Taleh Şahsuvarlı üç dövlət qurumuna müraciət etdi

15:11 / 18.09.2019

AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı üç dövlət qurumuna sosial media hesabı vasitəsilə müraciət edib.

Musavat.com T.Şahsuvarlının müraciətini təqdim edir:

"Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cənablarına!
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov cənablarına!
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənablarına!

Hörmətli Baş prokuror!
Hörmətli Nazir!
Hörmətli DTX rəisi!

Mən, Şahsuvarov Taleh Novruz oğlu 1995-ci ildən etibarən jurnalistika sahəsində fəaliyyət göstərirəm. Hazırda Azərbaycanda ən oxunaqlı saytlardan biri olan AzNews.az xəbər portalının rəhbəriyəm. Portalımız Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursunu ardıcıl müdafiə edən informasiya resurslarından biridir və kollektivimiz öz fəalihyyətində hər zaman milli maraqlarımızı ön planda tutur. Sizə müraciət etməkdə məqsədim diqqətinizi milli maraqlarımıza, ərazi bütövlüyümüzə və dövlət təhlükəsizliyimizə birbaşa təhdid yaradan olduqca önəmli bir fakta cəlb etməkdir.

Vaxtilə Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olmuş, fəaliyyətində yol verdiyi nöqsanlara görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmiş Aslan İsmayılov bu günlərdə öz Feysbuk səhifəsində bir məlumat paylaşdı. Həmin məlumatda bildirilirdi ki, Gürcüstanda “Yeni Liderlər Təşəbbüsü” adlı bir layihə həyata keçirilir və həmin layihənin rəhbəri Kristina Paşua adlı ABŞ vətəndaşı, Azərbaycan üzrə koordinatoru Ziyəddin Aslan oğlu İsmayılovdur. Bu layihə ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində məlumatlar dərc olunub. O cümlədən Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov da sosial şəbəkədə Kristina Paşua ilə birgə çəkilmiş şəkillərini paylaşaraq layihədə koordinator olaraq iştirak etdiyini təsdiqləyib.

Mən bu barədə jurnalist araşdırması apardım və məlum oldu ki, layihənin rəhbəri Kristina Paşua 2012-ci ildə ABŞ-ın Los- Anceles şəhərində yerləşən Cənubi Kaliforniya Universitetinin bakalavr pilləsini bitirib. Kristina Paşua orada təhsil alarkən universitetdəki Erməni Tələbələr Assosiasiyasının rəhbəri olub. Cənubi Kaliforniya Universiteti Erməni Tələbələr Assosiasiyasının Facebook səhifəsi mövcuddur. Bu səhifəyə göz gəzdirdikdə məlum olur ki, həm Kristina Paşuanın rəhbəri olduğu müddətdə, həm də ondan sonra təşkilat Azərbaycan və Türkiyə əleyhinə bir sıra aksiyalar təşkil edib. Həmin təşkilat ABŞ-dakı erməni diasporunun beyin mərkəzi olan Erməni Araşdırmalar İnstitutu ilə sıx əməkdaşlıq etməklə qondarma “erməni genosidi” ilə bağlı universitetdə çox sayda tədbirlər keçirib, o cümlədən 2016-cı ildəki “Aprel döyüşləri”ndə Azərbaycana qarşı açıq təbliğat aparıb.

Odur ki, Cənubi Kaliforniya Universitetindəki Erməni Tələbə Assosiasiyasına rəhbərlik etmiş şəxs olaraq Kristina Paşuanın həyata keçirdiyi layihənin rəsmi məqsədi nə olursa-olsun, mahiyyətcə Azərbaycan Respublikasının milli maraqlarına, dövlət təhlükəsizliyinə və ərazi bütövlüyünə zidd olduğu aşikardır. Maliyyə qaynaqları qaranlıq olan bu layihənin ABŞ-dakı erməni diasporunun maraqlarına xidmət etməsi, o cümlədən Ermənistan xüsusi xidmət orqanlarının dəstəyi ilə reallaşdığını da təxmin etmək çətin deyil.

Bütün hallarda hesab edirəm ki, Aslan İsmayılovun və onun oğlunun Kristina Paşuanın timsalında erməni diasporu ilə açıq və təkzibolunmaz əlaqələri müvafiq dövlət orqanları tərəfindən araşdırılmalı və bu barədə cəmiyyətə rəsmi açıqlama verilməlidir.

Araşdırma üçün mənə məlum olan və saytımızda yayınlanmış faktları qaynaqları ilə birgə yüksək diqqətinizə təqdim edirəm:

https://www.aznews.az/news/political_debate/238330.html

Hörmətlə,
Taleh Şahsuvarlı,
AzNews.az xəbər portalının Baş redaktoru"


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM