Elmin kəşməkeşli yollarından və eyni zamanda həyatın sınaqlarından uğurla çıxmaq, yüksək nəticələr əldə etmək, elmin zirvəsinə yüksəlmək, bunlarla bərabər, həm də görkəmli alim, bacarıqlı müəllim, gözəl insan olmaq hər kəsə müyəssər olmur. Xoşbəxt və yetkin insan, görkəmli alim və gözəl müəllim, duyğusal insan və qayğıkeş valideyn, vətənini, xalqını canınından çox sevən, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışan, bilik və bacarığını əsirgəməyən, ölkənin iqtisadi strategiyasının formalaşdırılmasında və inkişaf etdirilməsində xüsusi çəkisi və əməyi olan alim kimi - Azərbaycan MEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Regional iqtisadi və sosial Araşdırmalar İnstitutu”nun direktoru Əli Nuriyev məhz belə insanlardan və alimlərdəndir, bu il görkəmli iqtisadçı alimin anadan olmasının 80, elmi və pedaqoji fəaliyyətinin 55 ili tamam olmuşdur.
Əli Xudu oğli Nuriyev 1939-cu il iyun ayının 26-da Azərbaycanın dilbər və füsunkar güşələrindən olan – Qarabağın Fizuli rayonunun Horadiz kəndində anadan olmuş və burada orta məktəbi bitirmiş, ilk alın tərini doğma kəndində tökmüş və əmək fəaliyyətinə başlamışdır. 1958-ci ildə isə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini maliyyə-kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Əli Nuriyev hələ Universitet illərində ictimai fəallığı ilə fərqlənmiş, tələbə elmi cəmiyyətinin işində fəal iştirak etmiş və “Siyasi iqtisad” fənni üzrə Universitetdə tələbə elmi cəmiyyətinin sədri olmuşdur. Yüksək biliyi, zəhmətsevərliyi, xeyirxahlığı ilə tələbə yoldaşlarının və müəllimlərin, görkəmli alimlərin və professorların diqqətini cəlb etmişdir. Universiteti bitirdikdən dərhal sonra öz xahişi ilə Naxçıvan MR-ə təyinat almış, bir neçə ay Naxçıvan şəhər maliyyə şöbəsində böyük iqtisadçı vəzifəsində işləmiş, sonra isə Azərbaycan Dövlət Universitetinin “Siyasi iqtisad” kafedrasının müdiri, professor Həsən Dadaşov tərəfindən “Siyasi iqtisad” kafedrasına baş laborant vəzifəsinə dəvət olunaraq, burada işləmiş və siyasi iqtisadın kapitalizm və sosializm bölməsindən əla qiymətlə namizədlik minimumu vermişdir. Daha sonra Əli Nuriyev Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “İctimai istehsalın yerləşdirilməsi” şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmiş və 1966-cı ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1969-cu ildə iqtisad elmləri doktoru, professor Asəf Nadirovun rəhbərliyi altında yazmış olduğu “Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları” mövzusunda dissertasiya işini müdafiə edərək, “Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə 1977-ci ildə Əli Nuriyevə həmin ixtisas üzrə “Böyük elmi işçi” elmi adı verilmişdir.
Əli Nuriyev 1991-ci ildə SSRİ Ali Attestasiya Komitəsinin Azərbaycan EA İqtisadiyyat İnstitutunda təşkil etdiyi geniş tərkibli birdəfəlik Dissertasiya Şurasının iclasında “Yeni təsərrüfatçılıq şəraitində müttəfiq respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşdirilməsi (Azərbaycan Respublikasının timsalında)” mövzusunda dissertasiya müdafiə edərək, “Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” (sənaye) və “Məhsuldar qüvvələrin yerləşdirilməsi, SSRİ rayonlarının iqtisadiyyatı” ixtisasları üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. Onun doktorluq dissertasiyası Azərbaycan elmi ictimaiyyəti ilə yanaşı, keçmiş SSRİ məkanında da görkəmli alimlərin diqqətini geniş cəlb etmişdir.
Əli Nuriyev 1969-1972-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük mühəndis-iqtisadçı və böyük elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Elm Mərkəzinin təşkilatçılarından biri kimi Naxçıvan şəhərinə göndərilmiş və orada 1980-cı ilədək iqtisadiyyat şöbəsinin müdiri işləmiş, həm də 1974-cü ildən başlayaraq ictimai əsaslarla tarix şöbəsinə rəhbərlik etmişdir. 1980-1981-ci illərdə Ümumittifaq Kooperativ Ticarətinin İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dosent vəzifələrində işləmişdir. 1989-cu ildən Əli Nuriyev yenidən Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutunun “Regionların sosial-iqtisadi inkişaf problemləri” şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdirinin müavini vəzifələrində, 1992-2002-ci illərdə həmin şöbənin müdiri vəzifəsində işləmişdir.
Davamlı və geniş spekterdə fundamental elmi-iqtisadi araşdırmalarla və tədqiqatla məşğul olan, ölkənin iqtisadi inkişafına təkan verən iqtisadi strategiyaların hazırlanmasında və iqtisadi siyasətin ən mühüm istiqamətləri üzrə konseptual yanaşmaların formalaşdırılmasında xüsusi xidmətləri, elmi əsərləri, fundamental monoqrafiyaları ilə fərqlənən Əli Nuriyev 2001-ci ilin iyun ayında AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə isə ona Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyi və menecment” kafedrası üzrə professor elmi adı verilmişdir.
2002-ci ilin oktyabr ayından 2013-сü ilədək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin müdiri vəzifəsində işləmiş, 2013-cü ildən isə həmin Akademiyada Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru vəzifəsində işləyir.
Məhsuldar və səmərəli elmi fəaliyyəti ilə seçilən professor Əli Nuriyev 270-dən çox elmi, elmi-metodiki əsərin, o cümlədən 26 monoqrafiya, dərslik və kitabçanın (bunlardan 8-i şəriklidir) müəllifidir. Onun əsərlərində elmi nəzəriyyə ilə praktikanın uzlaşdırılması, əsaslandırdığı elmi nəticələrin səmərəliliyi daim ana xətt kimi diqqət mərkəzində saxlanılmışdır. Məsələn, 1970-ci illərdə Əli Nuriyevin Naxçıvan MR iqtisadiyyatına aid əsərlərində əmək ehtiyatlarından istifadənin məhəlli xüsusiyyətləri aşkara çıxarılmış (1974), sənayenin kompleks inkişafı və onun səmərəliliyinin yüksəldilməsi mərhələləri və ehtiyatları (1979, 1980), məhsuldar qüvvələrin yerləşməsinin təkmilləşməsi yolları (1978), şəhərlərin inkişafı və şəhər əhalisinin artması xüsusiyyətləri (1978), kənd təsərrüfatının inkişafı, aqrar-sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılmasının başlıca istiqamətləri əsaslandırılmışdır (1976, 1978).
Əli Nuriyev 1980-cı ildən başlayaraq 1996-cı ilə qədər olan dövrdə məhsuldar qüvvələrin ərazi təşkili, iqtisadi rayonlaşdırma, inzibati-ərazi bölgüsü, sənaye komplekslərinin inkişafı və ərazi idarəetmə məsələlərini kompleks halda tədqiq etmişdir. “Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin təkmilləşməsinin sosial-iqtisadi problemləri” (Bakı, Elm, 1982) monoqrafiyası Əli Nuriyevin 1980-ci illərdəki yaradıcılığında xüsusi yer tutur. Burada məhsuldar qüvvələrin 1970-ci illərdəki inkişafı və ərazi təmərküzləşməsindən yaranan sosial-iqtisadi problemlər Azərbaycanda ilk dəfə olaraq kompleks tədqiq edilmişdir. Əli Nuriyev bu əsərdə respublikamızda məhəlli mədəni-iqtisadi mərkəz şəhərlərin sürətli inkişafı mənafeyini və sosial-iqtisadi amilləri nəzərə almaqla, nisbətən kiçik əraziləri əhatə edən məhəlli rayonlaşma aparılmasının zəruriliyini əsaslandırmış, kəndlərarası mərkəzlərin formalaşmasını kənd əhalisinin məskunlaşmasının təkmilləşməsinin və kəndlərin inkişafının başlıca vasitəsi kimi irəli sürmüş, Naxçıvan MR-də kəndlərarası mərkəz rolunu oynaya bilən kəndləri müəyyənləşdirmişdir.
1990-cı illərin birinci yarısında Əli Nuriyevin elmi-tədqiqat işlərində, çap olunmuş elmi məqalə və kitablarında (“Özünü maliyyələşdirmə şəraitində respublikanın ərazi quruluşunun kompleks təkmilləşdirilməsi”-1990; “Azərbaycan Respublikasının iqtisadi və inzibati ərazi quruluşunun kompleks təkmilləşdirilməsi”-1991; “Rayonlaşdırma və ərazi idarəetmə probleminin yeni formada qoyuluşu və həllinin metodoloji məsələləri”-1994 və i.a.) inzibati-ərazi bölgüsünün və respublikadaxili iqtisadi rayonlaşmanın nəzəri-metodoloji məsələləri ilk dəfə olaraq kompleks halda və qarşılıqlı əlaqədə elmi-tədqiqat obyektinə çevrilmişdir. Bu tədqiqatları ümumiləşdirmək əsasında çap olunmuş əsərlərində Əli Nuriyev “İnzibati-ərazi bölgüsü, iqtisadi rayonlaşdırma və yerli özünü idarə orqanlarının ərazi təşkilinin qarşılıqlı əlaqədə sistem halında təkmilləşməsi” konsepsiyasını Azərbaycan şəraitinə tətbiqən işləyib hazırlamışdır.
Əli Nuriyevin 1990-cı illərin birinci yarısındakı yaradıcılığında “Azərbaycan Respublikasının böhran vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri” (Bakı, 1992, 128 səh.) monoqrafik əsəri xüsusi yer tutur. Bu əsərdə Azərbaycanın 1980-ci illərin axırları və 1990-cı illərin əvvəllərində hərtərəfli böhrana düşməsinin obyektiv və subyektiv səbəbləri ətraflı təhlil olunur, böhrandan çıxmağın, iqtisadiyyatda yeni təsərrüfatçılıq formalarını inkişaf etdirməyin, özəlləşdirməni həyata keçirməyin, ərazi idarəetməni təkmilləşdirməyin, ölkədə siyasi sabitliyə nail olmağın konseptual əsasları şərh olunur. Əli Nuriyevin əsərlərində 1990-cı illərin ikinci yarısından başlayaraq Azərbaycan regionşünaslıq elmi demokratik cəmiyyətin tələblərinə uyğun olaraq yeni istiqamətlərdə inkişaf etdirilmişdir. Görkəmli iqtisadçı alimin bu problemlərə həsr olunmuş əsərləri içərisində “Regional siyasət və idarəetmə” (Bakı, Elm, 2004, 345 səh.) kitabı xüsusi yer tutur. Bu kitabda strateji yanaşmalar daha da dərinləşdirilərək təkmilləşdirilmiş və alimin sonrakı illərdə yazdığı monoqrafik əsər və dərsliklərdə (Regional idarəetmənin əsasları, Bakı: Elm, 2007, 428 s.; Regional siyasət və idarəetmənin əsasları – ikinci nəşr, Bakı: 2011, 513 s.; Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları, Bakı:2013, 417 s.) öz əksini tapmışdır. Əli Nuriyev ölkəmizdə ilk dəfə olaraq Regional inkişaf strategiyası, regional siyasət və idarəetmənin ərazisi nisbətən kiçik respublikalara, o cümlədən Azərbaycan şəraitinə tətbiq oluna bilən nəzəri-metodoloji məsələlərini ətraflı təhlil etmiş və əsaslandırmışdır. Alimin əldə etdiyi elmi nəticələr əsasında Azərbaycanda keçid dövrünün başa çatması ideyası formalaşmış və elmi cəhətdən əsaslandırılmışdır.
Görkəmli iqtisadçı - alim Əli Nuriyev elmi fəaliyyətinin yetkinlik illərində cəfakeşliyinə və zəhmətkeşliyinə sadiqlik nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Böyük Elmi Şurasının qərarı ilə nəşr olunmuş “Davamlı və tarazlı regional inkişaf” (Bakı: “Avropa”-2017, 247 s.) kitabı, AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş “İqtisadiyyatın dövlət tənzimlənməsinin təkmilləşməsi ətrafında düşüncələr, təklif və tövsiyyələr” (Bakı: 2019, 48 s.) kitabçası (i.f.d. M.Ə. Abdalova ilə həmmüəllif) bunlara misal ola bilər.
Əli Nuriyevin mühüm xidmətlərindən biri də - “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”nda istifadə edilən yeni iqtisadi-coğrafi rayonlaşdırma şəbəkəsinin hazırlanması ilə bağlı olmuşdur. Əli Nuriyev Dövlət İdarəçilik Akademiyasında işlədiyi illərdə də nəzəri tədqiqatları Azərbaycan reallığı ilə sıx əlaqələndirmişdir. Qeyd etdiyimiz kimi, keçid dövrünün başa çatması ideyası ilk dəfə onun tərəfindən irəli sürülmüş və elmi cəhətdən əsaslandırılmış, yeni dövrün sosial-iqtisadi inkişaf konsepsiyası və strategiyasının hazırlanmasının vacibliyi haqqında öz təklif və tövsiyələrini müvafiq dövlət və elmi strukturlarda müzakirə obyektinə çevirmişdir. 2018-ci il mart ayında son 3 ildə apardığı elmi tədqiqatları ümumiləşdirərək iqtisadiyyatın inkişafında dövlətin təşkiledici və tənzimləyici rolunun artırılması, elmi tədqiqatların ən vacib mövzularının müəyyənləşdirilməsi və elmi potensialdan səmərəli istifadə olunmasına aid təklif və tövsiyələrini ölkə Prezidentinin icra aparatına və AMEA-nın rəhbər strukturlarına təqdim etmişdir.
Əli Nuriyev elmi kadrların hazırlanmasında böyük həcmli fəaliyyət göstərmiş və hazırda da bu mühüm istiqamət üzrə fəallıq nümayiş etdirir. Görkəmli alimin elmi rəhbərliyi ilə 23 nəfər iqtisad üzrə elmlər namizədi və iqtisad üzrə fəlsəfə doktoru, həmçinin 2 nəfər elmlər doktoru hazırlanmışdır, 4 iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün hazırlanmış dissertasiya işi müdafiəyə təqdim edilmişdir. Hazırda Əli Nuriyev Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalında redaksiya heyətinin üzvü və Akademiyanın Böyük Elmi Şurasının üzvü olmaqla, bunların qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəal iştirak edir.
İqtisad elmində əldə etdiyi yüksək nəticələrə və səmərəli elmi fəaliyyətinə görə, ölkə Prezidenti cənab İlham Əliyev görkəmli iqtisadçı alim, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Əli Xudu oğlu Nuriyevin elmi fəaliyyətini yüksək qiymətləndirmişdir və 2009-cu il sentyabr ayının 10-da ona Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı verilmişdir.
Ömrünün müdrik çağında və elmi fəaliyyətinin yetkinlik dövründə bir an olsun belə yorulmaq bilməyən, ölkəmizin sosial-iqtisadi inkişafına və tərəqisinə çalışan, öz töhfəsini verən iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru Əli Xudu oğlu Nuriyevə bundan sonra da daha böyük əzmlə elmi yaradıcılığını davam etdirmək yolunda möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayırıq. Tanrı bu gözəl insanı və cəfakeş iqtisadçı - alimi qorusun!
Şəfa Əliyev,
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı
və marketinq” kafedrasının professoru, iqtisad elmləri
doktoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM