“Azərbaycanlı dostlarım zamanı qabaqlayırlar”- Müsahibə

10:14 / 05.09.2014

"Bilirik ki, Azərbaycan tolerant ölkə olaraq müxtəlif dini inanclara sahib əhalinin yaşadığı bir məkandır. Məncə, bu layihə həm məscidlərdə, həm kilsələrdə, həm də sinaqoqlarda “gizlənən” tarixi üzə çıxaracaq".


Strategiya.az 
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin yanında Bilik Fondunun əməkdaşına Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze deyib. 

Tbilisi Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru David Qotseridze Azərbaycana çoxdan bağlıdır. Uzun illərdir ki, onun Bakı Slavyan Universiteti ilə dostluq əlaqələri var. Universitetin tədbirlərində  istər fəxri qonaq, istərsə də məruzəçi kimi iştirak edib, auditoriyalarda ustad dərsləri aparıb.

Bu gün professor yenə Bakıdadır, bu dəfə Azərbaycan Prezidentinin yanında Bilik Fondunun qonağıdır. Fondun Himayəçilər Şurası üzvlərinin əməkdaşlarla növbəti  görüş-treninqində David Qotseridze dəiştirak edirdi. Tədbirdən sonra Tbilisi Dövlət Universitetinin professoru ilə söhbətləşdik.

-          Professor, həm Azərbaycana, həm də fondumuza xoş gəlmisiniz. Azərbaycanda çox olmusunuz, amma  Bilik Fonduna həm ilk gəlişinizdir, həm də, ümumiyyətlə Bilik Fondunun ilk xarici qonağısınız. Təəssüratlarınız çox maraqlıdır.

 -          Əvvəlcə Azərbaycan barədə təəssüratlarımı deyim. Azərbaycanda son illər elmlə, biliklə, mədəniyyətlə, tarixlə bağlı çox işlər görülür və mənə çox xoşdur ki, bəzilərinin özüm şəxsən iştirakçısı, şahidi olmuşam. Ümumiyyətlə, Azərbaycan həm elmi, həm iqtisadi, həm də mədəni sahədə çox irəliləyib. Qatıldığım son iki tədbirə xüsusi diqqət çəkmək istəyirəm, biri dahi şəxsiyyət Heydər Əliyevin doğum gününə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri”mövzusunda beynəlxalq elmi konfrans idi. Çox şadam ki, mən də BSU və AMEA-nın Rəyasət Heyətinin  təşkilatçılığı ilə keçirilən bu elm bayramında iştirak etmişəm. Digər maraqlı hadisə  Azərbaycan Prezidentinin yanında Bilik Fondunun görüş-treninqində iştirak etməyimdir. Burada Bilik Fondunun təsis edilməsi barədə hələ Tbilisidə  ikən müəyyən məlumatım vardı. Gəldim Bakıya, məlumatım daha da genişləndi və düzünü deyim, sizə qibtə elədim. Belə bir fondun yaranması bütün cəmiyyətlərdə təqdir olunmalı hadisədir. İstər bu cəmiyyət yüksək biliyə sahib olsun, istər orda təhsil aşağı səviyyədə olsun,hər iki halda  biliyin prioritet olması vacibdir. Azərbaycan onsuz da elmli, bilikli adamları ilə fəxr edə bilər. Qoy, bu gündən sonra Bilik Fondunun fəaliyyəti ilə də fəxr etsin, çünki bu Fond Azərbaycanda maarifçiliyin daha da yüksəldilməsinə, bilikli insanların cəmiyyətdə çoxluq təşkil etməsinə çalışacaq. Əgər hiss etdinizsə, “çalışacaq” sözünü əminliklə dedim, ona görə ki, bu gün mən  fondun uğurla fəaliyyətə başlamasının şahidiyəm. Yeri gəlmişkən, samovar çayından tutmuş Himayəçilər Şurasının keçirdiyi treninqə qədər hər şeyin bu günün tələb etdiyi səviyyədə olması çox xoşuma gəldi. Əsasən gənc, enerjili, özlərinə və sabaha inamlı kollektiviniz var, şübhəsiz,bu, həm də mənim dostum akademik Kamal Abdullayevin əməyidir. Onun sizə inamının və sizlərin ona, həm də öz dövlətinizə, millətinizə sevginizin təzahürüdür.  

-          Professor, çox vaxt hansısa işləri görməyə zaman bizi yönləndirir,  bizim iradəmizdən asılı olmayaraq, sizcə, bu günün tələbi daha nədir?

 -          Dövrümüzü əsasən informasiya zamanı adlandırırlar. Mənə elə gəlir ki, biz artıq bu dönəmi geridə qoymuşuq. Yaşadığımız dövr əslində informasiyanın biliyə tranformasiya etdiyi zamandır. Yetişməkdə olan nəsil informasiya ilə düzgün rəftarı öyrənməlidir. Söz ki öyrənməyə gəlib çıxır, deməli elə biliklə, maarifçiliklə bağlı yeni addımlar atılmalıdır. Azərbaycanlı dostlarım zamanı qabaqlayırlar. Elə götürək sizin fondun “Dini adidələrdə tarixin izləri” layihəsini. Bilirik ki, Azərbaycan tolerant ölkə olaraq müxtəlif dini inanclara sahib əhalinin yaşadığı bir məkandır. Məncə, bu layihə həm məscidlərdə, həm kilsələrdə, həm də sinaqoqlarda “gizlənən” tarixi üzə çıxaracaq.

-          Bayaq görüşdə Bilik Fondu ilə Tbilisi Dövlət Universitetinin, şəxsən özünüzün böyük məmnuniyyətlə əməkdaşlıq etmək istədiyinizi dediniz, bunu hansı formada eləmək fikriniz var?

-          İlkin təklifim odur ki, Bilik Fondunun xətti ilə Tbilisidə “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda elmi konfrans keçirək. Burada Gürcüstanda yaşayan azərbaycanlılar da iştirak etsin, gürcülər də.  Elə Azərbaycanda da Gürcüstanın tarixi, mədəniyyəti ilə bağlı elmi konfranslar keçirmək maraqlı olardı.

 Mən öyrəndim ki, Bilik Fondu Azərbaycanın bölgələrdə yaşayan məktəblilərini qardaşlaşdırmağa xidmət edən layihələr həyata keçirir. Yəni mədəniyyətlərin, biliklərin, adət-ənənələrin mübadiləsi baş verir. Bunu digər xalqlarla da etmək çox maraqlı olardı. Bundan başqa, Bilik Fondunun “Docendo Discimus” layihəsi də mənim diqqətimi cəlb etdi. Alimlərin bölgələrdə, ucqar kənd məktəblərində mühazirələr deməsinin çox səmərəli nəticələr verəcəyinə inanıram. Şəxsən mən də bir alim kimi dəvət olunsam, Azərbaycanın istənilən güşəsində böyük məmnuniyyətlə mühazirə deməyə hazıram.

 -          Çox sağ olun, professor, həm iştirakınıza, həm də müsahibəyə görə.

Sizə uğurlar arzulayırıq, bizim Bilik Fondunun qapıları üzünüzə həmişə açıqdır.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM