“Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yeni müqavilələr imzalanıb

19:20 / 01.10.2019

“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi üzrə operator olan BP şirkəti “Azəri-Mərkəzi-Şərqi” (“ACE”) layihəsinin sualtı sistemlərinin istehsalı və quraşdırılması üzrə əsas müqavilələr imzalayıb.

“BP Azerbaijan”dan  bildirilib ki, bu, layihə üçün əhəmiyyətli bir nailiyyətin göstəricisidir və imzalanan müqavilələr yatağın işlənməsi üzrə bu irimiqyaslı layihədə iştirak edən çoxsaylı sahələrdə və istehsal meydançalarında əldə olunmuş irəliləyişə növbəti mühüm əlavədir.

ACE layihəsi üzrə aşağıdakı əsas müqavilələr imzalanıb:

• Sualtı konstruksiyaların və qovşaqların layihələndirilməsi, tədarükü və tikintisi ilə əlaqədar müqavilə “Subsea 7 (Deep Sea) Ltd”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Müqavilənin dəyəri 36 milyon dollaradəkdir. Həmin müqavilə üzrə iş həcmi sualtı infrastruktura qoşulmaq üçün lazım olan sualtı konstruksiyalar və qovşaqlar ilə əlaqədar müfəssəl layihələndirilmə, istehsal sexləri və quraşdırma işlərinin layihələndirilməsi, istehsal və quraşdırma işlərindən ibarətdir. Müfəssəl layihələndirmə “Subsea 7” şirkətinin Paris ofisindən aparılacaq, bütün tikinti və quraşdırma işləri isə yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək. Layihələndirmə işləri artıq başlayıb və quraşdırma işlərinin 2022-ci ildə başa çatdırılacağı gözlənilir.

• Sualtı boru kəmərlərinin layihələndirilməsi, tədarükü, tikintisi və quraşdırılması ilə əlaqədar müqavilə “Saipem Contracting Netherlands B.V.”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Müqavilənin dəyəri 51 milyon dollara yaxındır. Sözügedən müqavilə üzrə iş həcmi neft və lay suyu, qaz ixracı və suvurma kəmərlərinin müfəssəl layihələndirilməsi, quraşdırma işlərinin mühəndislik təminatı, istehsalı, quraşdırılması və istismara təhvil verilməyə hazırlanmasından ibarətdir. Müfəssəl layihələndirmə və quraşdırma işlərinin mühəndislik təminatı “Saipem” şirkətinin London və Riyeka şəhərlərindəki ofislərindən həyata keçiriləcək. Tikinti və istehsal işləri yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yerinə yetiriləcək, quraşdırma işləri isə “İsrafil Hüseynov” borudüzən barjı ilə aparılacaq. Layihələndirmə işləri artıq başlayıb və quraşdırma işlərinin 2021-ci ildə başa çatdırılacağı nəzərdə tutulur.

• Dayaq bloku bərkidici payalarının daşınması və quraşdırılması, həmçinin sualtı konstruksiyalar və qovşaqlar üzrə 1-ci və 2-ci kampaniya ilə əlaqədar müqavilə “Saipem Contracting Netherlands B.V.”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Bu müqavilənin dəyəri 37 milyon dollaradəkdir. İş həcmi dayaq bloku bərkidici payalarının, həmçinin sualtı konstruksiyalar və qovşaqların ilkin partiyasının istehsal sahəsindən daşınması və “ACE”, “Şərqi Azəri” və “Mərkəzi Azəri” platformalarının yerləşdiyi zonalarda quraşdırılmasından ibarətdir. Konsorsium dənizdəki iş həcminin yerinə yetirilməsi üçün yerli köməkçi gəmilər donanmasından istifadə edəcək.

Daşıma və quraşdırma işlərinin mühəndislik təminatı “Saipem” şirkətinin Riyeka və London şəhərlərindəki ofislərindən həyata keçiriləcək. Bütün tikinti, quraşdırma və dəniz əməliyyatlarına dəstək xidmətləri yerli resurslardan, o cümlədən işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə Heydər Əliyev adına BDÖZ-də yerinə yetiriləcək. Quraşdırma işləri 2020-ci ilə planlaşdırılıb.

• Dayaq bloku, üst modulların daşınması və quraşdırılması, həmçinin sualtı konstruksiyalar və qovşaqlar üzrə 3-cü kampaniya ilə əlaqədar müqavilə “Subsea 7 (Deep Sea) Ltd”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Müqavilənin dəyəri 112 milyon dollara yaxındır.

İş həcmi sual konstruksiyalar və qovşaqların istehsal sahəsindən daşınması və “ACE” platformasının yerləşdiyi zonada quraşdırılması, sonradan “ACE” dayaq bloku və üst modullarının müvafiq istehsal sahələrindən daşınması və quraşdırılmasından ibarətdir. Konsorsium dənizdəki iş həcminin yerinə yetirilməsi üçün yerli köməkçi gəmilər donanmasından istifadə edəcək. Qeyd olunan işlərə quraşdırma sonrası sazlama və istismara təhvil verməyə dəstək də daxildir. Daşıma və quraşdırma ilə əlaqədar mühəndislik təminatı “Subsea 7” şirkətinin Parisdəki ofislərindən həyata keçiriləcək. Bu müqavilə üzrə bütün tikinti, quraşdırma və dəniz əməliyyatlarına dəstək xidmətləri yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yerinə yetiriləcək.

BP şirkətinin layihələr üzrə vitse-prezidenti Yuan Drummond deyib: “BP operator olaraq “ACE” layihəsini etibarlı, səmərəli və qrafikə uyğun şəkildə həyata keçirmək üçün sualtı sistemlərin istehsalı və quraşdırılması üzrə əsas müqavilələrin imzalandığını elan etməkdən məmnundur. AÇG müqaviləsinin imzalanmasının 25-ci ildönümündə bu, layihəyə yerli resursların yüksək səviyyədə cəlb olunması ilə əlamətdar olan və AÇG üzrə tərəfdaşların Azərbaycanın yerli resurslardan istifadənin optimallaşdırılması barədə öhdəliyini vurğulayan daha bir əhəmiyyətli mərhələdir. Bu il başlamış və 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti işləri yerli resurslardan istifadə etməklə ölkə daxilində yerinə yetirilir və pik səviyyədə tikinti işləri üçün 8000-dək iş yerinin açılacağı gözlənilir”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM