Əli Kərimlinin əmisi oğlu, Fransada siyasi sığınacaq almış İnqilab Kərimov ekstremist bəyanatları ilə yadda qalan birisidir. Parlaq zəkası ilə seçilir. Aşağıdakı status məhz həmin parlaq zəkanın fraqmentlərindən biridir...:
"İŞİD heç də hər adamin başını kəsmir...İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adini dindar qoyub, cindarliqla məşğul olanların başını kəsir....İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən İŞİD..."
Terrorçuların baş kəsməsini alqışlayan siyasi mühacir sonda da İŞİD-ın Azərbaycana xəyali gəlişindən məmnunluq duyduğunu ifadə edir. Təbii ki, mən də bir status yazaraq bu əndrabadi çağrışa etiraz etdim. Bir elə o qalmışdı ki, başkəsənlər vətənimizdə at oynatsın. Maraqlı olan odur ki, "Facebook"da hörgütlənmiş AXCP tərəfdarları hətta bu boyda biabırçılığı müdafiə etmək üçün səs-səsə verdilər. Birinci arqumentləri o oldu ki, 2003-cü ildə "Yeni Müsavat" qəzetində "Yaşasın bin Laden" başlığı ilə yazı gedib. İkinci arqumentsə belədir ki, Əli Kərimli əmisi oğluna görə məsuliyyət daşımır.
Birinci arqumentlə bağlı araşdırma apardım. O vaxt "Yeni Müsavat" qəzetinə rəhbərlik etmiş Qabil Abbasoğlu ilə danışdım. Bəlli oldu ki, 2003-cü ilin 17 oktyabrında "Yeni Müsavat" və "Azadlıq" qəzeti birləşərək müştərək qəzet çıxarıblar. Həcmi 24 səhifə olub. Tirajı 30 min. (Bəli, bu qəzetlərin belə bal-yağ vaxtları da olub) Və məhz həmin qəzetdə "Yaşasınmı Bin Laden" başlıqlı yazı gedib. Göründüyü kimi, başlıq cəbhəçilərin iddia etdiyindən bir qədər fərqlidir. Ən önəmlisi isə odur ki, həmin yazı ortaq qəzetə "Azadlıq" qəzetinin yazarı tərəfindən təqdim olunub. Həmin jurnalist sonradan "Bizim Yol" qəzetində çalışdı, bir ara da rüşvət alma ittihamı ilə həbs olundu. Söhbət tanınmış yazar Müşfiq Hüseynovdan gedir. O, köhnə yurdçulardan biridir. Xatırladaq ki, M.Hüseynov 2008-ci il yanvarın 21-də rüşvət alma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmin il aprelin 4-də Apelyasiya Məhkəməsi onun həbs müddətini 5 ilə qədər azaldıb. M.Hüseynov və ailəsi Prezident yanında Əfv Komissiyasına bağışlanaraq azadlığa buraxılmaq xahişi ilə müraciət etmişdi...
O da maraqlıdır ki, bu arqumentdən "Yeni Müsavat"a və onun o vaxt həbsdə olan baş redaktoru Rauf Arifoğluna qarşı istifadə ediblər. Düşünün ki, o vaxt ABŞ-ın Azərbaycandakı səfiri olmuş cənab Harniş R.Arifoğlunu məhz həmin yazıya görə müdafiə etməkdən imtina edib. Sonra hüquq müdafiəçiləri həmin yazını cənab səfirə təqdim ediblər. Məlum olub ki, bu yazının nə "Yeni Müsavat"a, nə də ki, onun həbsdə olan baş redaktoruna dəxli yoxdur. Yazı "Azadlıq" qəzetinin və onun köşə yazarının yazısıdır.
Göründüyü kimi, bu hadisənin üstündən illər keçsə də, cəbhəçilər saxtakarlıqdan əl çəkmirlər və bu məqamdan utanıb-çəkinmədən yararlanırlar. Halbuki sözügedən yazının müəllifi bəllidir.
İndi isə "əmioğlu" məsələsinə aydınlıq gətirək. Təbii ki, Əli Kərimli heç bir qohumuna görə nə hüquqi, nə də ki, mənəvi məsuliyyət daşımır. Ancaq bir məqam da var ki, bu əmioğlu rəsmən Cəbhəçidir. Ən azı, AXCP adından Fransaya sığınıb. Dünyaya ən mütərəqqi ideyalar ixrac etmiş və cağdaş dünyaya yeni bir şəkil vermiş Fransada oturub İŞİD-i Azərbaycana dəvət etmək nə deməkdir? Başqa bir məqam. Düşünün ki, prezident İlham Əliyevin çoxsaylı əmisi oğlanlarından biri belə bəyanat versəydi nə olardı? Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli bundan hər fürsətdə istifadə etməzdimi? Əminliklə deyə bilərəm ki, edərdilər.
Aradan bir müddət keçəcək. Buna bənzər ittihamlar yurdçular tərəfindən yenidən gündəmə gətiriləcək. Və yenə biz arxiv materiallarını eşələyib, onlara cavab verməli olacağıq. Bu dünya belədir, rəqibin ki, abırlı olmadı, heç zad, günün qalmaqalda keçəcək. Ancaq biz belə şeylərə öyrəncəliyik. Yurdçulara qarşı illərin sınağından çıxmış immunitetimiz var...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM