Təvazökar insan, işgüzar keyfiyyətləri ilə həmişə fərqlənən, strateji iqtisadi təfəkkürə malik, məhsuldar və səmərəli elmi fəaliyyəti ilə ölkənin elmi ictimaiyyətinin diqqətini cəlb edən, dünyanın onlarla ölkəsində tanınan, məruzələrlə və təqdimatlarla ölkəmizi uğurla təmsil edən Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru Şəfa Əliyevi hələ 1990-cı illərin əvvəllərindən tanıyırdım. Həmin dövrdə Şəfa müəllim ölkənin ən iri müəssisələrindən olan “Sintezkauçuk” İstehsalat Birliyinin maliyyə şöbəsinin rəisi işləyirdi. Bu vətənpərvər və bacarıqlı mütəxəssis haqqında o dövrdən həmişə xoş sözlər və yaxşı fikirlər eşitmişəm və bizim dostluğumuz, yaxınlığımız da həmin dövrdən başlamışdır. Söhbətlərimizin və diskussiyalarımızın əsasında cəmiyyətimizi narahat edən məsələlərlə bərabər, daha çox iqtisadi problemlərin çözülməsi, ölkəmizin iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi və milli iqtisadiyyatın inkişaf problemləri, iqtisadi inteqrasiya məsələləri daha çox yer alırdı. Mən həmişə düşünürdüm ki, nəyə görə Şəfa müəllim elmlə daimi məşğul olmur və onu bu istiqamətə kökləməyi də vacib bilirdim. Bu gün fəxrlə deyə bilərəm ki, hazırda elmi yaradıcılığının yetkin çağında və məhsuldar dövründə olan Şəfa Əliyevin ilk elmi məqaləsi mənimlə həmmüəllifliklə dərc olunmuşdur. Obyektivlik naminə deyim ki, Şəfa Əliyev uzun illər ərzində bir sıra məsul vəzifələrdə işləmiş, amma bütün işlədiyi vəzifələrdə əsas etibarı ilə iqtisadi-maliyyə, xarici iqtisadi əlaqələr və sosial sahələr üzrə fəaliyyət göstərmişdir.
Bacarıqlı və yüksək elmi təfəkkürə, düşüncəyə malik iqtisadçı-alimin həyat və ömür yolunun səhifələrini vərəqləməklə, Şəfa Əliyevlə bağlı məlumatları geniş oxucu kütləsinin nəzərinə çatdırmaq istərdik.
Əliyev Şəfa Tiflis oğlu 1959-cu il sentyabr ayının 30-da Qarabağımızın Füzuli rayonunun Mahmudlu-1 kəndində dünyaya gəlmiş və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1986-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitunun uçot-iqtisad fakültəsini bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir.
Şəfa Əliyev 1981-ci ildən taleyini həmişəlik gənclər və kimyaçılar şəhəri olan Sumqayıtla bağlamışdır. 1981-ci ildən başlayaraq, “Sintetik kauçuk” zavodunda operator vəzifəsində işləmiş, tezliklə ixtisası üzrə idarə aparatına irəli çəkilmiş və işgüzarlığı, fəallığı ilə hamının diqqətini cəlb etmişdir. Hələ, 1981-1985-ci illərdə sovet gəncləri nümayəndə heyətlərinin tərkibində Fransa və Rumıniyaya
göndərilmişdir. 1980-ci illərin sonunda sovet rejimində yenidənqurma proseslərinin sürətlənməsi və SSRİ-nin süqutu üçün əsasların formalaşması dövründə Şəfa Əliyev ixtisas üzrə fəaliyyətə üstünlük verir və maliyyə sahəsində vəzifələrdə işləmişdir. Məhz həmin dövrdə - Şəfa Əliyev 1989-1990-cı illərdə Moskva şəhərində Ümumittifaq Xarici Ticarət Akademiyasında ikinci ixtisas- xarici iqtisadi əlaqələr üzrə əlavə təhsil almışdır.
1990-cı illərin ortalarında ölkəmiz özünün müstəqil iqtisadi inkişaf modelini formalaşdırmaqda və təkmilləşdirməkdə addımlar atırdı. Sumqayıtda cəmləşən kimya və neftkimya kompleksinin ölkə iqtisadiyyatında önəmli rolu var idi və yeri gəlmişkən bu mövqe hazırda da güclü hesab olunur, belə ki, qeyri-neft sektoru sahələri içərisində kimya və neft-kimya kompleksi istehsal gücünə və ixrac potensialına görə öndə gedir. Məhz həmin dövrdə Şəfa Əliyev məsul bir vəzifəyə göndərilir. O, 1997-2000-ci illər ərzində “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin (Moskva şəhəri) başçısı kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə ölkəmizin neftkimya müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması, satış bazarlarının, iqtisadi əlaqələrinin genişləndirilməsi üçün səmərəli fəaliyyət göstərmişdir. Müxtəlif illərdə Norveç, İsveç, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, Polşa, Rumıniya, Moldova, Özbəkistan, Türkmənistan, Gürcüstan, ABŞ, Türkiyə, Hollandiya və s. ölkələrə səfərlər etmiş, işgüzar əlaqələrin təşkilinə nail olmuşdur.
2000-ci illərin əvvəllərində Sumqayıt kimya və neftkimya kompleksində əlamətdar bir hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində bu kompleksin dirçəldilməsi və fəaliyyətinin sabitliyi üçün dövlət zəmanəti ilə Yaponiyadan 90 mln. ABŞ dolları dəyərində “Buxar Generator Kompleksi” alınmış və 2001-ci ildə istismara verilmişdir. Belə bir şəraitdə kimya və neftkimya kompleksinin fəaliyyətinin sağlamlaşdırılması, bazar iqtisadiyyatı şəraitində səmərəli və mənfəətlə, rentabelliklə fəaliyyət göstərməsi vacib idi. Bu amillər nəzərə alınmaqla, Şəfa Əliyev 2001-2003-cü illərdə ölkəmizin ən iri müəssisələrindən olan “Etilen-Polietilen” zavodunda baş iqtisadçısı vəzifəsində çalışmışdır və həmin zavodun zərərlə işləməsinin qarşısının alınmasında müstəsna xidmətləri olmuş, zavodun fəaliyyətinin və idarə edilməsinin təkmilləşdirilməsində çoxsaylı təklifləri ilə çıxış etmiş, onların yerinə yetirilməsinə nail olmuş və zavodda istehsal olunan məhsulların maya dəyəri göstəriciləri əhəmiyyətli səviyyədə yaxşılaşdırılmışdır. 2003-cü ilin may ayında “Səthi Aktiv Maddələr” zavodunun iqtisadi məsələlər üzrə direktor müavini təyin edilmişdir. 2003-2006-ci illərdə “Azərikimya” DŞ-nin Vitse-Prezidenti və “Sintezkauçuk” zavodunun direktoru vəzifələrində işləmişdir. Şəfa Əliyevin bu vəzifələrdə işlədiyi dövrdə işçilər,
Sumqayıt şəhəri sakinləri və ictimaiyyəti, ölkədə və çoxsaylı dünya ölkələrində nüfuz və hörmət qazanması diqqət çəkmişdir.
Şəfa Əliyev 2006-2013-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru, Bakı şəhər Məşğulluq İdarəsinin direktoru və 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifələrində işləmişdir. Bu dövrdə sosial məsələlərin və bununla bağlı problemlərin həlli istiqamətində Sumqayıtda və Bakıda, həmçinin bütövlükdə respublika üzrə mühüm tədbirlərin təşkilində təşəbbüskar və bacarıqlı təşkilatçı-rəhbər kimi fərqlənmişdir.
Zəngin həyat təcrübəsinə və əmək fəaliyyətinə malik olan Şəfa Əliyev elmi-pedaqoji sahədə də bacarıqlı pedaqoq və konseptual-strateji yanaşmalara üstünlük verən, yaradıcı elmi tədqiqatçı kimi özünü təsdiqləyə bilmişdir və onun çoxsaylı elmi məqalələri, monoqrafiyaları bunların bariz ifadəsidir. Belə ki, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev 2009-cu ilin may ayından elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin may ayına kimi Sumqayıt Dövlət Universitetinin dosenti vəzifəsində, 2017-ci ilin may ayından bu vaxta kimi isə “Dünya iqtisadiyyatı və marketinq” kafedrasında professor vəzifəsində işləyir. “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi”, “Beynəlxalq nəqliyyat əməliyyaltarı”, “İqtisadi diplomatiya”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Azad İqtisadi Zonalar”, “Xarici iqtisadi siyasət”, “Marketinq” (rus dilində), “Azərbaycan iqtisadiyyatı” (Rus dilində), “Dünya iqtisadiyyatı” (Rus diliində), “Gömrük işi” (Rus dilində) fənnlərindən mühazirələr oxuyur. Alimin 235-dən çox elmi əsərləri, o cümlədən 4 monoqrafiyası, 7 kitabı, 2 dərsliyi və 3 dərs vəsaiti vardır.
Şəfa Əliyev 2007-ci ilin may ayının 30-da Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələrinin problemləri və perspektivləri” mövzusunda dissertasiya işinini müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik adını almışdır. 2015-ci il noyabr ayının 15-də isə Azərbaycan Dövlət İqtisad Universitetində “Xüsusi iqtisadi zonaların təşkili və inkişaf perspektivləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik adını almışdır. O, dünyanın 50-dən çox ölkəsində konfrans və seminarlarda, elmi simpoziumlarda olmuş, çıxışlar və məruzələr etmişdir. Beynəlxalq Əmək Təşkilatının xətti ilə İsveç, Macarıstan və Balikyanı ölkələrdə keçirilən tədbirlərdə iştirak etmişdir. Rusiya və digər keçmiş SSRİ-nin respublikalarının 100-dən çox şəhərlərində işgüzar ezamiyyətlərdə olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir. Həmin layihə çərçivəsində Sumqayıtlı alimin “Xüsusi iqtisadi zonaların tətbiqi problemləri” adlı monoqrafiyası
Elmin İnkişaf Fondu tərəfindən ölkənin bütün dövlət strukturlarına, təşkilatlara, universitetlərə, elmi və kütləvi kitabxanalara göndərilmişdir.
2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəşr hüququ qrifi ilə işıq üzü görmüş “Azərbaycan iqtisadiyaytı” dərsliyində ölkə iqtisadiyyatı və onun inkişaf xüsusiyyətləri barəsində əsaslı təsəvvür formalaşdırılmış və milli iqtisadiyyatın müxtəlif sahələrinin öyrənilməsi məqsədilə ətraflı elmi mənbə təmin olunmuşdur. Bu dərslikdə ölkə iqtisadiyyatının bütün sektorları üzrə geniş təhlillər verilmiş, müxtəlif histoqramalar, xətti qrafiklər və diaqramalar vasitəsilə təhlillərin əhatəsi genişləndirilmiş, milli iqtisadiyaytın inkişaf prosesləri və problemləri barəsində diskussiya xarakterli materiallar öz əksini tapmışdır. Məhz bu amillərdən hazırda dərslik kifayət qədər geniş yayılmışdır və ali təhsil müəssisələrində fəal şəkildə istifadə edilir.
Məlumdur ki, 2019-cu ildə Sumqayıtın 70 yaşı tamam olur və bununla əlaqədar olaraq ölkə Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə şəhərin yubileyinin geniş şəkildə qeyd edilməsi nəzərdə tutulmuşdur. Bütün mənalı ömrünü Sumqayıtdan ayrı hesab etməyən iqtisadçı alim Şəfa Əliyev Sumqayıtın ölkə iqtisadiyaytında rolunu və əhəmiyyətini fundamental şəkildə araşdırmağa nail olmuş və sanballı “Sumqayıt şəhərinin Azərbaycanın sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti” adlı monoqrafiyasını şəhərin yubileyinə hədiyyə kimi ərsəyə gətirmişdir.
Məhsuldar və zəngin elmi-pedaqoji fəaliyyəti və yaradıcılığı ilə yanaşı, Şəfa Əliyev həm də elmi kadrların hazırlanmasında səmərəli fəaliyyət göstərir. Hazırda Şəfa Əliyev Sumqayıt Dövlət Universitetində iqtisadi məktəbin yaradılması və elmi dərəcəli kadrların hazırlanmasında təşəbbüskarlığı və səmərəli fəaliyyəti ilə fərqlənir. Belə ki, iqtisad elmləri doktoru və iqtisad üzrə fəlsəfə doktoru hazırlığı çərçivəsində 5 nəfərin elmi məsləhətçisi və rəhbəridir.
Müasir qlobal şəraitdə dünya elminə inteqrasiya problemləri kifayət qədər aktualdır. Bu amillər baxımından Şəfa Əliyev çoxcəhətli və geniş miqyaslı elmi fəaliyyəti ilə fərqlənir. Ölkəmizlə yanaşı, dünyanın müxtəlif ölkələrində nəşr olunan elmi jurnallarla və təşkilatlarla sıx əməkdaşlıq edir. Şəfa Əliyev 2017-2018-ci illədə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə Ekspert Şurasının üzvü - Elmi katib kimi fəaliyyət göstərmişdir. Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvüdür (London-European Economic Association - https://www.eeassoc.org/). Rusiya iqtisad elmində güclü nüfuza malik olan-Moskvada fəaliyyət göstərən, akademik R.S.Qrinberqin rəhbərlik etdiyi “Yeni İqtisadi Assosiasiya”nın (Новая Экономическая Ассоциация. www.econurus.org) üzvüdür. “Rusiya sahibkarlığı jurnalı”nın ekspertlər şurasının üzvüdür (https://creativeconomy.ru/journals/rp/editorial-board). 2017-ci ilin fevral ayından Moskvada nəşr olunan və Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “İqtisadi münasibətlər” elmi-praktiki jurnalının (www.eo.creativeconomy.ru) və 2018-ci ildən isə “Maliyyə iqtisadiyyatı” (Moskva) elmi-analitik jurnalının redaksiya heyətinə üzv seçilib. https://finanec.ru/redakcionnyj-sovet-i-kollegija/. 2017-ci ilin yanvar ayında Ukraynanın Odessa şəhərində nəşr olunan nüfuzlu “Bazar İnfrastrukturu” elmi-praktiki jurnalın redaksiya heyətinə daxil edilmişdir (http://www.market-infr.od.ua). ABŞ-ın Filadelfiya şəhərində nəşr olunan və bir çox beynəlxalq reytinq təşkilatlarında impact-faktora malik “Theoretical & Applied Science” jurnalınını redaksiya heyətinin üzvüdir (http://www.t-science.org/conf/2019/08-2019-1.pdf). Beynəlxalq Elmi Konferensiyaların keçirilməsi üzrə ixtisaslaşan Conferencii.com saytının redaksiya heyətinin üzvüdür (http://conferencii.com/ru/) və s.
İstedadlı iqtisadçı – alim, bacarıqlı mütəxəssis və fəal vətəndaşlıq mövqeyi sərgiləyən Şəfa Əliyevin xidmətləri layiqincə qiymətləndirilmişdir. Şəfa Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə ”Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Şəfa Əliyev Yeni Azərbaycan Partiyasının üzvüdür. Üç övlad atasıdır və altı nəvəsi vardır. Ailə üzvlərinin hamısı ali təhsillidirlər, böyük qızı Günel kardioloq-həkimdir, qızı Günay ABŞ-ın Çikaqo şəhərində iri şirkətlərdən birində məsul vəzifədə işləyir, oğlu Aydın isə özəl sahədə çalışır.
Şəfa Əliyev elmi yaradıcılığının ən məhsuldar dövrünə qədəm qoymuşdur, onun hər bir məqaləsində və ya digər elmi əsərində ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə daha səmərəli mexanizmlərin hazırlanması və tətbiqi məsələləri ana xətt kimi keçir. İqtisadçı - alim daim gözlənilən iqtisadi səmərəni və nəticələri ön plana çəkir. Onun təfəkkürünə, bilik və bacarığına, qabiliyyətinə bələd olduğumdan, əminliklə demək olar ki, Şəfa Əliyev bundan sonra da daha əzmlə, məhsuldarlıqla çalışacaq, ölkə iqtisadiyyatının tərəqqisinə, inkişafına layiqli töhfə verəcəkdir.
İqtisad elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, elmi-pedaqoji fəaliyyətində bol-bol uğurlar arzulayırıq!
Əli Nuriyev,
Azərbaycan MEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru
professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Regional
iqtisadi və sosial Araşdırmalar İnstitutu”nun direktoru
Şəfa Əliyev - sentyabr 2005 - Sintez kauşuk zavodunun Direktoru
12.05.2009-POLŞA-Beynəlxalq konfrans
SDU-nun rektoru, professor Elxan Hüseynovla birlikdə Beynəlxalq sərgidə-Bakı
29.12.2016-SDU-nun rektoru, professor Elxan Hüseynov Şəfa ƏLiyevə iqtisad elmləri doktoru diplomu təqdim edərkən
Şəfa Əliyev - Orta məktəb müəllimləri və sinif yoldaşları ilə - 11.07.2007
Macarıstan- 0ktyabr-2010
Şəfa Əliyev ailə üzvləri ilə-Sumqayıt
Şəfa Əliyev elmi konfransda çıxış- 25.05.2010-Sumqayıt
Şəfa Əliyev-NORVEÇ-21-25 noyabr 2011
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM