" açıqlasa da, belə bir planın tezliklə həyata keçiriləcəyini ABŞ gözləmirdi. Söhbət Türkiyə ilə sərhəddə 20-30 kilometrlik dərinlikdə "tampon bölgə" yaradılmasından və Türkiyə hərbi hissələrinin oraya yerləşərək "terror dəhlizi"ni əngəlləməsindən gedirdi. Məsələ bundadır ki, Ərdoğan belə bir niyyətdə olduğunu açıqlayan kimi ABŞ prezidenti Tramp "Patriot" raketlərinin Türkiyəyə satılması üçün Konqresin embarqosunun ləğv edilə biləcəyini bəyan etmişdi.
Ankara-Vaşinqton münasibətləri “S-400 qalmaqalı”ndan sonra xeyli gərginləşib. Bu müddətdə Vaşinqton bütün təzyiqlərdən istifadə etdi, lakin öz məqsədinə nail ola bilmədi, Rusiya və Türkiyə qarşıya qoyduqları məqsədi həyata keçirdi. S-400-lərin Türkiyəyə satışından sonra hər kəs İdlibin terror qruplarından təmizlənməsi üçün Moskvanın Ankaraya təzyiq göstərəcəyini düşünsə də, Türkiyə Milli Təhlükəsizlik Şurası 6,5 saat davam edən iclasından sonra Suriyanın Şimali-şərqini nişan verdi: "Sərhədimizin təhlükəsizliyini təmin etmək məqsədiylə bölgənin bütün terror qruplarından təmizlənəcəyinə və bütün gücümüzlə bir "Sülh dəhlizi"nin yaradılması üçün lazım olan hər addımın atılacağına dair qərarlılığımız təsdiqlənmişdir".
Əslində, Türkiyənin narahatlığını anlamaq olar. Ankara Vaşinqtonun bölgədəki kürd qruplarına qeyri-məhdud sayda ağır silah verməsinindən narazı olduğunu dəfələrlə bəyan edib. Bu baxımdan, Ankaranın Suriyada hərbi əməliyyata başlayacağı proqnozlaşdırılırdı. Lakin bunun belə tezliklə həyata keçiriləcəyi gözlənilmirdi. Ərdoğanın son bəyanatı isə savaşım yaxında olduğunu deməyə əsas verir. ABŞ öz hissələrini əməliyyat bölgəsinə göndərənə qədər Türkiyənin belə bir addım atacağına inanmırdı. Türkiyənin baş diplomatı Çavuşoğlu "ABŞ-ın irəli sürdüyü təkliflər bizi qane edəcək səviyyədə deyil. Arzumuz "təhlükəsiz bölgə" məsələsində razılaşma əldə edib həyata keçirməkdir, əksi-təqdirdə Türkiyə lazımi addımı atacaqdır. Bu məsələdə qərarlıyıq" bəyanatını verməklə Ankaranın gedişini öncədən açıqlamışdı. Ərdoğanın yeni bəyanatı da Türkiyənin Suriya məsələsində mövqeyindən geri çəkilməyəcəyinin göstəricisidir.
Savaşın qarşısını almaq üçün Suriyanın şimalında formalaşdırılan “təhlükəsizlik zonası” məsələsi ilə bağlı Ankara-Vaşinqton arasında danışıqlar davam etdirilə bilər. Danışıqlarda rəsmi Ankaranı qane edən nəticə əldə olunmazsa, Türkiyə Fərat çayının şərqində “sülh dəhlizi” yaratmaq üçün hərəkətə keçəcək. Türkiyə prezidenti tərəfindən gündəmə gətirilən Suriya sərhədində “sülh dəhlizi” Milli Təhlükəsizlik Şurasının iclasında da qeyd olunub.
Türkiyə mətbuatı Fərat çayı sahilindən İraq sərhədinə qədər uzanması planlanan sülh koridorunun detallarını belə açıqlayıb:
1. Türkiyə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə Suriyanın şimalında məlum bölgələri terrordan təmizləyib. Lakin Aralıq dənizinə qədər uzanan ərazidə “sülh dəhlizi” qurmaq üçün Fəratın qərbi nəzarətə götürülməlidir. Türkiyə indi də Fəratın şərqində sülh dəhlizi inşa etmək üçün hazırlıqlarını başa çatdırıb. Ankara PYD/YPG-nin nəzarəti altında olan Fəratın şərqini də terrorçulardan təmizləməyi qarşısına məqsəd qoyub.
2. Türkiyə terror təşkilatı PYD/YPG-nin işğalı altında olan Fərat çayının şərqindən İraq sərhədinə qədər 30-35 km dərinlikdə təhlükəsizlik zonası yaratmağı planlaşdırır. ABŞ isə yalnız 5-14 kilometrlik təhlükəsizlik bölgəsinin qurula biləcəyini dilə gətirir.
3. Fərat çayının şərqində PYD/YPG-nin nəzarət etdiyi Kobani, Əl-Həsəkə, Qamışlı, Raqqa və Deyr-əz-Zor kimi bölgələrdə ABŞ və Fransa hərbçiləri yerləşdirilib. Türkiyə terror təşkilatlarından təmizlənəcək 30-35 kilometrlik ərazidə formalaşdırılacaq sülh qurşağının nəzarətinin tamamilə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) əlində olmasını istəyir. ABŞ isə koordinasiyalı şəkildə fəaliyyətə müsbət baxır.
4. Təhlükəsizlik zonasının yaradılması və bölgəyə nəzarətin TSQ tərəfindən təmin olunmasından sonra Cərablus, əl-Bab və Afrindəki kürd, ərəb, türkmən və digər etnik azlıqların bölgələrdə söz sahibi olması üçün bölgələrin idarəetməsi xalqın seçdiyi məhəlli idarəçilərə veriləcək. İdarəetmədə təmsil olunacaq şəxslər şəhərin sosioloji tərkibini əks etdirəcək. Şəhər şuraları ictimai asayişin təmin olunması, terrordan təmizlənmiş ərazilərin stabilliyi üçün bütün təhlükəsizlik tədbirlərinin görülməsi ilə məşğul olacaq. Məhəlli polis və təhlükəsizlik qüvvəsi formalaşdırılacaq.
Suriyanın gələcəyini müəyyən etməklə bağlı bir yandan Rusiya, İran, Türkiyə arasında, o biri yandan ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Səudiyyə Ərəbistanı, Misir, İordaniya arasında danışıqlar gedir.
Xatırladaq ki, Türkiyənin “Fərat Qalxanı” əməliyyatı çərçivəsində İŞİD və PKK/PYD terrorçularına qarşı əməliyyatlar aparılanda da Avropa susmadı, rəsmi Ankaranı buna görə tənqid edirdi. Nəticə isə göz önündədir. Türkiyənin fövqəladə vəziyyət tətbiq etməsi və terrorla mübarizəsi nəticəsində artıq uzun müddətdir, ölkədə böyük miqyaslı terror aktları baş vermir, bunun qarşısı alınır. Bunun səbəbi, ilk növbədə, Türkiyə ərazisində və yaxın xaricində PKK/PYD, İŞİD kimi terror təşkilatıları ilə aparılan mübarizədir. Ankara “Fərat Qalxanı” əməliyyatı çərçivəsində sərhədləri yaxınlığındakı terrorçuları məhv edib, Suriyanın böyük bir hissəsini terrordan azad edib.
Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksi alması səbəbindən Ağ Evin Türkiyəyə sanksiya tətbiq etmək istəyini də ədalətli adlandırmaq olmaz. Türkiyənin Rusiyadan S-400 ZRK alması niyyəti öncədən bəlli idi. İlk vaxtlar Vaşinqton məsələni ciddiyə almadı. Güman ki, onlar bu cür xəbərlərin Ankara tərəfindən qəsdən mediaya sızdırıldığını və ABŞ-a mesaj xarakterli olduğunu düşündülər. Çünki prezident Ərdoğan Suriyada öz hədəflərinə nail olmaq üçün Rusiya ilə ABŞ arasında ustalıqla manevr etməyə başlamışdı. Bu uğurlu siyasətin nəticəsində əvvəlcə “Fərat qalxanı”, daha sonra “Zeytun budağı” əməliyyatları gerçəkləşdi. Vaşinqton bu siyasətdən məmnun deyildi. S-400 mövzusu ortaya çıxanda öz səssizliyi ilə sanki Ankaraya nümayiş etdirmək istədi ki, Vaşinqton buna inanmır. ABŞ hökumətlərinin başqa bir xətası isə odur ki, zamanında Türkiyəyə “Patriot” sistemləri satmaqda həvəsli davranmadı. Konqresi bu cür önəmli alqı-satqıya razı salmaqda çətinlik çəkəcəklərini Ankaranın nəzərinə çatdırdılar. Əgər vaxtında Türkiyəyə “Patriot”lar satılsaydı, problem bu yerə gəlib çıxmayacaqdı. Yaxud S-400 sövdələşməsi barədə söz-söhbətlərin yayıldığı dönəmdə bunun mümkün neqativ nəticələri hazırda olduğu kimi, konkret şəkildə Ankaranın nəzərinə çatdırılsaydı, bəlkə də Türkiyə hökuməti hər hansı sənədə imza atmadan Rusiya ilə danışıqları dayandıracaqdı.
Son 15 ilə nəzər salsaq, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu, həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır.
İstənilən halda, S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artırır. Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən, Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini ABŞ Türkiyəyə təklif etmədi. Təsadüfi deyil ki, ABŞ hazırkı prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırkı vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə “Patriot” raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi.
İstənilən halda, Türkiyə S-400 raketlərini əldə etdikdən sonra ABŞ-ın təzyiqlərinə hazır idi. Lakin Tramp Türkiyə ilə münasibətlərin daha da gərginləşməsini istəmir. Konqres və Pentaqon isə Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışır. Buna baxmayaraq, zaman keçdikcə ABŞ Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan S-400 raketləri almasına baxmayaraq, ABŞ-dan da hərbi texnika almağa çalışır. Bu isə Birləşmiş Ştatların da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək. Son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu, silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirə bilər. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan S-400 sistemini almaq istəyir. Bu məsələdə Rusiya önə çıxır və bütün günahları Ərdoğana yükləmək yanlışdır…
APA Analytics
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM