Bu gün ölkəmizdə həyata keçirilən uğurlu siyasətin mərkəzində insan amili dayanır. Gerçəkləşdirilən islahatlar, görülən işlər məhz ölkə vətəndaşlarının daha yaxşı yaşamasını, onlar üçün yüksək səviyyəli həyat şəraitini təmin etmək məqsədi güdür.
Təbii ki, bu istiqamətdə reallaşdırılan sosial layihələr əhalinin demək olar ki, bütün təbəqələrini əhatə edir. Bu sırada Qarabağ müharibəsi əlilləri və veteranları xüsusi yer tutur. Tam əminliklə deyə bilərik ki, Qarabağ müharibəsi veteranları bu gün dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Ölkə rəhbərliyinin təşəbbüsü ilə Vətən yolunda canından, qanından keçən bu insanların sosial təminatlarını və mənzil-məişət şəraitlərini daha da yaxşılaşdırmaq üçün lazım olan bütün addımlar atılır.
Bu fikriləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SOCAR-ın mühafizə xidməti ilə bir qrup şəxs arasında baş vermiş insidenti şərh edərkən bildirib.
V.Rəhimzadə qeyd edib ki, baş vermiş məlum hadisədən sui-istifadə etməyə çalışanlar yalnız öz şəxsi maraqlarını güdürlər: “Hadisə ilə bağlı yayılan məlumatlardan da göründüyü kimi, SOCAR-ın əməkdaşları Qarabağ qazilərinə qarşı heç bir zorakılıq tətbiq etməyiblər, əksinə SOCAR-ın əməkdaşlarına qarşı zorakılıq tətbiq olunub. Boru kəmərinin təhlükəsizlik zonasına aid olan torpaq sahəsini zəbt etməyə cəhd göstərən bir qrup şəxs Qarabağ müharibəsi veteranlarını öz çirkin niyyətlərini həyata keçirmək üçün bu prosesə cəlb edərək, onları qaydalara, qanunlara itaətsizlik göstərməyə, dövlət orqanlarına qarşı təxribata çağırmağa təhrik ediblər. Sonradan tam sübut olundu ki, qanunsuz tikinti işlərinin aparıldığı əraziyə çağırılan Qarabağ müharibəsi veteranlarının bu tikintiyə heç bir aidiyyəti yoxdur.
Tikintini aparan şəxslər öz kommersiya maraqları üçün qazilərdən sui-istifadə ediblər. Araşdırmalar göstərir ki, bir qrup fırıldaqçı qanunsuz tikililərin aparılmasına himayədarlıq etmək məqsədi ilə müharibə veteranlarından, onların cəmiyyətdəki nüfuzundan yararlanmaq niyyəti güdürlər. Hətta əldə olunan bəzi məlumatlara görə, köynəyini cıran, başına yumruqlar vuran və bu hərəkətlərin ona qarşı guya SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən törədildiyini iddia edən şəxsin özü əsl cinayətkar imiş. Onu tanıyanlar deyirlər ki, həmin şəxs vaxtilə öz atasını bıçaqlamışdı, sonradan isə Xətai rayonunda təşkil olunan yarmarkada tanımadığı şəxsi döyərək öldürmüşdü. Bu səbəbdən də o, bir neçə il həbsdə yatmışdı. Eyni zamanda, ictimailəşmiş məlumatlardan bəlli olur ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşlarına şər atan şəxs bu ilin fevral ayında Xətai prospektində sökülən obyektlərə görə xüsusi tapşırıq yerinə yetirirdi. Bütün bu faktlar onu göstərir ki, Qarabağ müharibəsi əlili və veteranı adından sui-istifadə edənlər hələ də var və onlar əsl müharibə veteranlarının və əlillərinin adına ləkə gətirirlər”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, insan hüquq və azadlıqlarının ən yüksək şəkildə təmin edildiyi Azərbaycanda dövlət-vətəndaş münasibətləri hüquqi formada tənzimlənir: “Dövlətimiz öz vətəndaşı üçün lazım olan bütün imkanları yaradır, ona hüquq və azadlıqlar verir. Vətəndaşın isə hüquq və azadlıqları olduğu kimi, dövlət qarşısında vəzifələri və məsuliyyəti də var. Bütün bu məqamlar nəzərə alınmalıdır. Sosial statusundan asılı olmayaraq hər bir vətəndaş dövlət və cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməli, öz vəzifələrini yerinə yetirməlidir. Qeyd etdiyimiz kimi, dövlət-vətəndaş münasibətləri hüquqi formada, qanunlar çərçivəsində tənzimlənir. Bu qanunlara əməl etmək isə hər kəsin borcudur. Müharibə veteranlarının adından sui-istifadə edib təxribat törətmək isə yolverilməzdir. Hüquq mühafizə orqanları bu cür “işbazlar” barədə ölçü götürməli və günahkarlar cəzalandırılmalıdır”.
V.Rəhimzadə əlavə edib ki, milli brendimiz olan SOCAR-ın adını bu kimi hadisələrdə hallandırmaq və Şirkətin nüfuzunu aşağı salmağa cəhd göstərmək qətiyyən düzgün deyil: “Bu gün SOCAR Azərbaycanı dünya miqyasında uğurla təmsil edir. Həyata keçirilən qlobal enerji layihələri ölkəmizin gücünə güc qatır, maliyyə imkanlarını artırır, beynəlxalq aləmdəki müsbət imicini daha da yaxşılaşdırır. Nəzərə almaq lazımdır ki, SOCAR-ın dövlətimizə qazandırdığı böyük maliyyə vəsaitləri, neftdən gələn gəlirlər sosial layihələrə və digər sahələrə yönəldilir. Bu mənada baş verən hadisə və bundan öz maraqları naminə yararlanmağa çalışanların SOCAR-ın imicinə zərbə vurmaq niyyətində olduqları açıq-aydın görünür. Hesab edirəm ki, Qarabağ müharibəsi veteranlarının adından sui-istifadə edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı bu cür kampaniya aparmaq yolverilməzdir. Bu cür hadisələr zamanı isə yalnız “işbazlar” qazanc əldə edə bilərlər. Ona görə də belələrinə fürsət verilməməli, onların qanunazidd əməlləri ifşa edilməlidir”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM