"Hazırda Mətbuat Şurası Müdafiə Nazirliyi ilə birgə müzakirələr aparır. Hərbi sahədə, müharibə mövzusunda yazan jurnalistlər üçün treninqlər təşkil ediləcək. Nazirlik tərəfindən həmin jurnalsitlərin cəhbə və sərhəd bölgələrinə göndərilməsi planlaşdırılır. Biz çalışacağıq ki, Azərbaycan jurnalistləri üzərlərinə düşən missiyanı lazımınca yerinə yetirə bilsinlər".
Trend xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində" adlı konfransda bildirib.
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə gerçəkləşən və qəzetlərin, informasiya agentliklərinin baş redaktorlarının, xəbər portallarının rəhbərlərinin, ekspertlərin iştirak etdiyi tədbirdə çıxış edən Əflatun Amaşov qeyd edib ki, konfransın keçirilməsində məqsəd avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə səslənən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, konkret təkliflər irəli sürmək və onları sistemləşdirməkdən ibarətdir.
Mətbuat Şurası sədrinin sözlərinə görə, dünya praktikasında hər bir ölkənin KİV-i daxili prosesləri ayrılıqda normal işıqlandırır, lakin ümumi dövlət maraqlarına gəldikdə hamı birlikdə fəaliyyət göstərir. Avqust ayında cəbhə bölgəsində baş verən olaylar zamanı Azərbaycan mediasının fəaliyyətində isə kifayət qədər anlaşılmazlıqlar yarandı: "Bəzən Azərbaycan Ordusunun bir neçə kəndi azad etdiyi bildilirdi. Bu xəbərləri Müdafiə Nazirliyinin mətbuat xidməti ilə razılaşdırmamış vermək nə dərəcədə düzgündür?"
Ə.Amaşov dövlət sirri və hərbi sirrə aid olan məqamları açıqlayaraq onları yayan şəxslərə qarşı qanunvericilik çərçivəsində mübarizə aparılmasının vacibliyini vurğulayıb.
O, həmin ərəfədə dezinformasiya yaymış bir neçə internet informasiya portalının konkret adlarını açıqlayıb, eləcə də bəzi hallarda Azərbaycan mediasında erməni mənbələrinə istinadən xəbərlərin yer almasına da təəssüfləndiyini deyib.
Tədbirdə Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məqamlara diqqət yetirilib, həmçinin ötən ay cəbhə xəttində baş verən proseslərlə əlaqədar media orqanlarında getmiş materialların xüsusiyyətləri barədə fikir mübadiləsi aparılıb, informasiya təhlükəsizliyinin daha səmərəli şəkildə qorunması istiqamətində KİV-in üzərinə düşən vəzifələr nəzərdən keçirilib, təkliflər irəli sürülüb, verilən təkliflər qruplaşdırılıb.
Əflatun Amaşov bildirib ki, həmin təkliflər sistemləşdirilib müvafiq dövlət orqanlarına təqdim olunacaq.
MŞ-nin İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan kəndlərinin boşaldılması haqqında dezinformasiya yayanları, hərbi hissələrin, texnikanın dislokasiyası barədə məlumatları açıqlayanları naşılıqda ittiham edib. Onun fikrincə, bəzən milli maraqlara məhz naşılıq ucbatından zərər vurulur.
MŞ-nin İdarə Heyətinin digər üzvü, "İki sahil" qəzetinin baş reaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirən elektron informasiya portalları, eləcə də mənbə olaraq onlara istinad edənlər məsuliyyətə cəlb olunmalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bəzi dezinformasiyaların yayılmasında maraqlı şəxslər də olub. O, həmin informasiyaları qərəzli şəkildə yayanları Azərbaycan xalqının düşməni adlandırıb. V.Səfərli deyib ki, bəzi mənbələrin kökləri xarici ölkələrə gedib çıxır.
Onun sözlərinə görə, ilk növbədə elektron KİV-in qeydiyyat məsələlərinə yenidən baxılmalıdır. Elektron informasiya mənbələri mütləq qeydiyyatdan keçməlidir. Hətta lazım gələrsə, həmin KİV-in yayımı dayandırılmalıdır: "Elə fikir formalaşa bilər ki, bu, söz, informasiya azadlığına qarşıdır, lakin bu, belə deyil. Azərbaycan müharibə şəraitindədir və informasiyalar da müharibə şəraitinin qanunlarına uyğun verilməlidir".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev ali məktəblərdə jurnalistika fakültələrində ixtisaslaşma aparılmasını təklif edib.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, Azərbaycan mətbuatında qeyri-peşəkarlıq çoxalıb: "Müəyyən hadisələr vaxtı sosial şəbəkələrə girişlər məhdudlaşdırılmalıdır, MŞ dezinformasiya yayan saytlara qarşı tədbirlər görməlidir".
MŞ-nin İdarə Heyətinin üzvü, milət vəkili Musa Qasımlı təklif edib ki, redaksiyalarda jurnalistlər arasında ixtisaslaşma aparılmalıdır.
"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, Azərbaycanda informasiya agentliklərinin qeydiyyatı qaydaları sərtləşdirilməlidir. Hər kəsin agentlik yaratmaq imkanı olmamalıdır. Onun sözlərinə görə, o kəslər agentlik statusu almalıdırlar ki, yaydıqları xəbərə görə məsuliyyət daşıyırlar.
Bundan əlavə, o, qeyd edib ki, hərbi jurnalistika sahəsi yetişməli, rəsmi qurumlar təkzib yayan zamanı konkret KİV-in adını çəkib ictimailəşdirməli, mətbuat xidmətlərinin adekvat işləməsi təmin edilməlidir: "Sosial şəbəkələrdə ermənilərin diversiya qrupları çox güclü idilər. Bəzən azərbaycanlı adları ilə təxribatla məşğul olurdular. Azərbaycanda da belə sosial qruplar olmalıdır. Müvafiq instansiya ilə razılaşdırılmaqla adı açıqlanmayan hərbi mənbələrə istinadən xəbər yaymaq olar".
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun fikrincə, şayiə, dezinformasiyaya imkan verən mətbuat qurumlarının rəhbərləri öz məsuliyyətlərini dərk etməli və işlərinə yenidən baxmalıdırlar. Bununla belə baş redaktor cəza çağırışlarının əleyhinə çıxıb: "Əldə olan informasiya resurslarından dövlət maraqları üçün istifadə edilməsi üçün mexanizm qurulmalıdır. Hadisəyə dərhal reaksiya bildirilməsi üçün redaktorlardan ibarət operativ informasiya mərkəzi yaradılmalıdır".
"Xalq Cəbhəsi" qəzetinin və "Baymedia" informasiya agentliyinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, bu məsələlərdə təkcə ictimai qınaq effektiv vasitə deyil. Onlarla hüququn dili ilə danışılmalı, sanksiyalar tətbiq edilməlidir. Lakin bunu yalnız qeydiyyatdan keçənlərə qarşı etmək mümkündür.
Onun fikrincə, alternativ olaraq bloqqerlərə əlavə qrantlar verilə, alternativ sosial şəbəkələr yaradıla bilər.
"Güney Qafqaz və Orta Asiya Şəbəkəsi" İctimai Birliyinin sədri Azər Həsrət deyib ki, məsələyə yanaşmada mövcud dünya təcrübəsindən istifadə edilməlidir.
"Teleqraf" Media Holdinqinin baş direktoru Aynur Camalqızı bildirib ki, informasiya portallarının qeydiyyatı şərtləri sərtləşdirilməlidir. Eyni zamanda, hərbi strukturların mətbuat xidmətləri daha fəal və operativ olmalıdırlar.
"AzNews.az" saytının baş redaktor müavini Ramil Məmmədli Ukrayna təcrübəsini nümunə göstərərək Müdafiə Nazirliyinin işində yeniliklər olmasını, operativ və mərkəzləşdirilmiş qaydada məlumatların yayılmasını istəyib. Onun fikrincə, Müdafiə Nazirliyindəki media ilə bağlı görüşlərə də təkcə redaktorlar yox, müxbirlər də cəlb olunmalıdır.
"Yeni Media Jurnalistləri" İB-nin sədri Xaqani Səfəroğlu təklif edib ki, "KİV haqqında" Qanuna dəyişiklik olmalı, qanunda internet media anlayışı verilməli, eləcə də dünya təcrübəsində olduğu kimi, "İnformasiya təhlükəsizliyi haqqında" qanun qəbul edilməlidir. O, həmçinin dövlət orqanlarının mətbuat xidmətlərinin strukturunun tam dəyişdirilməsini, onların tərkibinin genişləndirilməsi və orada informasiya xidmətinin yaradılmasını, eləcə də xidmətə təcrübəli piar menecerlərindən ibarət işçilərin cəlb olunmasını təklif edib.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, qanunvercilikdəki informasiya təhlükəsizliyinə yanaşmaya görə, informasiya resurlarının məhdudlaşdırılması, eləcə də dövlətin siyasətinin informasiya təminatı mexanizminin yaradılmaması Azəbaycanın milli təhlükəsizliyinə təhdid hesab olunur. Ona görə də Müdafiə Nazirliyi informasiya təminatı mexanizmini mütləq təkmilləşdirməlidir.
Müzakirələrdə iştirak edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev qeyd edib ki, dünyada cəmiyyətin informasiya ilə təminatında vahid forma yoxdur. Bu məsələdə hər ölkənin öz xüsusiyyətləri nəzərə alınmalıdır. O, həmçinin bildirib ki, artıq informasiya təhlükəsizliyi məsələsi milli deyil, qlobal problemdir. Ona görə də ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə dövlət proqramı və fəaliyyət planının qəbulu, kadr hazırlığı və digər məsələlərlə bağlı məsələlər həllini tapmalıdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM