Gənclər üçün bütün imkan və xidmətləri birləşdirən vahid elektron platforma yaradıldı

14:05 / 30.09.2019

Sentyabrın 30-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən dövlət və özəl sektor, eləcə də, beynəlxalq təşkilatların gənclər üçün təklif etdiyi imkanlar, xidmətlər, tədbir və layihələri barədə məlumatları özündə birləşdirən vahid informasiya portalının - “GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib. 

Məlumdur ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafının dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir.

Bu siyasətin bariz nümunəsidir ki, dövlət tərəfindən gənclərin keyfiyyətli təhsil və dayanıqlı məşğulluqla təmin olunması, onların şəxsi inkişaf və asudə vaxtının səmərəli təşkili, beynəlxalq təmsilçiliyinin artırılması, sağlamlığının mühafizəsi və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi yetişmələri üçün geniş imkanlar yaradılıb. 


Bu xüsusda, “GəncApp” mobil tətbiqinin məqsədi gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər barədə ən son xəbərlər, eləcə də, mövcud dövlət dəstəyi mexanizmləri və xidmətləri barədə ətraflı məlumatların gənclərə vahid mərkəzləşdirilmiş elektron formada effektiv şəkildə çatdırılması, eyni zamanda, gənclərə tətbiq üzərindən bu xidmətlərdən yararlanmaq imkanı tanımaqdır. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərimli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadə müxtəlif sahələrdə dövlət tərəfindən gənclər üçün yaradılan imkanlar barədə məlumat verib və “GəncApp” portalının bu imkanların gənclərə çatdırılmasının əhəmiyyətindən danışıblar. 

Daha sonra “GəncApp” mobil tətbiqinin təqdimat videoçarxı nümayiş etdirilib. Tətbiq ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər, düşərgələr, mübadilə proqramları və layihələr barədə məlumat əldə etmək və onlara qoşulmaq imkanı təklif edir.

Bununla yanaşı, istifadəçilər müxtəlif yerli və xarici qurumların təqaüd proqramları, xaricdə təhsil və təcrübə təklifləri, qrant müsabiqələri və digər elanları barədə “GəncApp” vasitəsilə xəbər tutacaq və tətbiqdən istifadə etməklə bu imkanlardan yararlana biləcəklər.  

Son illərdə ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatında gənclərin iştirak imkanı da tədbiqdə nəzərə alınıb. Belə ki, “GəncApp” könüllük hərəkatlarının tədbir və layihələri barədə məlumat təqdim etməklə yanaşı, gənclərə maraq dairəsinə uyğun könüllülər hərəkatına üzv olmaq, öz həmfikirləri ilə sosiallaşmaq, ictmai faydalı işlərə cəlb olunmaq, bilik və bacarıqlarını artırmaq imkanı da təklif edir. 

“GəncApp”ın təklif etdiyi interaktiv xəritə funksiyası Bakıda və regionlarda yerləşən Heydər Əliyev Mərkəzləri, gənclər evləri, karyera inkişaf mərkəzləri, gənclər təşkilatları, kitabxanalar, teatr, kino mərkəzləri, milli parklar, olimpiya komplekslərini daha da əlçatan edir. 

Tətbiqin üstünlüklərindən biri də ödənişsiz CV generator funksiyasıdır ki, bu funksiya sayəsində gənc öz CV-ni düzgün formada yaradaraq istifadə etmək, həmçinin, tətbiqdə xüsusi bölmədə göstərilən vakansiyalara göndərmək imkanına sahib  olacaq.

Yeni mobil tətbiq şəxsi kabinetdən fəaliyyət tarixçəsini izləməklə yanaşı, dövlət qurumları və şirkətlərlə interaktiv təmas şansı təqdim edir. Mobil tətbiqin üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyəti nəzərdə tutulub.

“GəncApp” tətbiqinin yaradılması cənab Prezident İlham Əliyevin ölkə gəncliyinə xüsusi qayğısının, onların qarşılaşdığı çağırışların həllinə dəstəyinin növbəti nümunəsi, həmçinin, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaşlara daha da yaxınlaşdırılmasının təzahürüdür. 

GəncApp – gələcəyinizi düşünən mobil tətbiq!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM