Dövlət İmtahan Mərkəzi kütləvi informasiya vasitələrinə müraciət edib.
DİM-dən verilən xəbərə görə, Mərkəz hər il qəbul kampaniyası başa çatdıqdan sonra ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgə və məktəblər üzrə göstəriciləri, eləcə də abituriyentlərin ayrı-ayrı fənlər üzrə nəticələri, onların müxtəlif ixtisas qruplarına meyil və maraqları, ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri, yüksək və zəif göstəricili rayon və məktəblər, ali məktəblərin reytinqi, magistraturaya və rezidenturaya qəbulun nəticələri, həmçinin ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanları üzrə nəticələri və s. məsələlərə dair əhatəli elmi araşdırmalar aparır və “Abituriyent” jurnalının 12 saylı buraxılışında dərc edir: "2019-cu ilin qəbul kampaniyası hələlik başa çatmayıb və bu ilə aid nəticələrin analizinin ilin sonlarında tamamlanması və “Abituriyent” jurnalının 12 saylı buraxılışında nəşr olunması nəzərdə tutulur. 2018-ci il, həmçinin son 8 ilin nəticələrinin əks olunduğu jurnalları, ödəniş etmədən DİM-in saytının Fəaliyyət>>Tədqiqat>>Statistik təhlil bölməsindən əldə edə bilərsiniz".
Məlumatda qeyd olunur ki, dünən sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında tələbə qəbulu nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbulolma faizinə görə ən yüksək nəticə göstərən 20 bölgəyə aid yanlış məlumatlar, faiz göstəriciləri yayılıb: "Bunu isə çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, kiminsə Facebook profilində verilən informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər. Dövlət İmtahan Mərkəzi fəaliyyət müddəti ərzində daim ictimaiyyətə, xüsusilə kütləvi informasiya vasitələrinə qəbul kampaniyasının bütün gedişi, mərhələləri, istiqamətləri barədə operativ məlumat təqdim edilməsinə böyük önəm verib. Təqdim olunan sorğulara mümkün qısa vaxt ərzində cavab verilir. Cəmiyyətin maraqlarını daha operativ şəkildə təmin etmək çoxsaylı informasiya sorğularını azaltmaq məqsədilə ən vacib məlumatlar DİM-in saytı və nəşr etdiyi jurnallar vasitəsilə dərhal verilir.
Lakin digər rəsmi olmayan mənbələrdə verilən hər hansı bir məlumatı dərc etməmişdən öncə onu ilkin informasiya sahibi ilə dəqiqləşdirmək hər birimizin vəzifə borcu olmalıdır. Xüsusilə statistik məlumatlar paylaşılarkən diqqətli olmaq lazımdır. Böyük məlumat bazasına malik olmadan, dərin elmi-statistik təhlillər aparılmadan bu tip göstəricilərin qısa vaxt ərzində müəyyən edilməsi mümkün deyil. Kiminsə Facebook profilindən yanlış məlumatı götürərək onu informasiya sahibi ilə dəqiqləşdirmədən birbaşa paylaşmaqla gələcəkdə yarana biləcək məsuliyyəti nəzərə almalıyıq.
Bir daha qeyd edirik ki, bu ilə aid imtahan nəticələrinin elmi-statistik təhlili qəbul kampaniyası tam başa çatdıqdan sonra aparılacaq və nəşr olunacaqdır. Sosial şəbəkələrdə imtahan nəticələrinə əsasən qəbulolma faizinə görə ən yüksək nəticə göstərən bölgələrlə bağlı yayılan rəqəmlər və faiz göstəriciləri yanlışdır.
Bu məlumatlar 2018-ci ilin müvafiq göstəriciləri ilə də uyğunluq təşkil etmir".
2018-ci ilin imtahan nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbulolma faizinə görə 10 ən yüksək və ən aşağı nəticə göstərən bölgələrin siyahısı “Abituriyent 12” (2018-ci il) jurnalının 141-ci səhifəsində Cədvəl 1.68 və 1.69-da verilib. Orada, həmçinin Respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin (2018-ci il və əvvəlki illərin məzunları) ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri 1.70 saylı cədvəldə təqdim edilib (səh.142). Bütün bölgələr üzrə 2018-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrinin geniş təhlili isə jurnalın 185-242-ci səhifələrində verilib.
DİM KİV nümayəndələrinin nəzərinə çatdırıb ki, qeyri-rəsmi mənbələrdən götürdükləri məlumatları DİM-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM