Sentyabrın 30-da Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 ili tamam olur. Mərkəzi Bank ötən bir əsrdə böyük inkişaf yolu keçib. Bank hazırda ölkəmizdə pul-məzənnə, makroiqtisadi və maliyyə sabitliyi siyasətinə hərtərəfli dəstək verir, kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirir.
Azərbaycanda mərkəzi bankçılığın tarixi mərhələləri
Ölkəmizdə mərkəzi bankçılığın tarixi XX əsrin əvvəllərindən başlayıb. 1991-ci ildən başlayan müasir mərkəzi bankçılıq tarixinə qədər Azərbaycanda mərkəzi bankçılıq fəaliyyəti bir neçə mərhələdən ibarət olub: Xalq Cümhuriyyəti dövrü (1918-1920); sovet sosialist quruluşu dövrü (1920-1991).
1918-ci il mayın 28-də müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvarından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə dövriyyəyə buraxılmış pul vahidi - Bakı bonları ilə yanaşı, Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi haqqında qərar qəbul edildi. Həmin il sentyabrın 16-da Azərbaycan Respublikasının parlamenti bankın Nizamnaməsini təsdiqlədi. Sentyabrın 30-da isə Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı.
“Banklar bankı” olan Azərbaycan Dövlət Bankı ölkədəki kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi və pul nişanlarının emissiyasını həyata keçirirdi. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra yeni dövlət quruluşu olan Azərbaycan Sovet Sosialist Respublikasının Maliyyə Komissarlığının əmri ilə Azərbaycan Dövlət Bankı Xalq Bankı adlandırıldı. Bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı və bank işi dövlətin müstəsna inhisarına keçdi.
Azərbaycan Xalq Bankının əsas funksiyası kağız pulların emissiyası idi. Maliyyə Komissarlığının tərkibində olan Xalq Bankı xalq təsərrüfatını maliyyələşdirir və smeta-büdcə işi ilə məşğul olurdu. Bank tərəfindən kredit əməliyyatlarının keçirilməsi dayandırıldı və o, maliyyə orqanları ilə yanaşı, büdcə əməliyyatlarına xidmət göstərən orqana çevrildi.
Azərbaycan Xalq Komissarları Şurasının 1921-ci il 16 oktyabr tarixli qərarı ilə Azərbaycan Dövlət Bankının fəaliyyəti yenidən bərpa edildi və Nizamnaməsi qəbul olundu. 1922-ci il martın 12-də Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirən Zaqafqaziya Sovet Sosialist Respublikaları federativ ittifaqı təşkil edildikdən sonra vahid pul sisteminə keçildi və beləliklə də Azərbaycan Dövlət Bankının pul emissiyası sahəsində fəaliyyətinə xitam verildi. 1923-cü ilin iyulunda isə Azərbaycan Dövlət Bankı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı adlandırıldı və onun mərkəzi bank funksiyaları dayandırıldı. İlk dövrlərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı kənd təsərrüfatının inkişafına yardım etməklə yanaşı, pul və əmtəə dövriyyəsi məsələlərini də tənzimləyirdi.
1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi açıldı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə “suveren” respublika kimi daxil oldu. Həmin ildən 1991-ci ilin sonlarınadək mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərdi.
1992-ci ildə Azərbaycan Respublikasının Milli Bankı yaradıldı
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş qanunvericilik aktlarından biri “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edildi, Milli Bankın statusu və səlahiyyətləri müəyyənləşdi. Milli Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan olundu.
1992-ci il fevralın 11-də Azərbaycan Respublikasının Milli Bankı yaradıldı. 1992-ci il avqustun 7-də “Azərbaycan Respublikasının Milli Bankı haqqında” qanun, dekabrın 1-də isə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edildi.
Milli valyuta – manat dövriyyəyə buraxıldı
Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxıldı. Azərbaycanın birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edildi. Əvvəlcə 1, 10 və 250 manatlıq, daha sonra 5, 50, 100, 500 və 1000 manatlıq əsginaslar dövriyyəyə buraxıldı.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat-10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olundu. Həmin dövrdə Milli Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrildi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” 1993-cü il 11 dekabr tarixli Fərmanı mühüm rol oynadı. Həmin fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi.
Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxıldı. 1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən çap edilən 10 min manatlıq əsginasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, 1996-cı ildən dövriyyəyə buraxılan və İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap olunan 50 min manat dəyərində əsginasın üzərində orijinal üslubda Naxçıvandakı Möminə Xatun türbəsi əks olunmuşdu.
2001-ci ildə isə yeni dizaynla 1000 manatlıq əsginas dövriyyəyə buraxıldı. Bu əsginas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilmişdi.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 2005-ci il 7 fevral tarixli Fərmanı ilə 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1993 və 2001-ci illərdə dövriyyəyə buraxılmış 1000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarıldı.
Milli Bank Azərbaycan Mərkəzi Bankı adlandırıldı
2009–cu ildən Milli Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı adlandırıldı. Mərkəzi Bank banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsində, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsində mühüm rol oynayır. O, pul və valyuta siyasətini, valyuta tənzimi və nəzarətini, ödəniş sistemlərinin təşkilini həyata keçirir, nağd pul dövriyyəsini təşkil edir, manatın rəsmi məzənnəsini müəyyənləşdirir, qızıl-valyuta ehtiyatlarını idarə edir, tədiyyə balansını, ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir. Mərkəzi Bankın məqsəd və funksiyalarının, bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradılıb, pul və valyuta (məzənnə) siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, pul tədavülünün təşkili, ödəniş sistemlərinin tənzimlənməsi və inkişafı, qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi bankın əsas funksiyaları kimi müəyyən edilib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 2005-ci il 7 fevral tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutuldu. 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edildi.
Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarətdir. Ölkə iqtisadiyyatının dinamik inkişafı, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklər nəzərə alınaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edildi və ötən il mayın 23-də bu pul nişanı təqdim olundu. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks edilib.
Milli pul nişanlarımız estetik görünüşünə, konseptual mövzusuna və müasirliyinə görə bu gün də aktualdır. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM