Məlum olduğu kimi, bu il sentyabr ayının 4-ü və 5-də NATO-nun Uels sammiti öz işinə başlayacaq. Burada Ukrayna ilə bağlı müəyyən məsələlərin müzakirə olunacağı artıq bəllidir. Eyni zamanda, bu sammit daha çox Rusiyanın dəvət olunmaması ilə diqqət çəkir.
Sammitdə hadisələrin hansı müstəvidə cərəyan edəcəyi və gözləntilərlə bağlı fikirlərini, Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq, professor Elman Nəsirov Aktual.az-a şərh edib. O, açıqlamasında NATO-nun Uels sammitinin tarixə Rusiya əleyhinə qərarların müzakirə olunması, onların qəbul edilməsi ilə bağlı geniş debatların keçiriləcəyi bir sammit kimi daxil olacağını qeyd edib:
“ABŞ və Avropa İttifaqı başda olmaqla, Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyaları, getdikcə, daha da kəskinləşməkdədir. Bu gün o ekspertlərin fikirləri ilə şərik olmaq olar ki, soyuq müharibə bütün mənalarda hiss olunmasa da, onun əksər elementləri özünü biruzə verməkdədir. Rusiya ilə Qərbin münasibətlərindəki gərginliyin artmasını sentyabr ayının 4-5də Uelsdə keçiriləcək NATO-nun sammiti ilə əlaqələndirə bilərik:
“Yeni dünya düzənində yəni, Sovet İttifaqının dağılmasından sonra yaranmış yeni geosiyasi mühitdə ilk dəfədir ki, Rusiya NATO-nun sammitinə dəvət olunmur. Bu nümayişkaranə şəkildə edilir və eyni zamanda, NATO-nun Uels sammiti, tarixə daha çox Rusiya əleyhinə qərarların müzakirə olunması və onların qəbul edilməsi ilə bağlı geniş debatların keçiriləcəyi bir sammit kimi daxil olacaq”.
E.Nəsirov NATO-nun baş katibi Rasmussenin müsahibəsindəki fikirlərə istinad edərək, sentyabrın 4-ü və 5-də keçiriləcək sammitdə Ukrayna ilə bağlı qərarların müzakirə olunacağını vurğulayıb:
“NATO-nun baş katibi Rasmussen bu günlərdə verdiyi müsahibələrinin birində qeyd etdi ki, bu sammitdə Ukraynanın NATO ilə əlaqələrinin daha da genişləndirilməsi məsələsinə baxılacaq. Misal kimi, o, 2008-ci ildə NATO-nun Buxarest samitini nümunə gətirərək bildirib ki, faktiki olaraq, Buxarestdə Ukraynanın NATO-ya qəubul edilməsinə yaşıl işıq yandırılmışdı və həmin qərarlara yenidən baxmalıdır”.
Politoloqun sözlərinə görə, NATO rəsmilərinin yaydığı məlumatda qeyd olunur ki, məhz bu sammitdə Şərqi Avropa ölkələrində NATO-nun çevik 5 hərbi bazasının yaradılması məsələsi gündəmə gələcək:
“Bu bazaların Baltikyanı ölkələrdə, Polşada və Rumıniyada yaradılması planlaşdırılır. Bütün bunlar təsdiq edir ki, artıq Uels sammitində Rusiyaya münasibətdə daha ciddi, kəsərli addımların atılması hədəflənib. Bu addımlar daha çox hərbi, siyasi aspektləri özündə ehtiva edəcək. Eyni zamanda, Rusiyanın NATO Şurasının fəaliyyətinə son qoyulması məsələsi də öz həllini tapa bilər. Rusiyaya qarşı təzyiqlərin yeni mərhələsinin daha çox hərbi, siyasi tutumlu olması gündəmdə olacaq. Hesab edirəm ki, bundan sonra Rusiya tərəfi ciddi dilemma qarşısında qalacaq- geri çəkilmək, daha çox güzəşt və kompromisli yol tutmaq, yoxsa geri çəkilməmək, indiki sərt, qarşıdurma vəziyyətini davam etdirmək?”
Bu mübarizədə Qərbin daha güclü tərəf təsiri bağışladığını və onların daha monolit qüvvə kimi çıxış etdiyini diqqətə çatdıran Elman Nəsirov Rusiyanın bu məsələlərdə ciddi müttəfiqinin olmadığını dilə gətirib:
“Belə nir nəticəyə gəlmək olar ki, əgər, bu proseslərdə Rusiya tərəfi, mərhələli şəkildə, müəyyən güzəştlərə getməsə, hesab edirəm, Avropada, sözün həqiqi mənasında, təhlükəsizlik mühitinə cox ciddi təhdidlər yaranacaq və hadisələr ən arzuolunmaz ssenari üzrə cərəyan edə bilər. Burada Rusiya prezidenti Vladimir Putinin kəskin güzəştlərindən və kompromislərindən söhbət gedə bilməz. Söhbət onun öz mövqeyini, mərhələli şəkildə, yumşaltmasından gedə bilər. Çünki Rusiya tərəfin, bu məsələdə tutduğu mövqedən kəskin geri çəkilməsi, hesab edirəm ki, Putinin özünün taleyinə mənfi təsir edər, Avrasiya və Gömrük İttifaqı kimi layihələrin taleyinin ciddi sual altına alınmasına, eyni zamanda Rusiyanın zəif tərəf kimi qiymətləndirilməsinə gətirib çıxara bilər. Ona görə də, rəsmi Moskvanın hazırki durumda kompromisə getməməkdən başqa çarəsi yoxdur. Amma bu kompromisin özü də, çox radikal şəkildə deyil, mülayim formada, hiss olunacaq şəkildə davamlı olmalıdır. Qərbin də Rusiya ilə müəyyən qədər razılığa gəlməsi indiki vəziyyətdən çıxış yolu ola bilər”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM