Sentyabr 29-da "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində "İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq konqresinin açılışı olub.
İki gün davam edəcək konqres "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) Bakıda oktyabrın 4-dək keçirilən "El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq festivalı çərçivədə təşkil olunub.
Konqresdə əvvəlcə İçərişəhərə həsr olunan sənədli film nümayiş edilib.
Tədbiri "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov açaraq bildirib ki, ölkəmizdə bu il görkəmli mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir və bu gün təşkil olunan bu konqres də bu qəbildən olan növbəti tədbirdir. Qeyd edib ki, konqresdə dünyanın 30 müsəlman ölkəsindən gəlmiş 50-dən çox sənətkarlar, alim və ekspertlər iştirak edir.
Qoruq İdarəsinin rəhbəri vurğulayıb ki, Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı zövqün, yaradıcılığın, sənətin ən gözəl nümunələridir. Bu abidələrimiz tək xalqımızın deyil, bütün dünyanın irsi hesab edilir: "İçərişəhər bizim elə bir canlı tariximizdir ki, burada daşoyma, xalçaçılıq, papaqçılıq, zərgərlik, toxuculuq, dulusçuluq, xəttatlıq kimi el sənətləri daim yaşayır və təbliğ olunur. Hazırda qədim şəhərdə əsrlərlə formalaşmış yüksək zövqün nişanəsi olan memarlıq abidələri, incəsənət və mədəniyyət nümunələri dövlət qayğısı altında qorunmaqdadır.
İslam ölkələrinin incəsənəti özünəməxsus xarakter, janr və növləri ilə əsrlər boyu şöhrət qazanıb. XIV-XV əsrlər şair İmadəddin Nəsiminin yaradıcılığında və dünya görüşündə öz əksini tapdığı üçün bu yüzillik "Nəsimi dövrü” adlanır".
Bildirilib ki, idarə əsrlərlə yaşadılmış ənənəvi sənətkarlıq növlərinə və sənətkarlara hərtərəfli dəstək olur: "Siz bu gün də İçərişəhərdə xalça, zərgərlik, kəlağayı, ağac oyma-şəbəkə, dulusçuluq, metal işləmə, tikmə və s. ilə məşğul olan sənətkarların emalatxanalarına rast gələ bilərsiniz. Qorunub saxlanılan və nəsildən-nəslə ötürülən ənənələrlə zəngin İçərişəhərin ərazisində bu gün də sənətkarlığın dirçəlişi müşahidə edilir. Heç də təsadüfi deyil ki, qədim şəhər ərazisində "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” fəaliyyət göstərir və bu müxtəlif ənənəvi sənət növlərinin dirçəlişini aydın sübutdur. Mərkəz keramika, batik, zərgərlik və ağac üzərində oyma sənəti kimi dörd sənətkarlıq sahəsi üzrə fəaliyyət göstərir. Burada hər bir sənət əsərinin hazırlanması keçmişdə istifadə olunan prinsip və texnikanın, müasir dövrün universal kamillik meyarları ilə ahəngdarlıq təşkil edərək yaradılmasına yönəldilmişdir".
Konqres və festival iştirakçılarına səmərəli fəaliyyət arzu edən Ə.Ələkbərov ölkəmizin tarixinin, mədəniyyətinin beşiyi olan İçərişəhərin festivalda iştirak edəcək hər bir qonağın yaddaşında xüsusi yer tutacağını qeyd edib.
IRCICA-nın baş direktoru Xalid Ərən isə "İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” adlı konqresdə iştirakından məmnunluğunu ifadə edib: "Əgər İRCICA-nın əhatə etdiyi coğrafiyaya nəzər yetirsək görərik ki, bu olduqca multikultural konqresdir. Konqres çərçivəsində müxtəlif regionlardakı sənətkarların əl işləri barədə məlumat veriləcək. Bakı konqresi yeni perspektiv üfüqləri açır. Burda demək olar ki, bütün istiqamətlərdə sənətkarlığın inkişafına nəzər yetiriləcək, təklif və tələb arasındakı münasibətlər müzakirə olunacaq, o cümlədən sənətkarların şəbəkələşməsi və onların iqtisadi cəhətdən inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə olunacaq".
Sonra tədbir məruzələrin dinləməsi ilə davam edib. (AZƏRTAC)
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM