Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qrup 77 (G-77) təşkilatının 43-cü illik iclasında iştirak edib. İclasda Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub.
Nazirlikdən verilən məlumata görə, əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı birgə mövqedən çıxış etmək olan və sıralarında bu günədək 134 üzv ölkəni birləşdirən G77, iqtisadi və sosial məsələlər üzrə BMT-dən sonra dünyanın ən çox dövlətini bir araya gətirən birlikdir. BMT çərçivəsində fəaliyyət göstərən bu təşkilat inkişaf etməkdə olan ölkələrin mövqeyini, o cümlədən BMT-nin dayanaqlı inkişaf məqsədlərinin icrası istiqamətində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək və bu istiqamətdə BMT-nin bütün qərargahlarında birgə mövqedən çıxış etmək məqsədini güdür.
G77 qrupun iclasında çıxışı zamanı Nazir Elmar Məmmədyarov Azərbaycanın bu təşkilata fəal töhfə verməyə hazır olduğunu və Qoşulmama Hərəkatına sədrliyi dövründə bu iki təşkilat arasındakı münasibətlərin və əlaqələndirmənin inkişafı istiqamətində səylər göstərəcəyini bəyan edib:
"Bu, Azərbaycan Respublikası üçün tarixi bir gündür. Sizin dəyərli dəstəyiniz və etimadınızla biz, ümumdünya iqtisadi və sosial inkişaf məsələsini irəli aparmaq məqsədi ilə bir araya gələn, BMT-dən sonra dünyanın ən böyük dövlətlər ittifaqının bir hissəsi olduq.
Qrup 77-nin bütün üzvlərinə dəyərli dəstəyə görə təşəkkür edirəm. Qrupa qəbul olmaq sorğumuz ilə mükəmməl şəkildə məşğul olduğu üçün Fələstin Dövlətinə xüsusi minnətdarlığımı bildirirəm.
Qloballaşma prosesləri və iqtisadiyyatlar arasındakı qarşılıqlı asılılığın dərinləşməsi şəraitində, Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi Birləşmiş Millətlər Təşkilatının hədəfləri və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin əsas komponentlərindən biri olan, həm inkişaf strategiyası, həm də inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirak etməsini təmin edən vasitə kimi vacib məsələyə çevrildi.
Azərbaycan, Qrup 77-nin iqtisadi əməkdaşlığın təşviqi yolu ilə davamlı inkişafın təmin edilməsi nəcib missiyasına fəal töhfə verməyə hazırdır.
Yəqin bilirsiniz ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi edəcək və qarşıdan gələn 3 il ərzində Hərəkata sədrliyi üzərinə götürəcək. Sədrliyimizin prioritetlərindən biri BMT-nin ən böyük iki ölkələr qrupu arasında daha yaxşı qarşılıqlı fəaliyyəti qurmaq məqsədilə, Qoşulmama Hərəkatı - G77 əlaqələndirmə mexanizminin, yəni Birgə Əlaqələndirmə Komitəsinin canlandırılması olacaq.
Bir daha bütün G-77 üzv dövlətlərinə dəyərli dəstəklərinə görə təşəkkür edirəm və sizin hamınızla işləməyi səbrsizliklə gözləyirəm".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM