NATO sammiti işə başladı: gündəmdə Ukrayna, İŞİD və Qarabağ var

13:29 / 04.09.2014

Bu gün Uelsin paytaxtı Kardiff şəhərində NATO-nun ənənəvi illik sammiti işə başlayıb.

Sammitdə alyansa üzv olan 28 ölkənin dövlət və hökumət başçıları, habelə 27 tərəfdaş ölkənin yüksək rütbəli nümayəndələri, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

Sammitin gündəliyində dayanan əsas məsələlər Ukrayna böhranı və İŞİD-in Suriya ilə İraqın ərazilərinin bir hissəsində yaratdığı qəddar “İslam xilafəti”dir.

Tədbirin rəsmi gündəliyində yer almasa da Kardiffdə Qarabağ məsələsinə dair müzakirələrin olacağı da gözlənilir. Belə ki, bu məsələ Azərbaycan prezidentinin NATO sammiti kuluarlarında keçirəcəyi ikitərəfli görüşlərdə əsas müzakirə mövzularından biri olacaq. Habelə Kardiffdə ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş də gözlənilir. Hərçənd ki, hələlik nə rəsmi İrəvan, nə rəsmi Bakı belə görüşün olacağını təsdiq etməyiblər.

Qarabağ münaqişəsinə dair məsələnin NATO sammitinin yekun bəyannaməsində də yer alacağı istisna deyil. Bundan əvvəl alyansın sammitində Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin vacibliyi yer almışdı və NATO-nun ərazi bütövlüyü prinsipini müdafiə etməsi Ermənistanı ciddi məyus etmişdi.

Hətta 2012-ci ildə NATO-nun Çikaqoda keçirilən sammitinin yekun bəyannaməsində Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyinə dair müddəanın yer alacağını biləndən sonra Ermənistan prezidenti Serj Sərkisyan bu sammitə qatılmaqdan imtina etmişdi.

NATO-nun Kardiff sammiti Əfqanıstana dair müzakirələrlə başlayıb. Qeyd etmək lazımdır ki, NATO-nun indiki sammiti alyansın öz tarixi boyu üzləşdiyi ən dərin böhranlarla bir vaxtda keçirilir. Rusiyadan dəstək alan separatçıların Ukraynanın şərqinə nəzarəti ələ aldığı, Ukrayna ordusunun bu döyüşləri uduzduğu bir vaxtda NATO-nun Şərqi Avropadakı üzvləri ciddi təşviş keçirirlər. Polşa və Baltik ölkələri narahatdır ki, NATO-nun Rusiyanın Krımın ilhaqına və Donbassın itirilməsinə qarşı heç nə edə bilməməsi onları gözləyən gələcək təhlükələrdən xəbər verir.

NATO sammitinə yola düşməzdən əvvəl Estoniyaya səfər edən ABŞ prezidenti Barak Obama isə həmin ölkələri sakitləşdirmək üçün eston mətbuatının yazdığı kimi tarixi çıxış edib. Obama bəyan edib ki, NATO-nun öz üzvlərini müdafiə edəcəyinə heç kimin şübhəsi olmamalıdır.

NATO-nun Rusiya təhlükəsinə görə narahatlıq keçirən üzvlərini qoruması üçün çevik mexanizmin yaradılması da Kardiff sammitinin əsas mövzusudur. Sabah, sammitin ikinci günü alyans üzvləri NATO-nun 4 minlik çevik reaksiya qüvvələrinin yaradılmasına dair məsələni müzakirə edəcək. Təyyarələr, tanklar, ağır artilleriya ilə təchiz olunacaq  bu qüvvələri NATO-nun yeddi ölkəsi-Böyük Britaniya, Danimarka, Baltik ölkələri, Norveç və Niderland təsis etməlidir. Çevik qüvvələr 48 saat ərzində dünyanın istənilən nöqtəsində, xüsusən də Avropanın Rusiya ilə sərhədləri boyu dislokasiya oluna biləcək. Bu məqsədlə NATO Rusiya ilə sərhəd boyu operativ bazalar yaratmağa hazırlaşır. Bu bazalar Baltik ölkələrində, Polşa və Rumıniyada yerləşdirilə bilər.

Alyansın təmsilçiləri deyirlər ki, çevik reaksiya qüvvələrinin yaradılması zərurəti Ukraynadakı hadisələrə görə yaranıb. Rusiya qoşunlarının Krımı cəmi bir neçə günə ələ keçirməsi NATO-nu hazırlıqsız və qəfil yaxaladı. Bundan sonra alyansın bir çox üzvləri çevik reaksiya qüvvələrinin yaradılması zərurətini dərk etməyə başladılar. Lakin çevik reaksiya qüvvələrinin yaradılmasını heç də alyansın bütün üzvləri istəmir. Bunun üçün alyans üzvləri “əllərini ciblərinə salmalıdır” və hərbi büdcələrini artırmalıdır.

Alyansın planına görə, üzv ölkələrin hərbi büdcələri onların ÜDM-nin 2 faizindən az olmamalıdır. Lakin ötən il cəmi dörd NATO ölkəsi-Böyük Britaniya, Yunanıstan, ABŞ və Estoniya bu həddə çatıb.

2008-ci ildən başlayaraq Rusiyanın öz hərbi büdcəsini 50 faizdən çox artırdığı, hərbi xərclərin illik artımının 10 faizdən çox olduğu bir vaxtda NATO ölkələri iqtisadi böhran qarşısında hərbi xərclərini durmadan azaldıblar. Nəticədə alyans Rusiya təhlükəsi qarşısında gücsüz duruma düşüb.

Sammitdə Ukrayna məsələsinə dair hansı qərarların qəbul olunacağı hələ məlum deyil. Bununla belə ABŞ prezidenti Barak Obama deyib ki,Ukraynaya NATO-nun üstün tərəfdaşı statusu verilə bilər. Bu, üzvlüyə xeyli yaxın statusdur.

Lakin NATO Ukraynaya hərbi yardım göstərməyə qərarlı deyil. Sammiti ərəfəsində NATO generallarının Ukraynanın şərqindəki müharibə haqda məxfi məruzəsi “Der Spiegel” jurnalının əlinə keçib.

Orada deyilir ki, Ukrayna prezidenti Pyotr Poroşenko müharibəni artıq uduzub və indi onun gücü ancaq mühasirədəki əsgərlərinin sağ qalanlarını çıxarmağa çata bilər. NATO generalları bildirirlər ki, Ukraynanın şərqində hərbi əməliyyatların gedişinin Ukraynanın xeyrinə dəyişməsi artıq mümkün deyil və hər şey bitib. /Virtualaz.org/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM