Sərdar Cəlaloğlu Səməd Vurğundan əl çəkib Məhəmməd Füzuliyə keçdi: Kafir

09:37 / 04.09.2014

Firudin Qurbansoy: “Əgər Füzuliyə kafir deyirsənsə, sənin nə dindən xəbərin var, nə də ki, ədəbiyyatdan”; Rəsul Mirhəşimli: “Məhəmməd Füzuliyə kafir demək insanın psixoloji problemlərinin olduğunu göstərir” 

ADP sədri Sərdar Cəlaloğlu 1937.az saytına müsahibəsində dahi alim və şair Məhəmməd Füzulinin kafir olduğunu bildirib. S.Cəlaloğlu müsahibəsində Füzulinin fikirlərinin bizi düzgün tərbiyə etmədiyini və onun içindəki zəhərləri neçə yüz illərdir ki içdiyimizi bildirib:

 
 
“”Mətləül-etiqad" əsərində Füzuli deyir, guya Peyğəmbər deyib ki, sirr elmini öyrənin. Mən də sirr elmini öyrəndim - əl-kimya, astrologiya, terekuriya... Və bunların əsasında da şərh eləməyə başladım. Mən o əsərdə görürəm ki, Füzuli kafir düşüncəsinə gəlib çıxır. Füzuli kafirdir".
 
S.Cəlaloğlunun bu fikirlərinə bir neçə füzulişünasın münasibətini öyrəndik. ADP sədrinin fikirləri füzulişünasların qəzəbinə səbəb oldu.
 
 
Füzulişünas alim Firudin Qurbansoy S.Cəlaloğlunun dindən və ədəbiyyatdan xəbərsiz olduğunu dedi: “Füzulidən xəbəri olan heç bir mömin ona kafir deməz. Görünür, super siyasətçi olan Sərdar Cəlaloğlu həm də super mömindir. Füzuli İmam Hüseynin məqbərəsində xəttat işləyib. Ondan böyük Allaha yaxın adam olmayıb. Sərdar Cəlaloğlu Füzuli yaradıcılığını başa düşə bilməz. Sərdar Cəlaloğlu gedib siyasəti ilə məşğul olsun, ədəbiyyata niyə girir?! Mən Füzuli yaradıcılığının incəliklərinə bələdəm. Füzuli Allaha yaxın adam olub. Füzuli haqqında güldən ağır söz demək olmaz. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Siyasətçi ədəbiyyata girməməlidir. Ədəbiyyatın elə sirləri var ki, o hamıya açılmır. Hər elmin elə sirləri var ki, onu yalnız o elmin mütəxəssisi bilir. Sərdar Cəlaloğlu öz ixtisasını yaxşı bilsə, başqa sahələrə girişəndə də keyfiyyətli söz danışar. Əgər sən Füzuliyə kafir deyirsənsə, deməli, sənin nə dindən xəbərin var, nə də ki, ədəbiyyatdan”.
Tanınmış publisist Rəsul Mirhəşimli bildirdi ki, Füzuliyə kafir demək adamın ağlında problem olmağını göstərir: “Məhəmməd Füzuliyə kafir demək insanın psixoloji problemlərinin olduğunu göstərir. Sərdar Cəlaloğlu siyasi proseslərdə uğur qazana bilməyibsə, çox yaxşı olar ki, getsin öz sahəsi-tibb ekspertliyi ilə məşğul olsun. Bəlkə o sahədə uğur qazanar. 
 
Çünki insanlar bilmədiyi mövzuları müzakirə edəndə özünü cəmiyyətə güldürür. Məhəmməd Füzuli deyib ki, mən ona görə Füzuli təxəllüsünü seçdim ki, əgər hər hansısa bir qəbahət etsəm, hesab eləsinlər ki, bu füzuldur, yəni boşboğazdır. O, adını daşıdığı Məhəmməd Peyğəmbərin adına xələl gəlməsin deyə Füzuli təxəllüsünü götürdü. Bir də qeyd edib ki, gələcəkdə kimsə mənim təxəllüsümü özünə götürmək istəsə bunu özünə rəva bilməsin. Çünki füzul çox danışan deməkdir. Bu da Füzulinin Peyğəmbərə verdiyi qiymət. İkincisi isə Məhəmməd Füzuli yaradıcılığından bir nümunə bəs edir ki, Sərdar Cəlaloğlunun bilmədiyi mövzuya girişməyi öz biliklərindən kənar düşüncələri ilə yanlış fikir yaratdığı göz qabağındadır. Füzuliyə kafir demək adamın ağlında problem olmağını göstərir. Bundan başqa nə demək olar. Məhəmməd Füzuli haqqında elementar təsəvvürü olmayan bir adam getsin öz işi ilə məşğul olsun və cəmiyyəti özünə güldürməsin”.
Fəxrəddin Baxşəliyev Füzuliyə kafir deyilməsinin çox gülünc bir ifadə olduğunu bildirdi: “Füzuli Sərdar Cəlaloğlunun dediyi kimi, nə kafir deyil, nə də ki dindarların dediyi mənada mömin deyil. Füzuli, sadəcə olaraq, imam əhlinə aşiqdir.
 
 Bir vaxtlar Füzulini ateist, allahsız eləmək üstündə yarış gedirdi. İndi də onu molla eləmək üstündə yarış gedir. Hər iki fikir yanlışdır. Sərdar Cəlaloğlu əvvəlcə bilsin ki, iman nədir, ondan sonra Füzuliyə kafir desin. Amma bir mənada da haqlıdır ki, bu mollalar Füzuliyə mömin deməklə ağını çıxarıblar. Füzuli mömin olsaydı, ”Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma. Namaz əhlinə uyma, onlar ilə durma, oturma!" misralarını deməzdi. Füzuli imanla küfrün arasında olan eşq məsələsindədir. Bəli, Füzuli dindar deyildi. Amma kafir də deyildi. Dindarlıq başqa, aşiqlik başqa. Füzulinin olduğu mərhələ dindarlıqdan çox-çox uca bir mərhələ idi. Ancaq Füzuliyə kafir deyilməsi çox gülünc bir ifadədir. Sərdar Cəlaloğlunun Füzuliyə kafir deməyi mollaların Füzuliyə dindar deməyinə bərabərdir. İkisi də eyni dərəcədə yanlışdır". 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM