Sentyabrın 23-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
İclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunacaq.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıma və inkişafa əsaslanan iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun prioritetliyini təmin edən dayanıqlı icmal büdcənin və dövlət büdcəsinin hazırlanmasını qarşımıza qoyulan əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin ortamüddətli büdcə və maliyyə sistemi, sosial-iqtisadi inkişaf proqnozları, qəbul edilmiş dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə gələn il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəriciləri, gözlənilən iqtisadi meyillər də nəzərə alınmaqla hazırlanıb. "Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir çağırışlara cavab verən uğurlu sosial-iqtisadi siyasət qarşıdakı ildə də davam etdiriləcək, nəzərdə tutulan hədəflərə nail olunması ilə ölkəmizin davamlı inkişafı təmin ediləcək”, - deyə Baş Nazir vurğulayıb.
Baş Nazir bildirib ki, dünya iqtisadiyyatında geriləmələrin müşahidə olunduğu bir vaxtda ölkəmizdə 2020-ci ildə ümumi daxili məhsulun həcminin 82,7 milyard manatdan çox, real artımın 2,4 faiz, qeyri-neft sektorunda artımın isə 3,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Müzakirəyə təqdim olunan sənədlər iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin möhkəmləndirilməsinə, əhalinin sosial rifahının, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilib. Növbəti ildə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, təhsil islahatlarının davam etdirilməsi, elektrik təchizatı, içməli su, qaz və kanalizasiya sistemlərinin, yol tikintisinin maliyyələşdirilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda, layihədə kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunması, aqrar sektora dövlət qayğısının artırılması və investisiya layihələrinin prioritetləşmə prinsiplərinə uyğun maliyyələşdirilməsi nəzərdə tutulur. 2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ümumi daxili məhsulun 29,1 faizini, xərclərin isə 30,9 faizini təşkil edəcəyi, büdcə kəsirinin ümumi daxili məhsulun 1,4 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda, gələn il üzrə icmal büdcənin gəlirlərinin 27,6 milyard manat, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənilir.
Sonra Maliyyə naziri Samir Şərifovun və İqtisadiyyat naziri Şahin Mustafayevin məruzələri dinlənilib.
İclasda gündəlikdəki məsələ ilə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM