Azərbaycan “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır - RƏY

17:24 / 24.09.2019

“Azərbaycan beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və dünyaya bu sahələrdə çox ciddi töhfələr verən dövlətə çevrilib”. 

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib. 

E. Nəsirov deyib ki, Azərbaycanın atdığı addımlar bütün Avrasiyanın nəqliyyat dəhlizi xəritəsini də dəyişib. Bu kontekstdə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır: “Azərbaycanın bu nəqliyyat dəhlizinin reallaşması ilə bağlı tutduğu mövqe və onun reallaşması üçün atdığı addımlar nəticə etibarilə geniş bir arealda iqtisadi və siyasi təhlükəsizlik məsələlərinin həllinə böyük töhfə verir. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılıb. Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır. Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhədinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib və cari ilin martında İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır və artıq yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayrılıb”. 

 
Deputat qeyd edib ki, Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması, ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb: “Son illərdə Bakı-Tbilisi-Ceyhan dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcək. Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan gerçəkləşdirilməsi lazımi bütün infrastruktur layihələrini uğurla həyata keçirib”.

E. Nəsirov Prezident İlham Əliyevin nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə xüsusi önəm verdiyini də vurğulayıb: “Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə də bir çox məsələ ilə birgə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması və bu istiqamətdə atılan addımlar diqqət mərkəzində olur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənub Qaz Dəhlizi ilə çıxış edir. Eyni zamanda  Azərbaycanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə salınıb, Bakı Beynəlxalq Limanı istifadəyə verilib. Bütün bunlar nəticə etibarilə qlobal nəqliyyat dəhlizlərinin yaradılmasında həlledici rolunun təmin edilməsi istiqamətində atılan mühüm addımlardır. Bir sözlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılmasında xüsusi çəkiyə malikdir və bu istiqamətdə əməli addımlar atır”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov APA-ya açıqlamasında bildirib ki, Azərbaycan regiondan keçən beynəlxalq layihələrin təşkilatçısı və iştirakçısıdır: “Dünya xəritəsində ölkəmizin yerləşdiyi yer qitələri birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərdə iştirak imkanlarımızı genişləndirir. Bu nəqliyyat dəhlizləri Avropanı Asiyaya birləşdirməklə Şimal-Cənub və Qərb-Şərq istiqamətlərdə uzanır. Ələt Beynəlxalq Dəniz Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bu istiqamətdə beynəlxalq tranzit yük daşımalarda Azərbaycanın iştirak imkanları çoxaldıb. Yaxın müddətdə istifadəsini nəzərdə tutulan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit potensialını daha da artıracaq və Hindistandan Rusiyaya yüklərin daşınmasında Azərbaycanın iştirakını reallaşdıracaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı razılaşma 2000-ci ildə Rusiya, İran və Hindistan arasında əldə olunsa da, sonradan 13 ölkə bu sazişi ratifikasiya edib, Azərbaycan isə 2005-ci ildən bu layihəyə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi, gələcəkdə bu dəhliz vasitəsilə 20 milyon tona yaxın yükün ölkəmizin ərazisindən keçirilməsinə imkan verəcək. Bu nəqliyyat dəhlizin başa çatması və ölkəmizin ərazisində keçməsi sazişin bütün iştirakçıları üçün  əhəmiyyətli olacaq. Çünki “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya çatdırılma müddəti 6 həftədən 3 həftəyə qədər azaldacaq. Hazırda Rusiyadan Fars körfəzinə Azərbaycan üzərindən daşınan yüklər İran ərazisində qatarlardan boşaldılaraq avtomobil nəqliyyatı vasitəsi ilə daşınır.  Bu da əlavə vaxt və xərc tələb edir. Amma Şimal-Cənub nəqliyyat dəhlizinin başa çatması yük qatarların bir-başa İran körfəzinə qədər çatmasına imkan verəcək”.

A. Badamov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini istismara verilməsinin ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyəti olduğunu vurğulayıb: “Siyasi əhəmiyyət ondan ibarətdir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq layihələrdə ölkəmizin iştirakı Azərbaycana bir etibarlı tərəfdaş imicini formalaşdırır. Yəni etibarlı tərəfdaş kimi tanınmağımız gələcəkdə də böyük  beynəlxalq layihələrdə iştirakımızda Azərbaycana etibarı çoxaldır və tərəfdaşlıq etmək istəyən ölkələrin sayını artırır. İqtisadi tərəfinə gəlincə, təbii ki, tranzit yük daşımalar ölkə büdcəsinə çoxlu valyuta gətirir və ölkə iqtisadiyyatının möhkəmlənməsinə töhfə verir. Düşünürəm ki, müəyyən çətinliklərə baxmayaraq, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi yaxın gələcəkdə başa çatacaq və bu da dünyada Azərbaycanın bir etibarlı tərəfdaş kimi rolunu artıracaq”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM