Yeddi il öncə barəsində axtarış elan edilən və qiyabi olaraq həbs qətimkan tədbiri seçilən Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Elnur Elxan oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycana gətirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hüseynov Elnur Elxan oğlu külli miqdarda psixotrop maddənin satış məqsədilə qanunsuz yolla əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılığını həyata keçirən sabit cinayətkar qrup - mütəşəkkil dəstənin rəhbəri olub.
Azərbaycan gömrükçüləri həmin cinayətkar dəstənin izinə 2011-ci ilin oktyabrında törədilən cinayət işini araşdırarkən düşüb.
Həmin tarixdə Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən cinayətkar qrupun üzvü Azərbaycan Respublikasının vətəndaşı Bağırov Əfqan İlham oğluna məxsus çamadana gömrük baxışı keçirilərkən gömrük nəzarətindən gizlədilmiş şəkildə 2295,7 qram metamfetamin psixotrop maddəsi aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun rəhbəri Hüseynov Elnur Elxan oğlu İran İslam Respublikasında şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə birlikdə qeyd edilən külli miqdarda psixotrop maddəni Azərbaycanın gömrük sərhədindən tranzit qaydada keçirməklə İrandan Tailand və Malayziya krallıqlarına göndərməyi planlaşdırıb.
Bu məqsədlə Hüseynov Elnur Elxan oğlu cinayətkar dəstə yaradıb, dəstəyə digər iştirakçılar, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları - Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlunu cəlb edərək onları təlimatlandırıb, iştirakçıların fəaliyyətlərini əlaqələndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar iştirakçılara göstərişlər verib, cinayətlərin icraçılarına haqq ödənilməsi və cinayətkar fəaliyyət üçün zəruri pul vəsaitlərinin əldə edilməsini təşkil edib və beləliklə, planlaşdırılan cinayətlərin törədilməsinə rəhbərlik edib.
Hüseynov Elnur Elxan oğlu Tehran şəhərində 2295,7 qram metamfetamin psixotrop maddəsini alaraq Cabbarzadə Yeganə Əlişah qızına verib. Yeganə Cabbarzadə həmin psixotrop maddəni Elnur Hüseynovdan qəbul edərək Tehran-Astara avtobusu ilə İranın Astara şəhərinə, oradan da cinayətkar qrupun digər üzvü Rzayev Bayram Nadir oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı, 90 BD 671 dövlət nömrə nişanlı avomobilin yük yerində Bakı şəhərinə daşıyıb və Bayram Rzayevə təhvil verib. Bayram Rzayev isə psixotrop maddəni Tailand Krallığına daşımaq üçün Bağırov Əfqana çatdırıb və onu idarə etdiyi avtomobillə Heydər Əliyev Beynəlxalq Hava Limanına gətirib.
Beləliklə, Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilib, cinayətlərin təşkilatçısı Hüseynov Elnur Elxan oğlu isə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbsli axtarış elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu təqsirli bilinərək hər biri 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.
Cinayət işinin istintaqı zamanı qrupun cinayətkar fəaliyyətilə bağlı həmçinin 4 nəfər Azərbaycan vətəndaşının - Quliyev Ruslan Xanqulu oğlu, Abdullayev Nəbi Yaşar oğlu, Ələkbərov Niyammədin Xanlar oğlu və İsmayılova İradə Namid qızının psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı Malayziyada, digər Azərbaycan vətəndaşının - Məmmədov Rəşad Kamal oğlunun Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı müəyyən edilib.
Həmin şəxsləri cinayətkar fəaliyyətə cəlb etmiş Hüseynov Elnur Elxan oğlu barəsində isə 2012-ci ilin fevralında axtarış elan edilib və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə qiyabi olaraq həbs qətimkan tədbri seçilib.
Nəhayət, 7 il sonra – bu ilin avqust ayında Hüseynov Elnur Elxan oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasının İstanbul şəhərində saxlanılıb və Azərbaycan Respublikasına gətirilərək DGK Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib.
Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə Hüseynov Elnur Elxan oğluna ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM