Selcan Yağmur və Zümrüd Yağmurun ailəsində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar ailə, qadın və uşaq problemləri üzrə bir sıra qeyri-hökumət təşkilatları tərəfindən bəyanat yayılıb.
Bəyanatda deyilir:
"Bir neçə gün öncə müxalifət partiyalarından birinin rəhbərliyində təmsil olunan Fuad Qəhrəmanlı adlı şəxsin yetkinlik yaşına çatmayan qızı Selcan Yağmura və həyat yoldaşı Zümrüd Yağmura qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə bütün kütləvi informasiya vasitələrində yayılan gənc qız Selcan Yağmurun sosial şəbəkə statusu və video görüntüləri geniş ictimai rezonansa səbəb olmuşdur.
Belə ki, təəssüf hissi ilə vurğulanmalıdır ki, cəmiyyətin göstərdiyi biganəliyə öz etiraz səsini ucaldan Selcan şəxsi profilində atası Fuad Qəhrəmanlı tərəfindən özünün dizinin, anası Zümrüd Yağmurun isə barmaqlarının sındırıldığını, bütün bunların onun və bacısı Sənayın gözü önündə baş verdiyini ürək ağrısı ilə açıqlamış, bu zorakılıq qarşısında susmamaq mövqeyini seçmişdir.
Ailədə baş verən mütəmadi şiddət, zorakılıq və iztirablara baxmayaraq Zümrüd Yağmur fədakarlıq göstərərək ailəsinin dağılmaması üçün uzun müddət səbr etsə də, əri Fuad Qəhrəmanlının islah olunmadığını görərək nikahın pozulması məqsədilə məhkəməyə müraciət etmişdir.
Baş vermiş bu xoşagəlməz hadisələr qarşısında əgər Selcan atası təfəkkürdə olanların ona qarşı hər cür təzyiq göstərəcəklərini və bütün neqativ addımları atacaqlarını göz önünə alaraq, ona və anasına qarşı göstərilən şiddəti çəkinmədən ictimailəşdirirsə, o zaman vətəndaş kimi hər birimizin borcudur ki, bu məsələyə Selcanın mövqeyindən yanaşaraq ona hər cür dəstək göstərək və hadisəni törətmiş Fuad Qəhrəmanlının siyasi statusundan asılı olmayaraq layiqli cəzasına çatmasına hamılıqla nail olaq.
Lakin buna baxmayaraq cəmiyyətimizin sosial–ictimai həyatında söz sahibi olan bəzi hüquq müdafiəçiləri, eyni zamanda ailə, qadın və uşaq problemləri üzrə bir sıra nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri Fuad Qəhrəmanlının və onun timsalında Əli Kərimlinin müdafiəsinə qalxmış bəzi partiyadaşlarının məzəmmətinə tuş gəlməkdən ehtiyat edərək bugünkü günədək baş vermiş hadisəyə adekvat reaksiya verməməklə təqsirkarla sanki eyni düşüncədə olduqlarını göstərirlər və bu məsələnin hüquq müstəvisində həlli istiqamətində hər hansı təşəbbüslə çıxış etmirlər.
Yuxarıda göstərilən neqativ təzahürlərin bir daha təkrarlanmaması üçün Azərbaycan Respublikasının qoşulduğu Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına hörmətlə yanaşılması və “Məişət zorkılığının qarşısının alınması haqqında” Qanunun müddəalarına əməl olunması vacibdir.
Sonda biz ailə, qadın və uşaq probləmləri üzrə qeyri-hökümət təşkilatları kimi öz vətəndaş mövqeyimizi çəkinmədən bildirərək, aidiyyatı dövlət qurumundan bu məsələni nəzarətə götürməklə ailəyə müvafiq hüquqi yardım göstərilməsini, eləcə də hüquq-mühafizə orqanlarından isə aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Selcan Yağmuru və anası Zümrüd Yağmuru mütəmadi olaraq fiziki və psixi iztirablara məruz qoymaqla onlara əzab vermiş Fuad Qəhrəmanlı adlı şəxsə qarşı ən ciddi cəza tədbirlərinin görülməsini tələb edirik!".
Bəyanatı imzalayanlar "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva, "Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərovadır.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM