Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi...

11:42 / 04.09.2019

Dünən Feysbuk səhifəmdə paylaşdığım bir məqalədə 1993-cü ilin yay-payız aylarında Azərbaycanda yaşanmış faktiki hakimiyyətsizliyin doğurduğu acı fəsadlara toxunmuş və bu fəsadları aradan qaldırmaq üçün ümummilli lider Heydər Əliyevin həmin vaxt hansı ciddi maneələri dəf etməsindən bəhs etmişdim. Qeyd etmişdim ki, hakimiyyəti və ölkəni məsuliyyətsizcəsinə taleyin hökmünə buraxaraq sabotaj yolunu tutmuş o zamankı AXC-Müsavat hökumətinin bəzi rəhbər şəxsləri öz fəaliyyətsizliklərinin acı nəticələrini illər sonra onların özünü belə fiziki məhvolmadan xilas etmiş şəxsə və komandaya yükləməklə davam etməyə çalışırlar.

Strategiya.az bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Feysbuk səhifəsində yazıb.

“Belə şəxslərin əsassız ittihamlarına cavab olaraq yazdığım həmin məqaləni təhlil edən bəzi müxalif bloqçular nədənsə yazıda sadalanmış ciddi faktları və arqumentləri arxa plana ataraq, oxucuların diqqətini 1993-cü ilin avqust ayında keçirilmiş referendum aktı üzərində fokuslamağa, sanki bununla ozamankı məsuliyyətsizliklərinə haqq qazandırmağa çalışırlar.

Bəli, avqustun 29-da referendum aktı olmuşdu və mən o zaman Heydər Əliyevin rəhbəri olduğu YAP-ın fəal üzvlərindən biri olaraq və aktiv vətəndaş mövqeli şəxs kimi, əlbəttə ki, bu proseslərdən xəbərdar idim. Həm də sadəcə xəbərdar deyildim, yaxından müşahidə etmək imkanına malik idim. Referendum aktını zəruri edən səbəblər o zaman kifayət qədər idi. İlk növbədə, Azərbaycanın xariclə əlaqələrini tənzimləmək üçün hüquqi əsas lazım idi. O zamankı xarici diplomatların ölkədəki faktiki siyasi durumu legitimləşdirmək üçün etdiyi çağırışlar da unudulmayıb. Lakin təəssüflə təkrar xatırlatmağa məcburam ki, Azərbaycanın daha çox xarici diplomatik əlaqələrini tənzimləmək, xarici tərəfdaşlarla danışıqlarda “legitim və faktiki hakimiyyəti olmayan dövlət” imicindən qurtulmaq üçün məcburən gedilmiş referendum ölkə daxilində vəziyyəti tam nəzarətə götürmək üçün yetərli olmamışdı. Çünki bir tərəfdən Əbülfəz Elçibəy təkidlə özünü yeganə seçilmiş prezident elan edir, Ali Sovetin müvafiq qərarını, eləcə də sonradan keçirilmiş referendumun nəticələrini qəbul etmir, digər tərəfdən ona sadiq parlament üzvləri və məmur korpusu Heydər Əliyevə öz parlament sədri səlahiyyətlərini icra etməyə bu və ya digər maneələr yaradır, vəzifələrini dondurur, dövlət idarələrinin işini sabotaj edirdilər. Digər tərəfdən ilin sonuna qədər ölkənin sərhəd bölgələrində separatizm təhlükəsi davam edirdi. Yaranmış hüquqi anlaşılmazlıqları, məmur korpusunun sabotaj cəhdlərini, silahlı qüvvələrin başıpozuqluğunu aradan qaldırmaq üçün tanınmış ziyalıların Kələkiyə etdikləri səfərlər də nəticəsiz başa çatmışdı.

Parlamentdə aparılmış müzakirələrdə silahlı qüvvələrin Heydər Əliyevə deyil, baş nazirə tabe edilməsi haqda anlaşma əldə edilmişdi. Lakin silahlı qüvvələr üzərində nəzarət yalnız baş nazirdə də deyildi, Ələkrəm Hümbətova, Rövşən Cavadova, ayrı-ayrı səhra komandirlərinə tabe olan silahlı birliklər də mövcud idi. Anlaşma da heç bir vahid hüquqi fəaliyyət ehtiva etmirdi, çünki Azərbaycanın o zaman düşdüyü vəziyyətdə hüquqi addımlar atmaq mümkünsüzləşmişdi, bəzən ümumi qənaətlər, parlament tribunasında edilən şifahi çıxışlar hüquqi aktları əvəz edirdi. “Bütün ölkənin reqlamenti pozulub, qanunlar pozulub, bunu siz etmisiz, amma indi siz parlamentdə reqlamentinin pozulmasına irad tutursunuz”- “Demblok” deputatlarından birinin dediklərinə verilmiş məlum cavab ozamankı hüquqi anarxiyanın ən gözəl izahı idi.

 
Məqalədə mən, həm də ordu olmadan atılması mümkün olan, bəlkə də bir çox hallarda qeyri-mümkün görünən addımlar- hüquqi anarxiya və özbaşınalığın, separatizmin, ölkənin siyasi xəritədən silinmə təhlükəsinin, vətəndaşların fiziki təhlükəsizliyinə olan təhdidlərin, beynəlxalq blokadanın və s. aradan qaldırılmasını sadalamışam.

Lakin, hamıya məlumdur ki, əraziləri hakimiyyət uğrunda siyasi mübarizəyə cəlb edilmiş başıpozuq hərbi dəstələrlə, vahid nizami ordu olmadan qorumaq mümkün deyildi. Yalnız Heydər Əliyev oktyabrda prezident seçildikdən, hüquqi anlaşılmazlıqlar və silahlı qarşıdurmalar nisbətən ardan qalxdıqdan sonra ölkədə ciddi ordu quruculuğuna başlanması mümkün oldu ki, bu haqda da məqalədə qeyd edilib. Həmin mərhələnin başlanğıcı dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu.2 noyabr 1993-cü il tarixli müraciət təkcə hərb quruculuğu deyil, həm də Azərbaycanın dövlət quruculuğu sahəsində tarixi əhəmiyyət daşıyan proqram səciyyəli çıxış idi.

Mən dünənki məqaləmdə məhz bu reallığı anlatmağa cəhd etmişəm…”, - Ə.Həsənov bildirib.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM