“Cavanların beynini korlayır” – İnternetin HALAL-HARAMI – VİDEO 

12:10 / 09.10.2019

Artıq dünya müasirləşsə də, dünya texnologiya əsrinə qədəm qoysa da bəzən bu uşaqlarımızın zərər görməsi, psixologiyasının pozulması ilə nəticələnir. Belə ki, uşaqlarımız internetdə maarifləndirici məlumatlarla yanaşı, zərərli məlumatlar da qəbul edirlər. Evimizə dəvət olunmamış qonaq olan internetdən uşaqlarımızı necə qorumalı, internetdən alınan zərərli məlumatları övladlarımızdan necə uzaq tutmalıyıq?

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: “İnternetdə çox şeylər var. Uşaq alışır, gələcəkdə həyatda düzgün mövqe tutmur”.

Sakin: “Lazımsız məlumatlardır hamısı. O cavanların da beynini korlayır”.

Sakin: “Səhərdən axşama kimi “Youtube”-də, “Google”-də, bütün günü uşağa uyğun olmayan, onun yaşına, bilik səviyəsinə uyğun olmayan materiallar verilir. Oxuyurlar, baxırlar və onlara çox pis təsir edir. Artıq bütün ailərlərdə evin içindədir. Sən bununla mübarizə apara bilmirsən”.

Artıq bundan sonra mübarizə aparmaq mümkün olacaq. Hər bir valideynlər övladının internetdə müxtəlif zərərli informasiyalarla, zərərli məlumatlarla üzləşməsinin qarşısını vaxtında ala biləcək.

Gələn il yanvarın 1-də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qüvvəyə minəcək. Dəyişiklik Telekommunikasiya haqqında Qanunda da öz əksini tapıb. Belə ki, hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.

Rəşad Əliyev – Ekspert:  “Əslində bu tip qanunun qüvvəyə minməsi uşaqların internetdən təhlükəsiz istifadəsini daha gücləndirmiş olacaq. Valideyn özü seçim edə biləcək ki, ailəmdə azyaşlı var. Bunun üçün bu interneti filtrlənmiş verin”.

Yəni, bütün provayderlər, təmiz, halal internet xidməti üçün hazırlıqlar görməlidir. Əgər valideyn halal internet istəyirsə, provayder gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq. Təbii ki, bu məqsədlə provayderlər öz sistemlərində filtrasiya istemi qurmalıdılar. Hansı ki, hazırda ölkənin təhsil sistemində bu tip süzgəc sistemi fəaliyyət göstərir.

Rəşad Əliyev – Ekspert: “Bununla əlaqədar əslində müəyyən işlər görən provayderlər var. Xırda provayderlər var ki, məsəl üçün internet paylayanda valideynlərə təklif edir ki, internetdən əgər uşaqlarınızı qorumaq istəyirsinizsə, bunu istifadə edin. Bu qanun formasına düşsə, bu artıq bütün provayderlərin məcburi olaraq bu xidməti vermələrinə bir üstünlük təşkil edəcək”.

Nicat Useynzadə - İT mütəxəsis: “Filtrasiya ziyanlı tərəflərin qarşısını almaq üçün hansı ki, yaşına uyğun olmayan video materiallar və yaxud psixoloji təsir göstərən videolar onların qarşısını almaq üçün istifadə olunan bir sistemdir. Valideynlər özləri könüllü şəkildə əgər uşaqlarını bəzi ziyanlı videomateriallardan və yaxud məlumatlardan qorumaq istəyirsə, bu kimi sistemlərdən istifadə edə bilərlər”.

Sözügedən qanunvericiliyə görə, gələn ildən internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməlidir. Mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən açıqlama almaq cəhdlərimiz nəticəsiz qaldı.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM