“Hərbiyyə - 2019” layihəsi uğurla davam etdirilir

22:08 / 28.08.2019

Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Cavad xan Tarix və Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Hərbiyyə - 2019” layihəsi uğurla davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinə toplaşan respublikanın 10 bölgəsini təmsil edən yüzdən çox gənc avqustun 27-də Gədəbəy rayonunun müdafiəsində dayanan hərbi hissənin qonağı olub, şəxsi heyətlə görüşüb, əsl əsgər həyatı yaşayıblar.

Gənc vətənpərvərlərə bələdçilik edən Müdafiə Nazirliyinin məsul əməkdaşı, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bölgənin təbii-coğrafi şəraiti, bu bölgə uğrunda gedən uğurlu döyüşlərin xronikası, qəhrəmanları və şəhidlik zirvəsinə ucalan ölməz igidləri haqqında ətraflı məlumat verib.

A.Qurbani bildirib ki, Gədəbəy rayonu respublikamızın mühüm strateji əhəmiyyətli bölgələrindəndir. Azərbaycan–Ermənistan dövlət sərhədində yerləşən bu bölgə uğrunda nankor qonşularımız zaman-zaman təxribatlara əl atıb, torpaq iddiaları ilə mənfur niyyətlərini həyata keçirmək üçün daim o vaxtkı sovet rəhbərliyinin dəstəyini almaq üçün hiyləgər siyasət yürüdüblər. Vaxtilə ulu öndər Heydər Əliyev daşnak tör-töküntülərinin arzularını ürəklərində qoyub. Üzdəniraq erməni yazıçısı, daşnak Zori Balayanın “qartal yuvası” adlandırdığı quldur yuvası Başkənd, eləcə də Şınıx mahalının bir çox yaşayış məntəqələri məhz igid oğullarımızın qəhrəmanlığı sayəsində düşməndən təmizlənib.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin sayəsində digər sərhədyanı bölgələrdə olduğu kimi, Gədəbəyin də müdafiəsi yüksək səviyyədə təşkil olunub, ən müasir müdafiə mövqeləri yaradılıb. Azərbaycan Ordusunun buradakı bölmələri gecəli-gündüzlü Gədəbəyin keşiyini çəkir, düşmən təxribatlarının qarşısını alaraq Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin sakinləri düşmənlə təmas xəttində əsgəri xidmət üçün yaradılan ən müasir şəraitlə, maddi-texniki baza ilə, eləcə də digər infrastrukturlarla tanış olub və belə bir Orduya malik respublikanın vətəndaşı olduqlarından qürur duyduqlarını qeyd ediblər.

Sonra əsgər həyatının gərgin, çətin anları əyani surətdə təqdim edilib. Kəşfiyyat qrupunun çay keçidi, sıldırım qayalardan kəndir vasitəsilə hərəkət, ekstremal vəziyyətlərdən çıxış, şəxsi heyətlə dolu düşmənin iki avtomobilinin pusqu ilə ələ keçirilməsi, düşmən qərargahına basqın, eləcə də kəşfiyyat bölmələrinin müxtəlif maneələrlə hərəkətləri gənclərdə böyük maraq oyadıb. Onlar Azərbaycan əsgərinin yüksək iradi və fiziki keyfiyyətlərinə heyran qalaraq göstəriləri həyəcanla izləyib, kəşfiyyatçılara, xüsusi təyinatlılara qoşularaq özləri də bu əməliyyatlarda iştirak edib, güclərini sınayıblar.

Könüllülərin qorxmazlığı, mübarizliyi və bütün çətinliklərdən uğurla çıxmaları Vətən əsgərlərini sevindirib.

Silah-sursat və digər hərbi avadanlıqların nümayiş etdirildiyi sərgidə isə respublikamızda istehsal olunan silah-sursat, bir çox hərbi təyinatlı avadanlıqlar xüsusilə böyük maraq oyadıb. Peşəkar zabitlər, eləcə də, hazırda “ASAN xidmət”də çalışan ehtiyatda olan qazi zabitlərimiz Elvin Hüseynov, Əliağa Zeynalov, Elşad Haşımov, Nəbi Şükürov və Natiq Mehdiyev könüllülər üçün hərbi hazırlıq məşğələləri keçirib, təhlükəsizlik qaydaları izah edilib, suallar cavablandırılıb, atışın praktiki icrası təmin olunub. Silahların sökülüb-yığılması, normativlərin qəbulu üzrə komandalararası yarışlar keçirilib.

“Ağdam” komandası bütün normativlər üzrə yüksək nəticələr qazanıb. Milli Aviasiya Akademiyasının tələbəsi Rəşad Məhərrəmov, Türkiyənin Yalova Universitetinin tələbəsi Fidan Məmmədova, Bakı Dövlət Universitetinin tələbəsi Günel Ağayeva və başqaları yarışlarda xüsusilə fərqləniblər.

Yarış qaliblərindən bir qrupu Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun adı və qəhrəmanlığı ilə şöhrət qazanmış, bu gün də igid oğullarımızın məskən salaraq keşiyində durduğu “İsgəndər qalası”na qalxmaq, şəxsi heyətlə görüşmək və döyüş növbəsində dayanmaq şərəfinə nail olublar.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi Rəşad Əliyev ifa etdiyi xalq və estrada mahnıları ilə əsgərlərdə xoş ovqat yaradıb.

Polkovnik-leytenant Eldəniz Nəsirov qaliblərə Azərbaycan Dövlət İqtisad Universitetinin nəşri olan “Səninlə fəxr edirik Azərbaycan əsgəri” adlı kitabları hədiyyə edib.

Gənc vətənpərvərlər “Əsgər payı” sərgisi ilə tanış olub, yamacda qurulan çadırlarda əsgərlərin açdıqları nahar süfrəsinə dəvət ediliblər.

Nahardan sonra 1992-ci ilin avqustunda ağır döyüşlər gedən Mutudərə kəndinin yaxınlığındakı zirvədə “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi ilə anım tədbiri keçirilib. Gənc vətənpərvərlər Mutudərə kəndinə çəkilən yeni yolun ilk yolçusu olaraq zirvəyə doğru irəliləyiblər.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhid olduğu zirvədə əsgərlərin ucaltdığı abidə ziyarət olunub, qarşısına gül-çiçək dəstələri düzülüb.

Polkovnik A.Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan, əfsanəvi qəhrəmanlıqlarından danışıb. Onun son gülləsinədək vuruşduğunu, düşmənə xeyli itki verdiyini, son nəfəsində isə “Vətənə canım fəda!” deyərək quldurlara əsir düşməmək üçün qumbaranı sinəsinə sıxaraq özünü və bir neçə düşməni məhv etdiyini bildirib.

Hərbi qulluqçular və gənc vətənpərvərlər çıxış edərək “Qəhrəmanlıq qəhrəmanla ölmür. Onun ömrü uzun olur. Biz də Məzahir kimi igid oğulların qəhrəmanlıqlarını təkrar etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik və Qarabağ uğrunda mübarizəyə hər an hazırıq!”, - deyiblər.

Şəhid zabit Məzahir Rüstəmovun atası professor İzzət Rüstəmov və anası Rəfiqə xanım göstərilən diqqət və qayğıya, ehtirama görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və “Hərbiyyə - 2019” layihəsinin təşkilatçılarına minnətdarlıq ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim Şöbəsinin müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova builki layihənin yüksək səviyyədə təşkilinə göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Gəncə Qarnizonu İdeoloji İş və Mənəvi-Psixoloji Təminat Mərkəzinin təşviqat qrupunun səsləndirdiyi “Zəfər marşı”nın sədaları altında “Hərbiyyə - 2019” layihəsinin bir günü də unudulmaz xatirələrlə başa çatıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM