Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclasında çıxış edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, çıxışı xamanı nazir bildirib:
"Mən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclasını təşkil etdiyinə görə Baş katib Dr. Yusef Ahmed Al-Othaimenə təşəkkür etmək istərdim. Həmçinin Qrupun üzvlərini səmimi salamlayır və bu iclasda iştirak etdikləri üçün onların hər birinə təşəkkürümü bildirirəm.
Əziz Həmkarlar,
Ermənistan və Azərbaycan arasında münaqişə baş qaldırandan bəri İƏT, Azərbaycana qarşı təcavüzü pisləyərək, Ermənistanı, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiqləyən, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirməyə çağıraraq prinsipial mövqe nümayiş etdirmişdir. Bu qətnamələr hələ də icrasını gözləyir, onlar qüvvədə olaraq qalır və məcburi xarakter daşıyır. Fürsətdən istifadə edərək, bir daha İƏT üzv dövlətlərinə Azərbaycanın haqlı mövqeyi ilə həmrəy və ona dəstək olduqlarına görə minnətdarlıq bildirmək istəyirəm.
Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 avqust 2019-cu il tarixində Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfəri zamanı Azərbaycanın ayrılmaz hissəsini - Dağlıq Qarabağı Ermənistan ərazisi kimi elan edən məsuliyyətsiz bəyanatı ilə əlaqədar ciddi narahatlığımızı ifadə edir və bunu qəti şəkildə rədd edirik. Çıxışında N. Paşinyan, beynəlxalq səviyyədə sənədləşdirilmiş günahsız insanların qətliamına, bir milyondan çox azərbaycanlı mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına səbəb olan münaqişənin nəticələrini məmnunluqla dilə gətirmişdir. O, həmçinin utanmazcasına ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqların məqsədini "müharibənin… nəticələrini qorumaq" kimi xarakterizə edərək təhrif etmişdir. Bu addım, Ermənistan hökumətinin müxtəlif üzvləri tərəfindən səsləndirilən "bir qarış torpağın" Azərbaycana qaytarılmaması və "yeni ərazilər üçün yeni müharibə" kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərinin qeyri-qanuni istismarı üzrə Ermənistan tərəfindən aparılan fəaliyyətin davamı kimi atılmışdır.
Ermənistan hökumətinin son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, Ermənistanın hazırkı hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulması məsuliyyətsiz yolunu davam etdirir.
Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində aparılan vasitəçilik səyləri bu günə qədər bir nəticə verməmişdir. Atəşkəs rejiminin qurulmasına baxmayaraq, Azərbaycanda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin cəbhə xətti boyunca yerləşən şəhər və kəndlərə və iki dövlət arasındakı sərhədə olan, Azərbaycan hərbçilərinin və mülki şəxslərin öldürülməsi və yaralanması ilə nəticələnən hücumlar davam edir.
Ermənistan, ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqlarda sadiq şəkildə iştirak etmək əvəzinə, işğal və etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi üçün vaxt qazanmaq məqsədi ilə Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən öhdəliyindən sui-istifadə edir və danışıqlar prosesini ləngitmək və həll yolundan qaçmaq üçün hər fürsətdən yararlanır.
Azərbaycan hökuməti hesab edir ki, qaydalara əsaslanan beynəlxalq düzəni dəstəkləmək öhdəliyi daşıyan beynəlxalq ictimaiyyət Ermənistan hökumətinə heç bir cəzasızlıq hissi və münaqişəni uzatmaq üçün hər hansı bir fürsət verməməlidir.
Ermənistanın məsuliyyətsiz davranışı fonunda sülh danışıqlarının gələcəyi, dərin narahatlıq doğuran bu məsələdə dərhal və əzmkarlıqla davranmaq üçün beynəlxalq birliyin, o cümlədən İslam ümmətinin bacarıq, istək və qətiyyətindən asılıdır.
Bu xüsusda, biz İƏT üzv dövlətlərinin Ermənistanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün effektiv siyasi və iqtisadi tədbirlər görəcəyini gözləyirik. Ümid edirik ki, İƏT üzv dövlətləri tərəfindən Xarici İşlər Nazirləri Şurasının 2016-cı ildə Dəkkədə keçirilən 45-ci iclasında "1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik haqqında" qətnamənin qəbul edilməsi, Xocalı şəhərində və Azərbaycanın digər işğal olunmuş ərazilərində törədilən cinayətlərin milli və beynəlxalq səviyyədə müharibə cinayətləri, insanlığa qarşı törədilmiş cinayətlər və soyqırımı kimi tanınması və pislənməsi üçün İƏT üzv dövlətlərinin səylərinə öz töhfəsini verəcəkdir.
Biz, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupuna İƏT üzv dövlətləri tərəfindən İƏT-in münaqişə ilə bağlı qətnamələrinin icrasının qiymətləndirilməsi və bu istiqamətdə əməli addımların atılması üçün faydalı bir mexanizm olaraq böyük əhəmiyyət verir və bütün İƏT üzv dövlətlərini Qrupun işinə töhfə verməyə çağırırıq.
Sonda, hörmətli həmkarlar, İƏT üzv dövlətlərinə və İƏT-in Baş katibinə Azərbaycanın haqlı işinə davamlı dəstəklərinə və Ermənistanın təcavüzünü sona çatdırmaq üçün göstərdikləri səylərinə görə bir daha minnətdarlığımızı bildirirəm".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM