SUMQAYIT SON 4 İLDƏ İNTENSİV VƏ DİNAMİK SOSİAL-İQTİSADİ İNKİŞAF FAZASINDADIR

15:19 / 02.09.2019

Şəfa Əliyev,

Sumqayıt Dövlət universitetinin

professoru, iqtisad elmləri doktoru

 

Son 4 il ərzində Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əhəmiyyətli sıçrayış və tərəqqi təmin edilibdir. Məlumdur ki, şəhər həyatının və onun inkişafının bir sıra göstəriciləri və indikatorları vardır. Bunların ən vacibləri şəhər əhalisinin rahat və komfort şəkildə yaşamasını təmin edən şəhər infrastrukturu ilə bağlıdır. Hamımızın yadındadır ki, bununla bağlı problemlər Sumqayıtda daim aktual olmuşdur. Bunlarla əlaqədar olaraq, şəhərin fasiləsiz şəkildə elektrik enerjisi, təbii qaz və su təchizatı ilə təmin olunmasına imkan verən infrastruktur yaradılmışdır və bu istiqamətlərdə işlər davam etdirilməkdədir.

1981-ci ildən Sumqayıtda yaşayıram və işləyirəm. Sumqayıtın inkişaf dövrünün çox hissəsi gözlərim önündə baş vermişdir. Dünyanın 50-dən çox ölkəsində olmuşam və Sumqayıt tipli çoxlu şəhərləri yaxşı tanıyıram, onlarda işgüzar ezamiyyətlərdə olmuşam, bu cür səfərlər son illərə də təsadüf etmişdir. Etiraf edim

ki, yenilənmə, müasirləşmə, abadlaşma baxımından Sumqayıt qədər sürətlə gözəlləşən, insanların məmnunluğuna səbəb olan şəhər tapmaq o qədər də asan məsələ deyildir. Amma, bütün bunlar son 4 ildə - 2015-2019-cu illərdə daha sürətli xarakter almışdır və bu baxımdan, Sumqayıt son 4 ildə intensiv və dinamik sosial-iqtisadi inkişaf fazasına daxil olmuşdur.

Dövlət başçısı cənab İlham Əliyevin Sumqayıta daim strateji önəm verməsi, onun hər bir problemi ilə şəxsən maraqlanması, yerində tanış olması, şəhərə çoxsaylı səfərlər etməsi, lazımi tapşırıqlar verməsi, maliyyə vəsaitləri ayırması Sumqayıtın tikinti-quruculuq və abadlıq işlərinin xeyli sürətləndirilməsinə və şəhərdəki sosial-iqtisadi problemlərin köklü həllinə imkan vermişdir. Şübhəsiz, bütün bunları yüksək səviyyədə və zövqlə həyata keçirmək həlledici əhəmiyyət kəsb edir. Bu məsələlərdə şəhər rəhbərliyinin – Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcovun davamlı və səmərəli fəaliyyəti göz qabağındadır. Bu fəaliyyətdə bütün problemlərə, şəhərlə, şəhər təsərrüfatı ilə, eyni zamanda şəhər sakinləri ilə bağlı məsələlərə paralel və ən yüksək səviyyədə yanaşmalar diqqət çəkir. Maraqlıdır ki, görülən hər bir işdə yüksək zövq və peşəkarlıq vardır. Şəhərdə istismara verilən möhtəşəm Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası və s. bu kimi obyektlər şəhərin simasını tamamilə yeniləmişdir.

Sumqayıt bulvarının istifadəyə verilməsi isə tarixi hadisə kimi yadda qalmışdır. Ölkə rəhbərliyinin möcüzə adlandırdığı bu parkın uzunluğu 4,2 km, ərazisi isə 106 hektardır. Hazırda bulvarın ərazisi şimala doğru 1 km artırılır və burada yeni istirahət və əyləncə mərkəzləri və obyektləri istismara veriləcəkdir. Sumqayıt bulvarı şəhərin ekoloji-iqtisadi sisteminin dünya standartlarına qaldırılmasında önəmli addımdır. Şəhər bulvarının sorağı artıq dünyanın müxtəlif guşələrindən və beynəlxalq təşkilatlardan gəlir və bir neçə mükafata və prizlərə layiq görülmüşdür.

Sumayıt şəhərinin ümumi görünüşünün dəyişdirilməsi məqsədilə uzun illər öz görkəmini itirmiş çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənmiş, binaların fasadları zövqlə rənglənmiş və görkəmi dəyişdirilmişdir. Ümumilikdə, şəhərdə 900 binanın dam örtüyü yenidən qurulmuşdur. Uzun illər ərzində şəhər sakinlərini narahat edən lift təsərrüfatı modernizasiya olunmuş və 367 yeni liftlər

quraşdırılmışdır.

Sumqayıt şəhərində müasir nəqliyyat infrastrukturunun yaradılması üçün xeyli işlər görülmüşdür və şəhər sakinlərinə müasir standartlara cavab verən avtobuslar xidmət göstərirlər. Şəhərin yol infrastrukturu əsasən yenilənmiş, yüksək zövqlə yeni yollar salınmış, şəhərdə asfaltsız ərazinin qalmaması hədəf kimi götürülmüşdür. Şəhərin əsas giriş qapısı dünya standartları səviyyəsində yenidən qurulmuşdur. Təkcə, son 3 il ərzində Sumqayıt şəhərində ümumilikdə 40 yaxın prospekt və küçədə asfalt örtüyü yenilənmiş və 3 milyon asfalt örtüyü salınmışdır. Hazırda şəhərin ətraf qəsəbələrində və yaşayış massivlərində asfaltlama işlərinə də diqqət artırılmışdır. “Yaşıl dərə” yaşayış massivinin asfaltlanma probleminin həll edilməsi buna misal ola bilər.

Şəhərin səhiyyə və təhsil sisteminin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülməkdədir. Müasir yeni məktəb binası tikilir, şəhərin gözəl təhsil ənənəsinin gücləndirilməsi diqqət mərkəzindədir. Əksər məktəb və xəstəxanaların giriş hissələri asfaltlanmışdır.

Sumqayıt şəhərində mühüm məsələlərdən biri də nümunəvi məhəllələrin yaradılması və məhəllədaxili yolların yüksək səviyyədə təmiri ilə bağlıdır. Son 2 ildə, artıq 55 nümunəvi məhəllə yaradılmışdır. Burada sakinləri narahat edən hər bir məsələ öz həllini tapmaqdadır. Rahat və təmiz məhəllə, uşaqlar üçün istrahət məkanları, idman meydançaları yeni yaradılan nümunəvi məhəllələr üçün xarakterikidir. Haqlı olaraq, şəhər sakinləri Sumqayıt şəhərində son dövrlərdə görülən işlərdən öz razılıqlarını ifadə edirlər, ölkə və şəhər rəhbərliyinə minnətdarlığını bildirirlər.

Sumqayıt şəhərində sakinlərin sosial-müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluq problemlərinin həlli istiqamətlərində davamlı tədbirlər görülür. DOST layihəsi çərçivəsində 3090 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunur. Bu həm də həmin insanların sosial müdafiəsi və sosial-sığorta baxımından mühüm əhəmiyyət kəsb edir. Şəhər rəhbərliyi sakinlərlə daimi görüşlər keçirir və qəbullar təşkil edir, bunlar təkcə kabinetlərdə baş vermir, belə ki, şəhər başçısının həm də səyyar qəbulları daimi xarakter almışdır və bu cür qəbullar daha

çox şəhər sakinlərinin problemlərini və istəklərini şəxsən dinləməyə, tanış olmağa, onların operativ olaraq həll edilməsinə imkan verir.

Sumqayıt şəhərində mədəniyyət obyektlərinin müasirləşdirilməsi və yenilərinin tikilməsi də diqqət mərkəzindədir. Şəhərin 70 illiyi ərəfəsində bir sıra müasir sosial obyektlərin istismara verilməsi nəzərdə tutulmuşdur. Belə ki, 1960-cı illərdə tikilmiş və baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrının yerində müasir yeni kinoteatr və özü də yüksək texnologiyalar əsaslı kinoteatr tikilməkdədir. Bundan əlavə, çoxfunksiyalı və müasir Sumqayıt Muğam Mərkəzinin inşası başa çatmaq üzrədir və bu şəhərin mədəni həyatında böyük hadisələrdən birinə çevriləcəkdir.

Sumqayıtda sosial-iqtisadi problemlərə və şəhərin inkişafına, şəhər sakinlərinin problemlərinə şəhər rəhbərliyi tərəfindən yanaşmalar kompleks və sistemli şəkildə aparılır. Problemlərin yaranmasına səbəb olan hallar operativ olaraq aradan qaldırılır, mövcud problemlərin isə kökündən həlli prioritetlik təşkil edir, çoxcəhətli inkişaf əsas götürülür, dünya standartları meyar kimi qəbul olunur. Bir sözlə, şəhərin sosial-iqtisadi inkişafı şəhər təsərrüfatının müasir standartlar səviyəsində inkişafı ön plana çəkilmişdir. Şəhər başdan-başa yaşıllıqlara və gül-çiçəklərə bürünmüşdür, son 4 ildə 100 hektardan çox sahə yaşıllaşdırılmış 300 mindən çox ağac əkilmişdir.

Sumqayıt rahat və abad, gözəl və yaraşıqlı bir şəhərə çevrilməklə, yaşayış və yaradıcılıq üçün insanlardan ötrü arzuolunan bir şəhərə çevrilmiş və bu şəhərdə yaşamaq istəyənlərin sayı hər il artmaqdadır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM