Leyla Əliyeva 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində iştirak edib

16:28 / 05.08.2019

Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ("IOI 2019") açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə Təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir "IOI 2019"a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Bildirib ki, bu gün ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri insan kapitalının inkişafına nail olmaq, eyni zamanda, İKT və virtual tədrisin, kompüter şəbəkə biliklərinin rolunun artırılmasını təmin etməkdir.

Ölkəmizin beynəlxalq olimpiada uğurlarından söz açan Təhsil naziri "IOI 2019"un Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Azərbaycan müxtəlif beynəlxalq və regional tədbirlərə ev sahibliyi edir. Cəmi iki həftə əvvəl Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutub. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən bəri Formula 1 yarışlarının Azərbaycan Qran-Prisi mərhələsi və bir çox digər tədbirlər Bakıda uğurla keçirilib.

Elm müsabiqələrinə qatılmağa və onların keçirilməsinə ölkədə xüsusi diqqət yetirildiyini bildirən Ceyhun Bayramov 47-ci Beynəlxalq Kimya Olimpiadasının 2015-ci ildə Bakıda təşkil olunduğunu və azərbaycanlı tələbələrin 2 medal qazandığını xatırladıb. Nazir vurğulayıb ki, bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayır.

Ceyhun Bayramov deyib ki, beynəlxalq elmi olimpiadalar elmin populyarlaşdırılması vasitəsi olmaqla yanaşı, həm də təhsilin vacib bir vasitəsidir. Son 6 ildə məktəblilər bu olimpiadalardan 150-dən çox medal gətiriblər və bu sayın artacağı gözlənilir. Təhsil müddətində əldə olunan biliklərdən səmərəli istifadə etmək bu medalları qazanmaq qədər vacibdir. Bu gün dünya dördüncü sənaye inqilabında hansı bilik və bacarıqların tələb olunacağını müzakirə edir. Robototexnika, böyük məlumatlar, süni intellekt və avtomatlaşdırma gündəlik həyatımıza daxil olub. Belə bir dövrdə vacib məsələ kəşf edilən və ediləcək qabaqcıl texnologiyalardan bəşəriyyətin daha çox faydalanacağına əmin olmaqdır.

İnformatika üzrə ilk beynəlxalq olimpiadanın 30 il əvvəl Bolqarıstanda keçirildiyini xatırladan Təhsil naziri bu nüfuzlu tədbirə marağın ildən-ilə artdığını bildirib. Diqqətə çatdırıb ki, “IOI” iştirakçılarının bir çoxu hazırda startap və innovasiya ilə məşğul olan aparıcı İT mütəxəssisləridir.

Nazir vurğulayıb ki, 1965-ci ildə Berklidə, Kaliforniya Universitetinin professoru, görkəmli Azərbaycan alimi Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə inqilab etdi. O zaman yəqin ki, qeyri-səlis məntiqin gündəlik həyatımıza avtomobil, elektronika, tibb, nəqliyyat, telekommunikasiya və digər sahələrdəki texnologiyalar vasitəsilə daxil olacağını təsəvvürə gətirmək çətin idi. Lütfi Zadə bugünkü gənclər üçün elm və bəşəriyyətin gələcəyinə sadiqliyin bir rəmzidir.

Təhsil naziri Ceyhun Bayramov tədbirin Azərbaycanda keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib və 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına uğurlar arzulayıb.

ADA Universitetinin rektoru, səfir, "IOI 2019"un fəxri sədri Hafiz Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.

“Bu gün auditoriyada əyləşənlər növbəti 10-15 ildə texnoloji inkişafın meyillərini və gündəmini formalaşdıracaqlar. Buna görə də bizim bu tədbirə ev sahibliyi etməyimiz Azərbaycanın həm təhsil, həm də İT sektoruna dərin marağı, qayğısı və dəstəyini nümayiş etdirir”, - deyə rektor Hafiz Paşayev bildirib.

ADA Universitetinin bölgədə sürətlə inkişaf edən ali təhsil ocağı olduğunu deyən rektor diqqətə çatdırıb ki, bu universitetin İT və Mühəndislik Məktəbi “bilik iqtisadiyyatı”nın inkişafı üçün zəruri olan İT sahəsində gənc mühəndislər, proqramçılar və peşəkarların yetişdirilməsi məqsədilə təsis edilib. Məzunlarımız “Google”, “Oracle”, “Microsoft” kimi qlobal texnoloji lider şirkətlərdə işləyir, eləcə də yerli İT sənayesinə kömək edirlər. ADA Universiteti hər il keçirdiyi startap yarışları ilə gənclərin ideyalarına dəstək verərək, bu ideyaların biznes uğuruna çevrilməsinə kömək edir. Bu il biz həm də Beynəlxalq İnformatika Olimpiadasının qayda və standartlarına uyğun Milli İnformatika Olimpiadasının yarımfinal və finalına ev sahibliyi etdik.

“Niyyətimiz bölgədə elmi araşdırmalar və innovasiya üzrə mükəmməllik mərkəzinə çevrilməkdir”, - deyən Hafiz Paşayev bu məqsədlə ADA Universiteti yanında gələcəkdə “Elm kəndi”nin qurulmasının nəzərdə tutulduğunu bildirib. Rektor ADA-da yaradılan Data Təhlili Tədqiqatı Mərkəzinin də artıq gənc istedadların diqqətini cəlb etdiyini söyləyib.

Olimpiada iştirakçılarının növbəti günlərdə ADA Universitetinin “ağıllı” və “yaşıl” kampusunu ziyarət edərək, tədris və tədqiqat proqramları ilə də tanış ola biləcəklərini vurğulayan rektor Hafiz Paşayev deyib: “Ümid edirəm, bu ziyarət sizdə xoş təəssüratlar yaradacaq və siz bizim təqaüd imkanlarımızla maraqlanacaqsınız. İnanıram ki, Bakıda keçirdiyiniz bu yay günləri və yarışda iştirakınız hamınız üçün yaddaqalan olacaq”.

Hafiz Paşayev bu yarışın təşkilində Azərbaycan hökumətinə və dəstək olan digər tərəflərə xüsusi minnətdarlığını bildirib.

Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li "IOI 2019"un açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə söz açıb.

Olimpiadanın rəsmi qlobal sponsoru "Acer"in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski "Acer" və "IOI" əməkdaşlığından danışıb.

Daha sonra "IOI 2019"un 88 ölkə və regiondan nümayəndə heyətləri təqdim edilib.

Açılış mərasimində 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika olimpiadalarının loqolarının əks olunduğu, "IOI"nin rəsmi sponsoru "Acer"in fəaliyyətinə və Bakıya həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru "Acer" şirkətidir. Bundan başqa, "Azercell Telekom" tədbirin "İstedadların Rəqəmsal Sponsoru", "PAŞA Bank" isə "İstedad sponsoru" kimi dəstək verir. Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM