Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının ilk kursu keçirilib

09:46 / 06.10.2019

Oktyabrın 5-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının siyasi sisteminin yaranması və  formalaşmasında Yeni Azərbaycan Partiyasının yeri və rolu” mövzusunda ilk kurs təşkil edib.

Kursda   ilk olaraq Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir” mövzusunda gənclər üçün məruzəçi qismində çıxış  edib.  Əli Əhmədov bildirib ki, belə  bir kursların təşkil edilməsi gənclər üçün faydalıdır. Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının gənc fəal üzvləri kursları keçərək öz siyasi biliklərini və dünyagörüşlərini genişləndirsinlər, siyasi təcrübə əldə etsinlər və Azərbaycanın ictimai-siyasi həyatında daha yaxından iştirak etmək üçün lazım olan vərdişləri qazanmış olsunlar. “Siz Yeni Azərbaycan Partiyasının gənc və fəal üzvlərinisiniz. Partiyamızın həm bugünkü fəaliyyətində, həm də gələcək inkişafında sizin rolunuzu xüsusi vurğulamaq istəyirəm. Biz istəyirik ki, siz gənc nəsil olaraq inkişaf edəsiniz. Gələcəkdə partiyanın funksiyalarının həyata keçirilməsində daha yaxından iştirak etmək imkanınız  olsun. Həm də, bütövlükdə, Azərbayacanın ictimai-siyasi həyatında geniş şəkildə iştirak edəsiniz. Bunun üçün də zəruri vərdişlərə ehtiyac var. Xüsusilə siyasi biliklər artırılmalıdır. Dünyanın hər yerində siyasi partiyaların nəzdində bu cür kurslar mövcuddur. Kursların yaranmasında məqsəd siyasi partiyaların vasitəsilə bütövlükdə cəmiyyətin siyasi həyatı üçün təcrübəli gənc siyasətçilərin formalaşmasından ibarətdir. Bizim də məqsədimiz budur”-deyən, YAP Sədrinin müavini partiyamızın sıralarında sağlam, vətənpərvər, intellektual gənclərin birləşdiyini diqqətə çatdırıb. O qeyd edib ki, partiya üzvlərinin  40 faizi gənclərdən ibarətdir və bu böyük siyasi gücdür. Gənclərin YAP-ın sıralarına axını onların öz gələcək siyasi talelərini Heydər Əliyev ideyalarına bağlaması, Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır.

Baş nazirin müavini deyib ki, biz dövlətimizin gələcəyini gənclərdə görürük. Gənclər nə qədər savadlı, bilikli, vətənpərvər, öz ölkəsini sevən insanlar olarsa, o ölkənin gələcəyi o qədər də parlaq olur. Bizim çox dəyanətli və vətənpərvər gəncliyimiz var. Bu gəncliyimizlə fəxr edirik. İnanırıq ki, bu müasir gəncliyimiz Azərbaycanın gələcəyini daha da işıqlı və parlaq edəcək. Əli Əhmədovun fikrincə,  Yeni Azərbaycan Partiyasının gəncləri də bu baxımdan bizi qürurlandırır.

Bu kursların faydalı və maraqlı olacağına inandığını deyən YAP Sədrinin müavini qeyd edib ki, təşkil olunan belə tədbirlər gənclərimizə böyük siyasi təcrübə  qazandıracaq.

Əli Əhmədov müahizirəsində ilk olaraq dünyada siyasi sistemin formalaşması prosesindən bəhs edib və qeyd edib ki, siyasi sistemin əsasını dövlət təşkil edir. Onun sözlərinə  görə, siyasi sistemin vacib elementlərindən biri də siyasi partiyalardır. YAP Sədrinin müavini deyib ki, hazırda dünya ölkələrinin mütləq əksəriyyətində  çoxpartiyalı sistem mövcuddur. Onun sözlərinə görə, hüquqi-demokratik dövlət kimi müstəqil Azərbaycanda da çoxpartiyalı sistem mövcuddur.

YAP Sədrinin müavini partiyamızın 1992-ci ilin noyabr ayında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradıldığını və qısa müddət ərzində hakimiyyətə gəldiyini  xatırladıb. YAP-ın keçdiyi inkişaf yolundan geniş bəhs edən Əli Əhmədov partiyamızın Azərbaycanın aparıcı siyasi qüvvəsi olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib, Azərbaycan vətəndaşlarının partiyamızın fəaliyyətini dəstəklədiyini, bütün seçkilərdə parlaq qələbələr qazandığını diqqətə çatdırıb.

Daha sonra kursda iştirak edən gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək.

Kursa Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov rəhbərlik edir.

Layihənin sonunda isə kurslarda iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq.

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM