İflas: Ermənistanda siyasi zəlzələ gözləntiləri

08:13 / 27.09.2019

Ekspertlər son günlər Ermənistanda siyasi böhranın daha da kəskinləşdiyini bildirirlər. İrəvanda sözün həqiqi mənasında siyasi mühit qarışıb. Nikol Paşinyanın həyata keçirdiyi siyasətlə razılaşmayan vəzifəli insanların sayı artır və onlar hakim komandanı tərk edirlər. Cəmi bir il bundan öncə monolit görünən və bəzi dairələrin demokratik adlandırdığı siyasi komanda, əslində, dərin daxili ziddiyyətlər içərisində boğulurmuş. Hazırda Ermənistan cəmiyyətində, siyasi mühitində və işgüzar dairələrdə o qədər anlaşılmaz məqamlar yığılıb ki, ekspertlər hakimiyyətin iflasından bəhs edirlər. Bunun fonunda bir sıra yüksək vəzifəli şəxslərin istefa verməsi çox maraqlı təsir bağışlayır. Belə görünür ki, "inqilabçı" hökumət düşdüyü vəziyyətdən çıxış yolunu tapa bilmir. Onun nüfuzu sürətlə sıfıra yaxınlaşır. "Amulsar" qızıl mədəni ilə bağlı insanlar etiraz aksiyalarını davam etdirirlər. Onlara qarşı zor tətbiqinə etiraz edən Ermənistanın polis rəisi Valeri Osipyan işindən uzaqlaşdırılıb. Bununla N.Paşinyanın sözləri ilə siyasi kimliyi arasında dərin uçurumun olduğu üzə çıxır. Belə bir gedişatın ölkədə siyasi xaos meydana gətirəcəyinə inananlar az deyil. Bütün bunların fonunda Ermənistanda siyasi böhranın mümkün nəticələri və onların regional geosiyasi mənzərəyə təsir özəllikləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Siyasi yalan: erməni hakimiyyəti yeni xaos burulğanında

Məsəl var, deyərlər, "ya zəlzələdən, ya vəlvələdən"! Yəni ya zəlzələdən, ya da vəlvələdən dağılacaq. Ermənistan hakimiyyəti bu vəziyyətdədir. Hökumətdə fikir ayrılıqları indi qarşıdurma səviyyəsinə yüksəlib və vəlvələ başlayıb. Bu vəlvələ siyasi zəlzələ ilə nəticələnə bilər. Bu barədə Ermənistan ekspertləri danışırlar (bax: məs., Акоп Бадалян. Политическое землетрясение: власть повышает градус жаркой осени / Lragir.am, 16 sentyabr 2019).

Hələ ilyarım bundan öncə Nikol Paşinyanın başladığı hərəkatın demokratik olmadığı haqqında fikir bildirilirdi. Bir sıra ekspertlər isə bunun əksinə olaraq Ermənistanda "dinc demokratik hərəkat" baş verdiyindən dəm vururdular. Hətta Qərbin siyasi dairələri "erməni demokratiyası" kimi cəfəng bir ifadə işlədirdilər. Ancaq N.Paşinyanın fəaliyyət məntiqi göstərirdi ki, real olaraq bir siyasi şou göstərilir. İndi Ermənistan hakimiyyətində müşahidə edilən proseslər məhz bu qənaətin doğruluğunu təsdiq edir. Bu məqamı sübut edən bir neçə fakt üzərində dayanaq.

N.Paşinyan həyata keçirdiyi hərəkatı ona görə "məxməri inqilab" və ya "dinc demokratik erməni inqilabı" kimi qiymətləndirirdi ki, hərəkata qarşı polis güc tətbiq etmədi və etirazçılar da hökumət binalarını dağıtmadılar. Onlar təzyiqlə o zaman mövcud olan hakimiyyəti geri çəkilməyə məcbur etdilər. İndi özləri bu ilkin prinsipi pozurlar. Həm də erməni cəmiyyəti üçün əhəmiyyəti olan bir məsələdə. "Amulsar" mədənini mühasirəyə alıb, orada işləri dayandırmağı tələb edən kütləyə qarşı N.Paşinyan polisin zor tətbiq etməsini istəyib.

Bu, Milli Təhlükəsizlik Şurasının iclasında baş verib. İclasda ölkənin polis rəisi Valeri Osipyan bu təklifə etiraz edib və güc tətbiqinin ciddi toqquşmalar yarada biləcəyini deyib. Onda "demokrat", "məxməri" baş nazir deyib ki, eybi yoxdur, başqası onu edər. Bununla V.Osipyan oradaca istefa ərizəsini yazıb. Məlum olub ki, N.Paşinyan özünün Qərbdəki "demokrat" ağalarının göstərişlərini yerinə yetirməlidir. Həmin "demokratlar" da nəyin bahasına olur-olsun, "Amulsar"a gedən yolu açmağı tələb edirlər.

V.Osipyanın istefası KİV-də geniş yer aldı. Ancaq ondan əvvəl Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyanın vəzifədən getməsi ilə bağlı ictimai müzakirələr başlamışdı. Erməni ekspertlər hesab edirlər ki, A.Vanetsyan N.Paşinyan komandasında açar isimlərdən biridir. O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) akademiyasını bitirib. Sonra orada təkmilləşmə kursunu keçib. Yəni peşəkar kadrdır. Ancaq keçən ilin mayında onu Ermənistan MTX-yə rəhbər qoyduqda, prezidentlə yanaşı, N.Paşinyan da ona çox inanırdı. A.Vanetsyan həqiqətən də fəaliyyətində hakimiyyəti çox bəlalardan və risklərdən qoruyub. İndi isə yollar ayrılır. Özü də A.Vanetsyanın dediyinə görə, prinsipial səbəblərdən istefa verib.

O, mətbuata verdiyi bəyanatında yazıb: "Dövlət quruculuğunda özəl məntiq var (burada söhbət, ümumiyyətlə, dövlət quruculuğu məntiqindən deyil, N.Paşinyan iqtidarının reallaşdırdığı dövlət quruculuğunun məntiqindən gedir – red.): qərarların kortəbii qəbulu, fəaliyyətdə inamsızlıq, birincidərəcəli olanı ikincidərəcəli olandan ayıra bilməyi bacarmamaq, daimi olanı keçici olandan ayıra bilməyən fəaliyyət obrazı, bunlar məqsədlərə aparan yol deyildir. Bunların zabit ləyaqəti, zabit rütbəsi ilə heç bir ümumi cəhəti yoxdur və hadisələrin bu cür gedişi ilə bir arada tutula bilməz. Qoy mənim istefam "dayanma"nın ayıldıcı addımı olsun..." (bax: əvvəlki mənbəyə).

İstefalar: inqilaba qarşı yetişən inqilab

Aydın ifadə olunub ki, Ermənistan hökumətinin həyata keçirdiyi siyasət yarıtmazdır. Orada kortəbii qərarlar, məntiqsiz və əsassız addımlar, baş verən proseslərin qeyri-obyektiv dəyərləndirilməsi və s. kimi məqamlar mövcuddur. Deməli, hətta A.Vanetsyan kimi kadrlar artıq həqiqəti gizlətməyin mümkünsüzlüyünü duyurlar. Onun kimi vəzifədə olanlar həmin hərəkəti bir il bundan qabaq da edə bilərdilər. Lakin, görünür, erməni xisləti imkan verməyib. Hesab ediblər ki, N.Paşinyan Ermənistana doğrudan da demokratiya və suverenlik gətirəcək. Real hadisələr göstərir ki, N.Paşinyan və komandası sırf öz maraqları naminə hərəkət ediblər və indi bir vaxtlar özlərinin olduğu pozisiyada olanlara qarşı güc tətbiqinə razıdırlar. O halda N.Paşinyanın Robert Koçaryanı ittiham etməyə nə haqqı var? Onların ikisi də bir bezin qırağıdırlar.

Bunların fonunda iki hadisə Ermənistanda siyasi zəlzələnin yaxınlaşmasından xəbər verir. Onlardan biri R.Koçaryanın azadlığa çıxması üçün Konstitusiya Məhkəməsinin aldığı qərarın Ali Məhkəmə tərəfindən rədd edilməsidir. Buna paralel olaraq erməni parlamentinin sədri bəyan edib ki, Konstitusiya Məhkəməsinin məsələsi parlamentdə müzakirə olunmalıdır.

Digər hadisə N.Paşinyanın Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyanı həbs etmək niyyətində olması ilə bağlıdır. Ekspertlər bunları yeni hakim komandanın "sərhədsiz iştahası" kimi xarakterizə edirlər. Ekspertlər hesab edirlər ki, A.Vanetsyan məhz bu kimi tendensiyaya görə istefa verib. O, müəyyən həddin gözlənməsinə üstünlük verirmiş. Sürətli və sonu məlum olmayan radikal davranışların Ermənistanı uçuruma apardığına inanırmış.

Ekspertlər yeni istefaların mümkünlüyünü də istisna etmirlər. Onların fikrinə görə, artıq Ermənistan hakimiyyətində dərin çatlar meydana gəlib və aydın olub ki, N.Paşinyanın siyasəti səmərəli deyil. Maraqlıdır ki, cəmiyyətdə də ondan narazılıqlar getdikcə güclənir. İnsanlar konkret nəticələr gözləyirlər, baş nazir isə pafoslu ümumi ideoloji bəyanatlardan başqa real heç bir iş görə bilmir. Bu pafos da "Amulsar" dalğasının altında puç olub getdi. Gördülər ki, N.Paşinyan nə demokratdır, nə də vətənpərvər – boşboğazlıqdan başqa bir qabiliyyəti yoxdur!

Belə görünür ki, Ermənistanda siyasi böhran yeni mərhələyə keçib. Bu proses əsas olaraq N.Paşinyan komandasının yararsız siyasət yeritməsindən qaynaqlanır. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, burada Moskvanın da barmağı ola bilər. Xüsusilə Nikolay Patruşevin İrəvana səfəri zamanı N.Paşinyanla ayrıca "Amulsar" məsələsini müzakirə etməsi bu baxımdan maraq doğurur. Ermənistanda hazırda müşahidə edilən ziddiyyətli proseslər məhz bu səfərdən və danışıqlardan sonra vüsət aldı.

Ekspertlər güman edirlər ki, A.Vanetsyan siyasi fəaliyyətə başlayacaq. Belə olsa, Ermənistanda N.Paşinyan hakimiyyətinin ömrünün sona çatmaqda olduğu qənaəti yaranır. Məsələ belə deyil ki, mütləq A.Vanetsyan qalib gələcək. Əsas odur ki, yuxarıda vurğulanan məqamlardan görünür ki, Ermənistanda siyasi böhran hakimiyyətin yenilənməsi zərurətini ortaya qoyur. Konkret olaraq, N.Paşinyan layihəsi iflasa uğrayıb. Bu isə öz növbəsində bütün Cənubi Qafqazda geosiyasi dinamikanın yeniləşməkdə olduğunu təsdiq edir. Məsələnin bu tərəfi çox əhəmiyyətlidir. Çünki sübut olunur ki, Cənubi Qafqazda kənardan olan sifarişlərlə baş verən inqilabların perspektivi yoxdur. Gec və ya tez onlar iflasa məhkumdurlar. Eyni zamanda, N.Paşinyanın iflasından sonra "erməni məxməri inqilabı", "erməni demokratiyası" kimi ifadələrin real məzmunu olmayan frazalar olması tam qəbul ediləcək.

Bunlar, əlbəttə ki, regionun geosiyasi mənzərəsinə yeni risklər və qeyri-müəyyənlik gətirə bilər. Bu səbəbdən region ölkələri hazır olmalıdırlar. Mümkündür ki, Ermənistanda yaranmış siyasi boşluqdan istifadə edərək, müəyyən dairələr təxribatlar törətsinlər. Bunun qarşısı alınmasa, bütövlükdə Cənubi Qafqazın taleyi sual altına düşmüş olar. Ermənistan növbəti dəfə regionda risk, təhlükə və radikal davranışlar mənbəyinə çevrilir. Görünür, burada güclü dövlətlərdən hansısa balanslaşdırıcı rolunu oynamalıdır. Bunu proseslərin gedişatı göstərəcək!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM